/ / Yüksək vəzifəli şəxslər də başa düşməlidirlər ki, qaydaları pozmağa görə mənəvi məsuliyyət daşıyırlar
Yüksək vəzifəli şəxslər də başa düşməlidirlər ki, qaydaları pozmağa görə mənəvi məsuliyyət daşıyırlar
25.08.2020 [08:50]
Azərbaycanda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah da yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edib. Lakin koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Bu səbəbdən də bu günədək daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy və yas mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Bu günlərdə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatların cəmiyyətin hiddətinə səbəb olub və ciddi qınağına məruz qaldığını deyən Sədaqət Vəliyeva bildirib: “Heç kəs unutmamalıdır ki, kimliyindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir və karantin qaydalarını pozan yüksək rütbəli məmur, vəzifəlilər qanunu pozursa, hüquq-mühafizə orqanları mütləq ölçü götürməlidirlər və götürürlər də. Məlum olduğu kimi, ötən gün hüquq-mühafizə orqanları, məhkəmələr, aidiyyəti qurumlar tərəfindən toy mərasimi təşkil edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev məhkəmənin qərarı ilə cəzalandırılıblar, tədbirdə iştirak edənlərin bir çoxu isə cərimə olunub”.
“Bu hadisə bir daha onu göstərdi ki, ölkədə qanunun aliliyinin qarantı Prezident İlham Əliyevdir, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və onların tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək. Bu səbəbdən də hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq. Çünki koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər yetirə bilməz. Bu reallığı hamı, həmçinin ölkədə yüksək və məsul vəzifə daşıyan şəxslər də bilməlidirlər və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar.
Deputat vurğulayıb ki, hər bir ailəyə övlad toyu, gözəl günlər qismət olsun, lakin indiki şəraitdə qaydalara və qanunlara riayət etmək çox zəruridir. O deyib: “Bir halda ki, pandemiya dövründə toyların keçirilməsinin qadağan olunması haqqında qərar verilib, o zaman hamımız buna əməl etməliyik. Biz həmrəylik və məsuliyyət nümayiş etdirməliyik. Əlbəttə ki, qanunlara hörmət etməyənlər onsuz da cəzalarını alırlar. Bəs, şəhidlərimiz necə, yadlarından çıxıbmı? Axı, onların şəhid olmasından heç 40 gün keçməmişdi. Birincisi, toy keçirmək pandemiyadan irəli gələrək qanunla qadağan olunubsa, digər tərəfdən bu, mənəvi məsələyə çevrilib”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

