“The Jerusalem Post”: Azərbaycan nümunəvi tolerantlıq və açıq cəmiyyət nümunəsidir
19.08.2020 [08:50]
“The Jerusalem Post” qəzeti jurnalist Maayan Hofmanın Azərbaycanın nümunəvi tolerantlıq və açıq cəmiyyət nümunəsi olmasından bəhs edən məqaləsini yayıb.
Məqalədə ABŞ və Yaxın Şərq ictimaiyyətinin diqqət mərkəzində olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsraillə əlaqələri normallaşdırmasına dair qərarından bəhs edilir və bununla əlaqədar Azərbaycanın örnək olduğu məsələlərə diqqət yetirilir. Müəllif 26 ildən sonra yəhudi və müsəlman dövləti arasında imzalanacaq ilk sülh müqaviləsinin əhəmiyyətini qeyd edir, İsrailin müsəlman ölkəsi Azərbaycanla 1992-ci ildən davam edən tərəfdaşlıq münasibətlərinə nəzər salır.
Bu xüsusda İsrailin Azərbaycandakı səfiri Corc Dikin “Twitter” hesabında məsələ ilə bağlı paylaşımına diqqət çəkən jurnalist diplomatın “Azərbaycanın İsraillə 30 ilə yaxın davam edən dostluq və tərəfdaşlıq münasibətləri digər müsəlman ölkələrinə nümunədir” sözlərini sitat gətirir.
Eyni zamanda, ABŞ-da yerləşən Demokratiyaların Müdafiəsi Fondunun icraçı direktoru, tanınmış analitik Mark Dubovitz “Twitter” hesabında məsələ ilə bağlı paylaşımında qeyd edib ki, İsraillə dostluqda öndə gedən Azərbaycan açıq münasibətləri ilə rəsmi Təl-Əvivin müsəlman aləmində qəbul edilməsinə böyük töhfə verib.
ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerdən də sitat gətirən müəllif qeyd edir: “Dünyadakı 57 müsəlman ölkəsi arasında Azərbaycan İsrailə ən çox dəstək verən dövlətdir və heç bir ölkədə yəhudi icmasına Azərbaycanda olduğu kimi hörmətlə davranılmır. Azərbaycan nümunəsi geniş müsəlman dünyasına İsraillə güclü əlaqələrin ABŞ Konqresinin hörmət və dəstəyi ilə nəticələndiyi mesajını verir”.
Həmçinin məqalədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibəyə istinadlar edilir. Bildirilir ki, səfir İsrailin texnologiya, kənd təsərrüfatı, telekommunikasiya və müdafiə sahələrində Azərbaycanın əvəzedilməz tərəfdaşı olduğunu qeyd edib. Azərbaycanın İsraillə yaxın münasibətləri ABŞ Konqresinə də təsirsiz ötüşməyib və öz müsbət nəticələrini göstərib.
Müəllif E.Süleymanova istinadən bildirir ki, Azərbaycan hökuməti ölkə ərazisindəki yəhudi icmasının dini fəaliyyətini dəstəkləyir, buradakı köhnə sinaqoqlar bərpa olunub, yeniləri inşa edilib. Azərbaycan tolerant, açıq cəmiyyəti olan ölkədir və bunun faydalarını görməkdədir. İsrail-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasında insanlar arasındakı əlaqələr böyük önəm daşıyır. Uzun illər ərzində xalqlarımız arasında dostluq və inam formalaşıb. Bu səbəbdən də münasibətlərin bünövrəsini məhz insanlar təşkil edir. ABŞ, Azərbaycan və İsrailin yəhudi və müsəlman icmaları bu münasibətlərə töhfə verirlər. Azərbaycanla İsrail arasında mədəniyyət və turizm sahələrində də geniş əlaqələr mövcuddur.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

