Ermənistan hakimiyyəti izahat verməlidir
20.08.2020 [08:44]
Ekspertlərin fikrincə, Araik Arutunyanın Azərbaycanın Gəncə şəhərinə qarşı hərbi hücum ehtimalından danışması yolverilməzdir və işğalçı ölkənin təcavüzkar mahiyyətini növbəti dəfə təsdiq edir
Təcavüzkar Ermənistan və işğal altında olan Dağlıq Qarabağdakı qondarma rejim yenidən məsuliyyətsiz və qeyri-konstruktiv açıqlamalarla gündəmə gəlməyə çalışır. Belə məsuliyyətsiz açıqlamalardan biri də Dağlıq Qarabağdakı separatçı rejimin qondarma başçısı Araik Arutunyanın Azərbaycanın Gəncə şəhərinə qarşı hərbi hücum ehtimalından danışması olub. Görünən odur ki, bu ilin iyulunda uğradığı məğlubiyyətinin ardından ölkəsində nüfuzdan düşən Ermənistan hakimiyyəti bu cür səviyyəsiz və gülünc təxribatlarla xalqının güvənini “qazanmağa” çalışır. Maraqlısı isə bu cür təxribatçı və təcavaüzü özündə əks etdirən məsuliyyətsiz bəyanatların Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi qismində çıxış edən ATƏT-in Minsk qrupu tərəfindən susqunluqla qarşılanmasıdır. Konkret hərbi təcavüzü özündə əks etdirən bu sərsəmləmənin cavablandırılmaması anlaşılan deyil.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov Ermənistanın və yaratdığı qondarma rejimin Azərbaycan ərazilərini vurmaqla bağlı səsləndirdiyi fikirləri boş xülya adlandırıb. E.İbrahimov onu da qeyd edib ki, biz məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq: “Lakin məsələ sülh yolu ilə həll olunmadığı təqdirdə, Azərbaycan öz hərbi gücünü göstərməkdən çəkinməyəcək. Bu əsasla ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə ciddi yanaşmalı və təsirli bir tədbir görməlidir. Əgər əllərindən heç nə gəlmirsə, o zaman ATƏT-in Minsk qrupunun həmsədrləri dəyişməli, ya da buraya yeni ölkələr təyin olunmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələdə 30 ilə yaxın müddətdə heç 30 millimetr də irəliləyiş əldə edə bilməyiblər”.
ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan Eldar İbrahimov “Düzdür, dünyanın ən böyük ölkələrindən ABŞ, Fransa və Rusiyadan burada həmsədrlər iştirak edir. Lakin onlar bu məsələdə heç bir iş görmürlər. Əksinə, bu məsələni sülh yolu ilə həll etmək əvəzinə, hətta Ermənistana kömək belə edirlər”, - deyə bildirib.
Milli Məclisin deputatı Vüqar İskəndərov Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyanın Gəncəni vurmaqla bağlı hədəsini işğalçı tərəfin növbəti təxribatı və məsuliyyətsizliyi kimi qiymətləndirib. Onun sözlərinə görə, Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir: “İyul ayında istər hərb meydanında, istərsə də diplomatik müstəvidə uğursuzluğa düçar olan, dəstəklənməyən təcavüzukar dövlət bu cür qeyri-real açıqlamalarla özünü “diriltmək” fikrinə düşüb. Digər tərəfdən, Ermənistan işğalçılığı, faşizmi dövlət siyasətinə çevirmiş bir dövlətdir və onlar Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət ediblər. Beynəlxalq təşkilatlar hətta atəşkəs dövründə belə körpə uşaqları hədəfə almaqdan çəkinməyən işğalçı dövlətə qarşı davranışlarını dəyişməlidir. Ermənistan yaratdığı qondarma rejimin dili ilə Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələləyir. Beynəlxalq təşkilatlar Ermənistanı nəzarətə götürməlidir və Ermənistan hakimiyyəti bununla bağlı izahat verməlidir”.
Deputat ATƏT-in Minsk qrupunun bu məsələdə susqunluq nümayiş etdirməsinin qəbuledilməz olduğunu deyib: “Bu məsələdə susqunluq nümayiş etdirən ATƏT-in Minsk qrupunun davranışı qəbuledilməzdir. ATƏT-in Minsk qrupu bu bəyanata niyə münasibət bildirmir, anlaşılan deyil. Görünən budur ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir effekt verə bilmir”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32

