/ / İlin yekunlarına görə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub
İlin yekunlarına görə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub
26.12.2009 [09:52]
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dünən “Xəmsə” şadlıq sarayında 2009-cu ilin yekunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış jurnalistlər və ziyalılar, ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, dövlətimizin başçısı İlham Əliyevin 2009-cu il 3 aprel tarixli Fərmanı ilə yaradılmış Fond ötən müddətdə ayrı-ayrı qəzetlərin və informasiya agentliklərinin maliyyə durumunu yaxşılaşdırmaq, jurnalistlərin sosial problemlərini həll etmək istiqamətində bir sıra uğurlu layihələr həyata keçirib.
Fondun Müşahidə Şurasının dekabrın 24-də keçirilmiş iclasında qurumun bu il noyabrın 5-də elan etdiyi 2009-cu il üzrə fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqəyə 18 istiqamət üzrə təqdim olunan 85 yazıdan 33-ü qalib elan edilib. Bu gün keçirilən mərasimdə qalib jurnalistlərin hər birinə 1000 manat məbləğində pul mükafatı və Fondun diplomları təqdim olunacaq.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək deyib ki, son vaxtlar ölkədə jurnalist fəaliyyətinə həsr olunmuş kütləvi tədbirlərin hər biri böyük bayram əhval-ruhiyyəsi ilə keçir. Son bir ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə mətbuatın inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul edilməsi və bu konsepsiyanın reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, qurumun Müşahidə Şurasının seçilməsi və icraçı direktorunun təyin olunması bu sahədəki işin daha da yaxşılaşmasına, jurnalistlərin fəaliyyətinin dəyərləndirilməsinə müsbət təsir göstərib. Bu gün biz həmin Fondun növbəti tədbirinə toplaşmışıq və əminəm ki, bu mərasimdən sonra cəmiyyətimiz burada fəaliyyəti dəyərləndirilən jurnalistlərimizi bir daha yaxından tanıyacaq.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, jurnalist fəaliyyəti ağır zəhmət tələb edən bir sahədir. ümummilli liderimiz Heydər Əliyev həmişə qeyd edirdi ki, jurnalist əməyi fədakar bir əməkdir. Əsl jurnalist olmaq üçün adi insan iradəsi, zəhməti, fəaliyyəti kifayət deyildir. Jurnalist olmaq üçün fövqəladə bir iradə, fədakar əmək, cəsarət nümayiş etdirmək tələb olunur. Azərbaycanda yaradıcı insanlar arasında jurnalistlər həmişə xüsusi seçilən peşə sahibləri olublar. Bu gün burada əməkləri qiymətləndirilən jurnalistlərin hər biri böyük zəhmət nümayiş etdirərək toplaşdığımız mükafatlandırma mərasiminə gəlib çıxıb.
Ə.Həsənov əmin olduğunu bildirib ki, növbəti illərdə bu müsabiqələrin həm əhatə dairəsi genişlənəcək, həm buraya yazı təqdim edən jurnalistlərin sayı çoxalacaq, həm də hər mükafatlandırma prosesinin özü mətbuatın bayramına, jurnalist əməyinin qiymətləndirilməsi sahəsində stimula çevriləcək.
Bir daha jurnalistləri əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni il münasibətilə təbrik edən Əli Həsənov əmin edib ki, Azərbaycan dövlətinin yürütdüyü media siyasəti, şəxsən Prezident İlham Əliyevin mətbuatın dinamik inkişafına yaratdığı şərait gələcəkdə də uğurla davam etdiriləcək.
Müsabiqə qaliblərini müəyyənləşdirmiş ekspert heyəti adından çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli seçimin çox diqqətlə, obyektiv aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb, bütövlükdə təqdim olunan yazıların səviyyəsindən razı qaldığını vurğulayıb.
Sonda müxtəlif nominasiyalar üzrə qalib adını qazanmış jurnalistlərin hər birinə mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxElm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23

