/ / Bəhruz Quliyev: Azərbaycan dövləti koronavirusla mübarizədə həyata keçirdiyi tədbirlərlə nümunə ortaya qoydu
Bəhruz Quliyev: Azərbaycan dövləti koronavirusla mübarizədə həyata keçirdiyi tədbirlərlə nümunə ortaya qoydu
10.07.2020 [09:57]
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da yerli televiziya kanallarına müsahibəsində ölkədəki hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı geniş danışdı, bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə etdi. Bütün görülən işlər, verilən qərarlar onu göstərir ki, Azərbaycan dövləti koronavirus təhlükəsi ilə mübarizədə aktivdir”. Bunu SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ölkəmizdə koronavirus təhlükəsi ilə bağlı məsələnin tam nəzarətdə olduğunu deyən Bəhruz Quliyevin sözlərinə görə, Azərbaycandan fərqli olaraq, digər dövlətlərdə koronavirus problemi daha həyəcanla qarşılandı və ajiotaj səviyyəsinə qaldırıldı: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı görülən genişmiqyaslı tədbirlərin əsas məğzini əhalinin sağlamlığının qayğısına qalmaq, qlobal pandemiyadan az itki ilə çıxmaq təşkil edir. Dövlətimiz vətəndaşların rifah halının yaxşılaşdırılması, eləcə də iqtisadi sabitliyini təmin etmək üçün bütün imkanlardan istifadə edir. Hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq. İkinci dalğanın irəlidə necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır. Koronavirusa yoluxma ilə bağlı son statistikalar ürəkaçan deyil və bu vəziyyət bizi narahat olmağa vadar edir. Nəzarət də, virusa qarşı narahatlıq da davamlı olmalıdır. Pandemiya elan edildikdən sonra qısa müddətdə ölkə rəhbərliyi tərəfindən atılan addımlar müsbət nəticələrin təməli oldu. Sözsüz ki, dövlətin təhlükəsizlik tədbirlərinə daxil olan xüsusi karantin rejimi bir çox sahədə bizim gündəlik həyat vərdişlərimizi və fəaliyyətlərimizi məhdudlaşdırdı. Amma nəticədə biz bu gün böyük faciələrdən ilkin mərhələdə qoruna bildik”.
Ölkəmizdə formalaşan müasir səhiyyə sisteminin koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verdiyini deyən B.Quliyev qeyd edib ki, yeni xəstəxanaların tikintisi, maska istehsal edən müəssisənin fəaliyyətə başlaması, modul tipli xəstəxana komplekslərinin açılışı bunun bariz göstəricisidir: “Azərbaycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir. Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan daha bir modul tipli hospitalının açılışı oldu. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. Hospital 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunmaları üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Çevik, vaxtında verilmiş qərarlar, yeni növ koronavirus (COVID -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchiz olunması ölkəmiz üçün çox böyük təhlükə olan bu infeksiyanın geniş yayılmasının qarşısını almağa xidmət edir. Lakin görülən bütün təxirəsalınmaz tədbirlərlə yanaşı, hər bir vətəndaşımız daha məsuliyyətli olmalıdır. Unutmamalıdır ki, COVID-19 sərhəd tanımır. Əgər vətəndaşlarımız təlimatlara tam əməl edərlərsə, həyata keçirilən tədbirlərə dəstək olarlarsa, təkcə özlərinin deyil, ailələrinin, doğmalarının səhhətini qorumuş olar, ən başlıcası, dünyada böyük problemə çevrilən qlobal pandemiyanın ölkəmizdə yayılmasının qarşısı alınar”.
B.Quliyev bildirib ki, COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu: “Şübhəsiz ki, indi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxarmağa çalışır. Azərbaycanda da koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi. Bu baxımdan, Azərbaycanın uğurlarını Ümumdünya Səhiyyə Təşkilatı da yüksək qiymətləndirir. ÜST baş direktoru Tedros Adhan Gebreyesus da Prezident Əliyevin rəhbərliyi ilə görülən işləri yüksək qiymətləndirdiyini bəyan edib və pandemiyaya qarşı görülən tədbirlərlə əlaqədar Azərbaycanın nümunəvi ölkə kimi qəbul edildiyini vurğulayıb. Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir. Bu faktın təsdiqi 130 ölkədən çox dövlətin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəkləməsidir. Çünki Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Belə ki, Prezidentin Qoşulmama Hərəkatının Sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü zamanın həmrəylik çağırışı olmaqla yanaşı, həm də ilk növbədə dövlət başçısının dünyada böyük nüfuza malik lider olmasının göstəricisi idi. Eləcə də BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkili koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsinə çox mühüm stimul yarada bilər. Bir sözlə, dünya üçün böyük təhlükəyə çevrilən və qarşısının alınması üçün milyardlarla vəsait xərclənən koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dövləti həyata keçirdiyi tədbirlərlə bir nümunə ortaya qoydu”.
Xəbər lenti
Hamısına baxSosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

