/ / Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi bəyanat yayıb
Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi bəyanat yayıb
24.07.2020 [09:21]
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2020-ci il 23 iyul tarixli Bəyanatını rəhbər tutaraq bildiririk: iyulun 12-dən etibarən işğalçı erməni qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilmiş hərbi toqquşmalar fonunda məğlub və aciz vəziyyətdə olan erməni diasporu dünyanın bir sıra ölkələrində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı terror xarakterli hücumlara cəhd edir. Ermənistanın hərbi təxribatları ilə bağlı etiraz aksiyaları keçirən xaricdəki dinc azərbaycanlı icma üzvlərinə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribat əməlləri, təcavüz aktları və vandalizm törədilir.
Bu xüsusda, 2020-ci il iyulun 22-də Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu - Belçika Erməniləri Təşkilatı (Comite des Armeniens de Belgique) tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib.
Azərbaycanın Belçika və Lüksemburqda yaşayan, tərkibində yaşlıların və mərd qadınlarımızın təmsil olunduğu yüzlərlə icma nümayəndələri, eləcə də həmsərhəd Niderland, Fransa və Almaniyada yaşayan soydaşlarımız dövlətimizin və xalqımızın mənafeyinin qorunması naminə yüksək həmrəylik göstərərək diplomatik missiyanın ərazisinə toplaşıb, mənfur ermənilərin nümayiş cəhdini iflasa uğradıblar.
Şanlı Azərbaycan bayrağının himayəsi altında qürurla birləşmiş həmvətənlərimiz dövlətçiliyimizin müdafiəsinə sipər olublar.
Onlar iyulun 12-dən etibarən təcavüzkar erməni qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilmiş hərbi təxribatları ifşa edən, eləcə də Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad edilməsini tələb edən şüarlar səsləndirib və plakatlar nümayiş etdiriblər. Soydaşlarımız “Yaşasın Azərbaycan!”, “Yaşasın dövlətimiz!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Qarabağ Azərbaycandır”, “Xocalıya ədalət!”, “Erməni işğalına son” şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını bir daha bəyan edib və Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini bildiriblər. Aksiyaya toplaşanlar Azərbaycanın dövlət himnini, hərbi marş və digər vətənpərvər mahnıları böyük sevgi ilə ifa edərək, təxribatçıların səslərini boğmağa nail olub, erməni təxribatçılarına lazımi cavabı veriblər.
Nümayiş zamanı Ermənistanın onilliklərdir Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətini ifşa edən müvafiq beynəlxalq təşkilatların sənədləri səsləndirilib. Belçikada yaşayan bəzi türk və gürcü dostlar da azərbaycanlı aksiyaçılarımıza dəstək göstəriblər.
Məğlub və aqressiv erməni radikalları diplomatik missiyanın inzibati həyətində toplanmış və vətəninin müdafiəsinə qalxmış dinc həmvətənlərimizə və diplomatik missiyamıza qarşı kütləvi vəhşiliklər törədiblər. Erməni təcavüzkarlarının daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücumu nəticəsində Azərbaycan diaspor nümayəndələrindən 6 nəfər, eləcə də “REAL TV”nın Avropa bürosunun müxbiri Xatirə Sərdarqızı yaralanıb və onlara tibbi yardım göstərilib; diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıntılara məruz qalıb, şüşələri sındırılıb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobili yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.
Hadisələri çoxsaylı quru və hava qüvvələri ilə tənzimləyən Belçika polisi xain düşmənin təxribatlarının qarşısını alıb, onları su şırnaqları vasitəsilə bölgədən uzaqlaşdırıb, müvafiq dağıntı və təcavüz faktları polis tərəfindən qeydə alınıb. Hazırda olan məlumata əsasən, hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.
Ümumilikdə baş vermiş hadisələrlə bağlı ətraflı hesabat və protokollar tərtib edilərək Belçika Krallığının Xarici İşlər Nazirliyinə nota və digər aidiyyəti qurumlarına rəsmi müraciət göndərilib, erməni cinayətkarlarının cəzalandırılması tələb edilib.
Bütün bunlara baxmayaraq, yüksək vətənpərvərlik ruhunda olan, sülhsevər və cəsur azərbaycanlılarımız öz şüarları və bəyanatları ilə yaramaz erməni aksiyaçılarını susdurmağa nail olublar.
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Avropa İttifaqı yanındakı Nümayəndəliyi bütün həmvətənlərimizə təşəkkür edir.
Azərbaycanımızın müdafiəsi naminə bir olan həmvətənlərimizlə qürur duyuruq!
Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır!”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03

