/ / Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir
Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir
10.07.2020 [10:02]
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən KİV-ə verilən məlumata əsasən, Mehriban xanım Əliyevanın göstərişi ilə Mingəçevirdə iki şəhid ailəsi üçün yeni fərdi yaşayış evləri tikiləcək
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü təmin edilir. Belə ki, ölkəmizdə qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət dəstəyindən bəhrələnirlər. Bu kontekstdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının önəmini xüsusi qeyd edə bilərik. Belə ki, respublikamızda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı hazırlanaraq uğurla həyata keçirilir. 2020-ci ildə bəhs olunan kateqoriyalara aid vətəndaşlara 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Bununla da mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı ilin sonunadək 9 min 100-ə çatacaq.
Ölkəmizdə şəhid ailələrinin, müharibə veteranlarının mənzil-məişət problemlərinin həllində Heydər Əliyev Fondu yaxından iştirak edir
Ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdə həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Fondu da yaxından iştirak edir. Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Yeri gəlmişkən, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən KİV-ə verilən məlumata əsasən, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı növbəti dəfə göstəriş verib.
İctimai birliyin məlumatda deyilir: “Təşkilatımızın üzvü olan Mingəçevirdə yaşayan, 2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadənin və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən dərhal müsbət münasibət bildirilib.
Hər iki ailəmiz uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə əlaqədar ünvanlanmış müraciətlə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikiliməsinə dair göstəriş verib. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək. Mehriban xanımın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmayıb. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır”.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin məlumatında daha sonra bildirilir: “Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı ilə yanaşmağa və onlara qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq, təşkilatımız və şəhid ailələri adından göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk”.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə digər istiqamətlərdə də genişmiqyaslı sosial layihələr reallaşdırılır
Ümumiyyətlə, həssas qruplardan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin mühüm bir istiqamətini təşkil edir. Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində dövlət idarəçiliyinə yeni keyfiyyət dəyişikliyi gətirib, onun xəliqi-sosial mahiyyətini daha da gücləndirib. O cümlədən Birinci-vitse-prezidentin bilavasitə rəhbərliyi ilə qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanan yeni layihə uğurla reallaşdırılır. Xatırladaq ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsi müzakirə edildi. Birinci vitse-prezident müşavirədəki çıxışında hələ də çətin şəraitdə yaşayan məcburu köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün əlavə və təxirəsalınmaz addımların atılmasının zəruriliyini diqqətə çatdıraraq vurğulayıb: “Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır”.
Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra ilk mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlandı. Bəhs olunan müşavirədən cəmi bir neçə ay sonra isə - 2017-ci il may ayının 30-da Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Bundan başqa, çox qısa müddətdə Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana, Kürdəxanı qəsəbələrində və digər ünvanlarda yüzlərlə mənzil tikilərək məcburi köçkün ailələrinə təqdim edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihə çərçivəsində Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin 2020-ci il mayın 28-də açılışı baş tutub. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri açılış mərasimində bildirilib ki, “Qobu Park-3” 2018-2019-cu illərdə istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. “Qobu Park-3” yaşayış kompleksi isə onmərtəbəli 13 yaşayış binasından ibarətdir. Bütün yaşayış komlekslərində zəruri sosial infrastruktur qurulub.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı mühüm sosial layihələrdən biri də valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclərin mənzillə təminatı proqramıdır. İndiyədək Abşeron rayonunun Masazır qəsəbəsində, Bakının Nizami rayonunda uşaq evləri və internat məktəblərinin məzunları üçün çoxmənzilli yaşayış binaları tikilərək onların istifadəsinə verilib. Mehriban xanım Əliyeva bir qayda olaraq müvafiq kateqoriyadan olan gənclər üçün tikilən binaların açılışına qatılır və yeni həyata başlayan gənclərlə görüşərək onlara ən xoş diləklərini çatdırır. Belə görüşlər həyatın sərt sınağı ilə üzləşən gənclər üçün xoş xatirəyə çevrilir.
Şanlı aprel döyüşlərinin iştirakçılarının yüksək texnologiyalı protezlərlə təmin olunması ciddi sosial əhəmiyyət daşıyır
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2017-ci il aprelin 3-də 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşü isə onun milli təssübkeşliyinin, vətənpərvərliyinin, Azərbaycanın hər bir vətəndaşının dərd-sərini öz ağrısı kimi qəbul etməsinin növbəti təsdiqi olmaqla yanaşı, həm də ciddi sosial əhəmiyyət daşıyan “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin təqdimatı ilə yadda qaldı. Təqdimat mərasimində çıxış edən Mehriban Əliyeva vurğulayıb: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Münaqişə beynəlxalq hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapmalıdır, işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç bir ana - nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını tökməyəcək”.
Xatırladaq ki, sözügedən layihə çərçivəsində döyüşlərdə xəsarət almış əsgər və zabitlərimiz dünyanın müasir protez istehsalçıları olan Almaniyanın “Ottobock”, İslandiyanın “Ossur”, İngiltərənin “RSL Steeper” və ABŞ-ın “Fillauer” şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunublar. Layihə üzrə qısa müddətdə müvafiq işlər həyata keçirilib, hərbçilərin amputasiya olunan hərəki hissələrinə protezlər quraşdırılıb. Hər bir əsgər və zabitin bir çox fərdi xüsusiyyətləri, xüsusilə aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri nəzərə alınaraq onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər tətbiq olunub.
Ümumiyyətlə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həssas qruplardan olan insanlara, o cümlədən də şəhid ailələrinə, müharibə əlillərinə, qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğı ilə yanaşmasına dair belə nümunələrin sayı kifayət qədər çoxdur. Onu da qeyd edək ki, bu cür nəcib və xeyirxah addımlar xalqımız tərəfindən böyük rəğbətlə və təqdirlə qarşılanır, həmçinin yüksək qiymətləndirilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29

