/ / Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirir
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirir
01.09.2020 [08:51]
Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu isə işğal edilmiş torpaqlarda aparılan süni köç fəaliyyətləri ilə bağlı susqunluq nümayiş etdirirlər
Məlum olduğu kimi, Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionu və ətraf rayonlarda işğalçı Ermənistanın indiki və keçmiş rejimləri tərəfindən qeyri-qanuni fəaliyyətlərə rəvac verilir. Belə ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal altında olan ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmaya dair faktlar zaman-zaman ortaya çıxır. Hazırda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində işğalçı ölkə qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirir.
Onu da qeyd edək ki, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktları ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Eyni zamanda, Azərbaycan tərəfi bu faktları mütəmadi olaraq beynəlxalq ictimaiyyətə təqdim edərək Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Ona görə ki, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud şəkildə pozulmasıdır.
Yeri gəlmişkən, avqust ayının 4-də Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra həmin ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının “tarixi torpaqları”na geri dönüşü ilə bağlı mövzu Ermənistanda yenidən aktuallaşıb. Yəni müəyyən mənada Beyrutda baş verən partlayış işğalçı dövlətin “gələcəyə hesablanmış” siyasətini həyata keçirmək üçün bir bəhanə olub. Belə ki, işğalçı dövlət üçün Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası, oradan isə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi mühüm hədəf kimi önə çəkilib.
Qeyd edək ki, bu proses, yəni xaricdəki ermənilərin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi, əslində, çoxdan aparılsa da, beynəlxalq hüquqa zidd olduğu üçün işğalçı dövlətin hakim dairələri bu məsələ ilə əlaqədar açıq şəkildə danışmaqdan çəkinirdilər. Ancaq nədənsə bu dəfə işğalçı tərəf Livan ermənilərinin işğal edilmiş ərazilərdə məskunlaşdırma niyyətlərini nümayişkaranə şəkildə bəyan edir. Məsələn, “panarmenian.net”in məlumatına görə, işğal altındakı Dağlıq Qarabağda yaradılmış qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında 100-150 erməni ailəsini Dağlıq Qarabağda yerləşdirməyə hazır olduğunu bildirib.
Bununla yanaşı, Ermənistan mətbuatı artıq Livandan olan ilk iki erməni ailəsinin Dağlıq Qarabağa yerləşdirilməsindən və bu prosesin davamlı olacağından bəhs edir. Hətta”news.am” saytı yazır ki, Livanın erməni icmasına yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun separatçıların başçısı A.Arutyunyan ilə görüşü zamanı separatçıların lideri Dağlıq Qarabağa köçmək istəyən çox sayda ermənini yerləşdirməyə, mənzil, iş və digər sosial təminatları həll etməyə hazır olduğunu vurğulayıb. İşçi qrupun rəhbəri Rudik Hyusnunts bildirib ki, Livandan Dağlıq Qarabağa gətirilən ailələrin yaşayışı üçün hər cür şərait yaradılıb.
Görünən odur ki, işğalçı ölkənin hakimiyyəti Livanda davam edən qeyri-stabil vəziyyətdən Ermənistan və qondarma rejimin acınacaqlı demoqrafik strukturunun yaxşılaşdırılması məqsədi üçün istifadə etməyi planlaşdırır. Bu məqamda onu vurğulamaq yerinə düşər ki, Dağlıq Qarabağda aparılan köçürmə siyasəti beynəlxalq hüququn norma və standartlarına zidd şəkildə, tarixin saxtalaşdırılması kontekstində aparılır. Belə ki, işğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu dəyişdirmək niyyəti güdülür. Ermənistanın əsas məqsədi Livandan işğal olunan bölgələrə süni köçlər vasitəsi ilə boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri qayıtmasının qarşısını almaqdır.
Burada ən təhlükəli cəhət isə odur ki, Beyrutda baş verən partlayışdan sonra guya livanlı erməniləri xilas etmək adı ilə Ermənistan hakimiyyətinin Livandan çox sayda erməninin ölkəyə gətirilməsi, onların işğal edilmiş Dağlıq Qarabağda yerləşdirilməsi prosesinə terrorçu dəstələri cəlb etmək ehtimalıdır. Belə ki, ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir.
Sonda qeyd edək ki, bu prosesdə narahatlıq doğuran digər məqam isə köçürmə prosesinin başlanmasını işğalçı dövlət açıq şəkildə bəyanat etdiyi halda, beynəlxalq təşkilatlar, münaqişənin həllində yaxından iştirak edən ATƏT-in Minsk qrupunun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal edilmiş torpaqlarda aparılan süni köç fəaliyyətləri qarşısında susmalarıdır.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

