/ / Azərbaycan NATO PA-nın komitə iclasında pandemiyaya həsr olunan xüsusi konfransın keçirilməsini təklif etdi
Azərbaycan NATO PA-nın komitə iclasında pandemiyaya həsr olunan xüsusi konfransın keçirilməsini təklif etdi
11.09.2020 [09:46]
Sentyabrın 9-da NATO Parlament Assambleyasının Təhlükəsizliyin milli ölçüsü komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü Kamran Bayramov iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirə NATO PA-ya üzv və assosiativ ölkələrin nümayəndələri qatılıblar.
Gündəliyə “Çin və qlobal liberal quruluş”, “NATO haqqında məlumatın və təhsilin artırılması” barədə hesabat layihələri və təşkilati məsələlər daxil edilib.
Tədbirdə çıxış edən üzv ölkələrin nümayəndələri müzakirə olunan məsələlərə münasibətlərini bildirib, qeyd və təkliflərini veriblər.
İclasda çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, NATO haqqında məlumatın və təhsilin artırılmasına dair hesabat layihəsi NATO haqqında məlumatın və təhsilin artırılması üzrə səyləri tam əhatə etmiş, bu sahədə NATO-nun yanaşmaları və təşəbbüslərinə xeyli yer ayrılmış, bununla bağlı üzv dövlətlərin fəaliyyətinin müstəsna əhəmiyyətini tam əks etdirmişdir. Eyni zamanda, əminik ki, ayrıca dövlətlər misalında konkret nümunələrin verilməsi də NATO haqqında ictimaiyyət arasında məlumatlılığın artırılması işində öz dəyərli töhfəsini verəcək.
Deputat hesabat layihəsinin NATO-nun əlaqələri və “COVID-19 pandemiyası” adlı IV bəndinə dair təklif verib. Bu bənddə deyilir ki, NATO böhranla mübarizədə üzv dövlətlərin əldə etdiyi qabaqcıl təcrübənin mübadiləsini təşviq edir.
Təklif bu cümləyə “üzv olan dövlətlər” sözlərindən sonra “assosiativ üzvlər” sözlərinin daxil edilməsindən ibarətdir. Çünki, məsələn, NATO-nun assosiativ üzvü olan Azərbaycan dünyada pandemiyanın başlandığı andan koronavirusa qarşı mübarizədə regional və qlobal səviyyədə zəruri təşəbbüslər irəli sürür və məqsədyönlü addımlar atır, ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi ÜST-yə könüllü ianə ayırmış, dünyanın 30-dan çox dövlətinə humanitar yardım göstərmişdir.
Hesabat layihəsinin məruzəçisi Angel Tilvara Kamran Bayramovun bu təklifini bəyəndiyini və komitənin növbəti iclasında təklifin müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.
Sonra Kamran Bayramov bildirib ki, COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq həmrəyliyin təmin edilməsi, bu sahədə qabaqcıl təcrübənin mübadiləsinin təşviq edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə sədri olduğu Qoşulmama Hərəkatının 2020-ci il mayın 4-də Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş videokonfrans formatında Zirvə görüşü təşkil edilib. Görüşdə Prezident BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatının üzv ölkələri arasında yekdilliklə razılaşdırılıb və BMT-nin 130-a qədər üzv dövləti bu təklifə rəsmi dəstək verib.
Deputat Kamran Bayramov bununla əlaqədar NATO Parlament Assambleyası tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə NATO-nun rolu və əhəmiyyətinə həsr olunan ayrıca xüsusi videokonfransın keçirilməsi, konfransda koronavirusla mübarizədə NATO-ya üzv dövlətlərin və assosiativ üzvlərin arasında həmrəyliyin nümayiş etdirilməsi, onlar arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi, qabaqcıl təcrübənin mübadiləsi, bu təhdidə qarşı qlobal cavabın tapılması və digər əhəmiyyətli məsələlərin həmin konfransda müzakirəyə çıxarılması təklifini irəli sürüb.
Bununla da NATO Parlament Assambleyasının Təhlükəsizliyin milli ölçüsü komitəsinin videokonfrans formatında keçirilən iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

