/ / Pakistanın ölkəmizdəki yeni səfiri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təxribatları barədə məlumatlandırılıb
Pakistanın ölkəmizdəki yeni səfiri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təxribatları barədə məlumatlandırılıb
08.10.2020 [09:44]
Oktyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Spiker Sahibə Qafarova səfir Bilal Hayeni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Milli Məclisin Sədri Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib. Sahibə Qafarova bir neçə gün əvvəl onun Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə telefon danışığı olduğunu məmnunluqla xatırladıb.
Görüşdə ölkələrimizin parlamentləri arasında da əlaqələrin hazırkı səviyyəsindən razılıq ifadə olunub. Spiker əmin olduğunu bildirib ki, səfir Bilal Hayenin fəaliyyəti ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha da inkişafına, o cümlədən parlamentlər arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini bildirib. O deyib ki, ölkəmizdə şahidi olduğu qonaqpərvərlik və xoş münasibət xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisidir.
Görüşdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təxribatları barədə də məlumat verilib. Spiker Sahibə Qafarova qeyd edib ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də növbəti dəfə kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başlayıb. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirib və artıq işğal altındakı bəzi ərazilərimiz azad edilib.
Milli Məclisin Sədri qeyd edib ki, Ermənistan mülki şəxsləri və cəbhə xəttindən aralıda yerləşən şəhər və rayonlarımızı da hədəf alır. Bu, bir daha Ermənistanın cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir.
Səfir ölkəsinin qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəklədiyini bir daha bəyan edib.
Spiker ədalətli mövqeyinə və Azərbaycana göstərdiyi dəstəyə görə Pakistan İslam Respublikasına minnətdarlığını bildirib.
Sonda səfir Pakistan Milli Assambleyasının sədri Əsəd Qayser tərəfindən Milli Məclisin Sədrinə ünvanlanmış Pakistana səfərə dəvət məktubunu Sahibə Qafarovaya təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

