/ / Hikmət Babaoğlu: Koronavirusa qarşı mübarizədə xalqın öz dövlətinin yanında olması olduqca mühüm əhəmiyyətə malikdir
Hikmət Babaoğlu: Koronavirusa qarşı mübarizədə xalqın öz dövlətinin yanında olması olduqca mühüm əhəmiyyətə malikdir
11.06.2020 [09:25]
“Koronavirus pandemiyası bütün dünyada həm də dövlətlərin idarəetmə və xidmət göstərmə bacarığını bir növ test etmiş oldu”. Bunu APA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
O bildirib ki, pandemiya sosial-iqtisadi sferadan başlamış, səhiyyəyə qədər bütün sahələrdə mövcud problemləri bir qədər daha da dərinləşdirib: “Operativ və effektiv tədbirlər görə bilməyən, yaxud görmək imkanları olmayan ölkələrdə koronavirus sözün tam mənasında bir fəlakətə çevrilib və təəssüf ki, bu proses hələ də davam edir. Azərbaycan təcrübəsinə baxdıqda onun ən nümunəvi təcrübələrdən biri olduğu ortaya çıxır. COVİD-19 infeksiyası başlayandan bəri ölkəmizdə koronavirusa qarşı mümkün bütün tədbirlər vaxtında həyata keçirilməyə başlandı və dövlətin və cəmiyyətin bütün resursları bu istiqamətdə səfərbər edildi. Əgər pandemiyaya qarşı mübarizənin effektli aparılması üsullarına diqqət yetirsək, burada üç mühüm istiqamətə diqqət etməyimiz lazımdır. Bunlardan birincisi dövlətin, ikincisi cəmiyyətin davranışları və üçüncüsü alınan tədbirlərin doğruluq payının dərəcəsidir. Azərbaycanda hər üç istiqamət üzrə işlər düzgün təşkil edildi. Elə Prezident İlham Əliyevin iyunun 9-da daha üç modul tipli xəstəxananın açılışı zamanı həkim kollektivi ilə görüşündə çıxışı zamanı məhz bu məsələlərə bir daha toxunaraq qiymətləndirmə aparması ölkəmizdə koronavirusa qarşı aparılan mübarizənin nə qədər effektli olduğunu göstərmiş oldu. Hər şeydən öncə qeyd etmək lazımdır ki, yeni açılan xəstəxanalar COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb etməklə səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatını yaratdı.Bununla da ağır xəstələr üçün çarpayı sayı təqribən 7 minə çatdırıldı. Başqa bir məsələ xəstəxanaların quraşdırılmasında özəl sektorun fəaliyyətinin artmasıdır ki, bu da mühüm hadisədir. Azərbaycanda quraşdırılan bu tipli 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərindən yük bir qədər qalxacaq”.
Millət vəkili qeyd edib ki, ən mühüm məsələlərdən biri isə koronavirusa qarşı mübarizədə xalqın öz dövlətinin yanında olması hadisəsidir: “Bu məsələni də Azərbaycan Prezidenti xüsusi vurğulayaraq qeyd etdi ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrıldı. Ancaq bu prosesə vətəndaşlarımız və sahibkarlarımız da fəal qoşularaq fonda 100 milyon manatdan çox vəsait köçürdülər. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Döğurdan da bu hadisə vətəndaş-dövlət həmrəyliyinin ümümi maraqlar naminə səfərbər ola bilməsinin ən gözəl nümunələrindən biridir.
Eyni zamanda, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım göstərdilər və bu proses indi də davam edir. Qeyd olunanlarla bərabər, əldə etdiyimiz uğurlar müqayisəli təhlil apararkən daha qabarıq ortaya çıxır. Prezident İlham Əliyev öz nitqində bu məsələyə də toxunaraq bildirdi ki, dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün, bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Yaxud bəzi inkişaf etmiş ölkələr var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. Həmin inkişaf etmiş ölkələrdə səhiyyə sistemi həmişə etalon, nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma - “hər bir yoluxmuş insana tibbi xidmət göstərilir” ən düzgün, humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq. Bu faktlar Azərbaycanda koronavirusa qarşı mübarizənin necə uğurla həyata keçirildiyini göstərir. Ancaq şübhəsiz ki, arxayınçılıq hissinə qapılmaq əsla olmaz. Unutmaq olmaz ki, bundan sonrakı uğurlarımız bizim sosial məsuliyyətimizdən asılı olacaq”.
Xəbər lenti
Hamısına baxAnalitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

