/ / Prezidentin köməkçisi Hikmət Hacıyev İstanbulda fəaliyyət göstərən beynəlxalq media nümayəndələri ilə görüşüb
Prezidentin köməkçisi Hikmət Hacıyev İstanbulda fəaliyyət göstərən beynəlxalq media nümayəndələri ilə görüşüb
09.09.2020 [09:09]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 8-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Hikmət Hacıyev İstanbulda fəaliyyət göstərən beynəlxalq media qurumlarının nümayəndələri ilə görüşərək müzakirələr aparıb.
Prezidentin köməkçisi özünün “Twitter” səhifəsində görüşlə bağlı yazıb: “İstanbulda fəaliyyət göstərən beynəlxalq media nümayəndələri ilə görüşmək və açıq dialoq aparmaq çox xoş idi. Ermənistan-Azərbaycan münaqişəsi, regional və beynəlxalq mövzularda geniş müzakirələr apardıq”.
Keçirilən görüşlərin əhəmiyyətini vurğulayan Hikmət Hacıyev deyib ki, biz media sahəsinin müxtəlif istiqamətləri üzrə ətraflı müzakirələr apardıq. Düşünürük ki, əməkdaşlıq üçün böyük potensial vardır. Türkiyə son dövrlərdə sənədli və bədii filmlərin hazırlanması sahəsində böyük təcrübə qazanıb. Türkiyə televiziyaları istər texnologiya, istərsə də kontent yaradılması baxımından yaxşı imkanlara malikdir. Bu xüsusda əməkdaşlıq üçün geniş imkanlar və böyük resurslar vardır.
Qeyd edək ki, üç gün davam edən səfər sentyabrın 8-də başa çatacaq.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin əsas məqsədi ölkələrimiz arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılması işini daha da fəallaşdırmaqdır.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxildirlər.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

