/ / Azərbaycanın İsveçdəki diasporunun nümayəndələri yerli ictimaiyyəti Ermənistanın hərbi təxribatları barədə məlumatlandırıblar
Azərbaycanın İsveçdəki diasporunun nümayəndələri yerli ictimaiyyəti Ermənistanın hərbi təxribatları barədə məlumatlandırıblar
23.07.2020 [09:32]
İsveçdəki Azərbaycan diasporunun nümayəndələri Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalarla bağlı yerli ictimaiyyəti məlumatlandırmaq üçün Stokholmda mətbuat konfransı keçiriblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Söderberg şuranın baş verən hadisələrlə bağlı bəyanatını səsləndirib.
Azərbaycanın Tovuz rayonu istiqamətində erməni silahlılarının növbəti hərbi təxribatı barədə danışan diaspor fəalı yaranan qanlı toqquşmalar nəticəsində Azərbaycan Ordusunun generalının, müxtəlif rütbəli hərbçilərin və eyni zamanda, mülki şəxslərin həlak olduğunu, mülki əhalinin və yaşayış məntəqələrinin atəşə tutulduğunu bildirib. Azərbaycan kəndlərinin məqsədyönlü şəkildə əsas hədəf seçildiyini və baş verənlərin hüquqi prizmadan qəbuledilməz olduğunu qeyd edən İradə Əliyeva Söderberg beynəlxalq birliyi bu hadisələri yaxından öyrənməyə və müvafiq addımlar atmağa çağırıb. O, Ermənistan tərəfinin təxribat üçün seçdiyi ərazinin əhəmiyyətindən də danışaraq, təxribatın məqsədinin həm də Tovuz rayonu ərazisindən keçən beynəlxalq əhəmiyyətli boru kəmərləri və enerji layihələrinin işinə maneə olmaqdan ibarət olduğunu, bunun beynəlxalq enerji təhlükəsizliyinə çox ciddi təsir göstərə biləcəyini vurğulayıb.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdiyi və 1990-ci illərdən başlayaraq Azərbaycan ərazilərinin böyük hissəsinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunduğu qeyd edilən tədbirdə münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul edildiyi bildirilib. Bu qətnamələrin hər birində Ermənistan hərbi birləşmələrinin işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsinin və Ermənistanın təcavüzkar siyasətinə son qoymasının birmənalı şəkildə tələb edildiyi diqqətə çatdırılıb. İradə Əliyeva Söderberg təəssüf hissi ilə buna məhəl qoyulmadığını vurğulayıb.
“Biz istəyirik ki, sülhpərəst ölkə olan İsveç digər Avropa ölkələri və beynəlxalq təşkilatlar ilə birlikdə bu münaqişənin həllində daha fəal iştirak etmək üçün səy göstərsin. Bunun üçün isə Ermənistanın işğal altındakı Azərbaycan ərazisini tamamilə tərk etməsi məqsədilə təxirəsalınmaz addımlar atılmalıdır” - deyə, İradə Əliyeva Söderberg deyib. Diaspor fəalı, habelə bildirib ki, Ermənistan yeni bir müharibə başlamağa və daha çox ərazi işğal etməyə, daha çox azərbaycanlını öldürməyə cəhd edərsə, Azərbaycan xalqı öz hüquqlarından istifadə edib ərazilərini müdafiə edəcək və zəbt olunmuş Dağlıq Qarabağı da azad etmək üçün hərbi əməliyyatlara başlaya bilər.
Qeyd edək ki, tədbirdə İsveçdə fəaliyyət göstərən “Odlar Yurdu” Mədəniyyət Dərnəyinin, Təsviri İncəsənət Dərnəyinin, İsveç Qarabağ Azadlıq Mərkəzinin, “İnter Kultur” Dərnəyinin və Azərbaycan-İsveç Federasiyasının bəyanatları da təqdim olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40

