/ / Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib
18.09.2020 [09:31]
Sentyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələnin daxil olduğunu bildirib. Qeyd edib ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası, Milli Məclisin Daxili Nizamnaməsi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanun intizam məsələlərini özündə ehtiva edir. Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında parlamentə bir sıra tövsiyələr vermişdi. Onların bir hissəsi də intizam məsələləri ilə bağlı idi.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında (birinci oxunuş) məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, 9 maddədən ibarət layihənin hazırlanmasına bu ilin aprel ayında başlanılıb. Burada ümumi müddəalar, intizam komissiyasının təşkili, səlahiyyətləri, komissiyanın iclaslarının aparılması qaydaları, komissiya üzvlərinin hüquqları və vəzifələri, barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri, müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri, komissiyanın fəaliyyətinin təmin edilməsi və digər məsələlər əksini tapıb.
İclasda çıxış edən Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Erkin Qədirli, Səttar Möhbalıyev, Hikmət Məmmədov, Elşən Musayev, Sabir Hacıyev, Azay Quliyev, Vüqar İsgəndərov, Nurlan Həsənov, Məşhur Məmmədov və Əminə Ağazadə Əsasnamə layihəsi barədə fikirlərini bildirib, qeyd və təkliflərini veriblər.
Sonra Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Əsasnamə layihəsinin hazırlanmasına verdikləri dəstəyə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya və Sədrin birinci müavini Əli Hüseynliyə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, layihə yüksək səviyyədə hazırlanıb və qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınıb. Komissiya sədri Əsasnamənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deputatların səsləndirdikləri fikirlərə münasibət bildirib.
İclasın sonunda Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19

