İspaniya qəzeti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən yazıb
20.08.2020 [08:28]
İspaniyanın “LA CLTIMA” qəzetində Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosiasiyasının (ACAE) prezidenti Fərid Mustafayevin “Azərbaycanda nəinki biznes, hər kəs üçün böyük imkanlar var” sərlövhəli müsahibəsi dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, ACAE-nin prezidenti müsahibəsində ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsini sərt şəkildə pisləyib, ölkəmizə qarşı bir daha belə hərbi təcavüzlərə yol verilməyəcəyini diqqətə çatdırıb.
Azərbaycan ərazisinin 20 faizinin uzun illərdir Ermənistanın işğalı altında qalmasına diqqət çəkən Fərid Mustafayev təcavüzkar ölkənin torpaqlarımızın dərhal və qeyd-şərtsiz boşaldılması ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını qeyd edib. Bildirib ki, əksinə, təcavüzkar Ermənistan silahlı qüvvələri sərhədyanı bölgələrdən və Azərbaycanın işğal olunmuş ərazilərindən ordumuzun mövqelərini atəşə tutur ki, bu da hərbçilərlə yanaşı, mülki şəxslərin də ölümünə səbəb olur. İyul ayında Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatdan danışan F.Mustafayev vurğulayıb ki, sülhsevər Azərbaycan hər an işğalçı ölkənin hərbi təxribatları və terroru ilə üzləşə bilər.
Avropa İttifaqının və onun üzvü olan İspaniyanın hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq prinsipinə hörmətlə yanaşdığını bildirən F.Mustafayev deyib: “Bütün demokratik və inkişaf etmiş ölkələr bu prinsipi dəstəkləyir”.
Azərbaycanda pandemiya ilə mübarizədə görülən işlərdən danışan ACAE-nin sədri bildirib ki, ölkəmizdə bu sahədə bütün zəruri addımlar atılıb və proses davam edir. Modul tipli yeni xəstəxanaların quraşdırılması, süni tənəffüs aparatlarının alınaraq ölkəyə gətirilməsi və digər tədbirlər Prezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilir. Hazırda Azərbaycanda virusa yoluxanların sayı xeyli azalıb.
Sonda vurğulanıb ki, qədim tarixə, ənənələrə, güclü iqtisadiyyata, turizm sahəsində böyük imkanlara malik olan Azərbaycan xarici sərmayələrin qoyulması üçün münbit ölkədir və bir çox böyük şirkətlər uzun illərdir burada uğurla fəaliyyət göstərir. “Azərbaycanın tarixi-memarlıq abidələri, əsrarəngiz təbiəti və mətbəxi avropalılar, o cümlədən ispanlar üçün çox maraqlı olar. Azərbaycanda turizmin inkişafı üçün tərəfimizdən ardıcıl tədbirlər həyata keçirilir”, - deyə F.Mustafayev qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

