Prezident İlham Əliyev BMT tarixində bir ilkə imza atıb
07.11.2020 [09:03]
Azərbaycanın dövlət başçısının vaxtında irəli sürdüyü BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni səfərbər edib və pandemiyaya qarşı aktiv müzakirələrə başlanılıb
Yeni növ koronavirus pandemiyası (COVID-19) dünya ölkələrinin həyatına bir sıra çətinliklər gətirdiyi kimi, ona qarşı mübarizə tədbirlərinin də birgə səylərlə həyata keçirilməsi daha səmərəli nəticələr verə bilər. Bu baxımdan Azərbaycanın mövqeyi təqdirəlayiqdir. Ölkə daxilində insanların sağlamlığının qorunması üçün ciddi tədbirlər görən Azərbaycan dövləti, həmçinin indiki çətin şəraitdə qlobal həmrəyliyin möhkəmləndirilməsinə hesablanan təşəbbüslərlə çıxış edir. Xəbər verildiyi kimi, bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyev QH-yə üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifini irəli sürüb. Çox haqlı olaraq Azərbaycanın dövlət başçısının bəhs olunan təşəbbüsü COVID-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab kimi dəyərləndirilir.
150 ölkə BMT Baş Assambleyasının COVID-19-a qarşı Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə dəstəyini ifadə edib
Azərbaycan Prezidentinin qlobal səviyyədə yeni növ koronavirus pandemiyasına qarşı mübarizənin səmərəliliyinin artırılmasını özündə ehtiva edən təşəbbüsü həm QH ölkələri, həm də BMT-yə üzv olan digər dövlətlər tərəfindən dəstəklənib. Bütün qitələrdən olan dövlətlər bu təşəbbüsə öz rəsmi dəstəyini ifadə edib.
BMT-nin tarixinə nəzər salsaq, görərik ki, indiyədək 31 Xüsusi Sessiya keçirilib. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmış sessiyalardır. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında baş tutacaq. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atıb.
Xəbər verildiyi kimi, Xüsusi Sessiya 2020-ci il iyulun 10-da rəsmi olaraq öz işinə başlayıb. Çoxsaylı müzakirələr zamanı Xüsusi Sessiyanın sədrliyi, keçirilmə qaydaları və digər önəmli məsələlər haqda qərarlar verilib. Müzakirələrin sonunda, 5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi Sessiyası” ilə bağlı qətnaməni qəbul edib. 150 ölkə bu qətnamənin lehinə səs verərək Prezident İlham Əliyevin təşəbbüsünü növbəti dəfə dəstəkləyib. Qətnaməyə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən QH-yə üzv ölkələr adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alınıb.
Azərbaycan Prezidentinin pandemiya ilə mübarizədə qlobal liderlik rolunu öz üzərinə götürməsi BMT-nin bu istiqamətdə fəaliyyətinə təkan verib
BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi təhlükəli yeni növ koronavirus pandemiyasına qarşı qlobal cavabın təşkilində mərkəzi rol oynamalı idi. Bu mənada bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Təəssüf ki, qurum bəşəriyyətin ona olan gözləntilərini bütünlüklə doğrultmadı. Xüsusilə BMT Təhlükəsizlik Şurası öz effektivliyini nümayiş etdirmədi və bu vacib məsələ ilə bağlı vahid mövqe formalaşdıra bilmədi. Xüsusilə pandemiyanın yayıldığı ilk vaxtlarda qurumun fəaliyyətsizliyi daha çox hiss olunurdu. BMT və onun Təhlükəsizlik Şurası sadəcə texniki məsələləri müzakirə edirdi və pandemiyaya qarşı mübarizə kənarda qalmışdı. Nə qədər qəribə görünsə də, əsas müzakirə predmeti pandemiya dövründə iclasların necə keçirilməsi, onlayn formatda müzakirələrin necə təşkil olunması ilə məhdudlaşırdı. Sanki BMT prosedur qaydalarının girovuna çevrilmişdi. Prezident İlham Əliyevin vaxtında irəli sürdüyü təşəbbüs isə həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər etdi və aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı. İnamla demək olar ki, pandemiyaya qarşı mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi. Bu təşəbbüs pandemiyaya qarşı mübarizədə müstəsna əhəmiyyətə malikdir və şübhə yoxdur ki, aparılan müzakirələr nəticəsində bəşəriyyəti pandemiyanın əlindən xilas edə biləcək önəmli qərarlar veriləcək.
Qeyd etmək yerinə düşər ki, bu prosesdə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı da böyük rol oynayıb. Belə ki, qurumun üzvləri Prezident İlham Əliyevin təşəbbüsünü elə ilk gündən dəstəkləyiblər. Hazırda QH-nin beynəlxalq aləmdə böyük rolu və çəkisi vardır. Azərbaycan bu önəmli beynəlxalq təsisata sədrlik fəaliyyətini uğurla həyata keçirir. Ekspertlərin də bildirdikləri kimi, pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assambleyasının Xüsusi Sessiyasının açılış mərasimində QH-nin sədri kimi Prezident İlham Əliyevin çıxışı ölkəmizin quruma sədrliyinin növbəti böyük uğuru olacaqdır.
İşğalçı Ermənistan qlobal təhdid ilə mübarizədə belə öz çirkin niyyətindən əl çəkməyib
Yeri gəlmişkən, işğalçı Ermənistan hətta qlobal təhdid ilə mübarizədə belə çirkin niyyətindən əl çəkməyib. Bütün dünya birliyi COVID-19 pandemiyasına qarşı vahid mövqe nümayiş etdirdiyi halda, Ermənistan əvvəldən bu təşəbbüsə qarşı çıxıb. BMT-nin sözügedən qətnaməsi ilə bağlı müzakirələrdə də Ermənistan ona qarşı çıxıb və lehinə səs verməyib. Ermənistan son anadək bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışıb, lakin beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşib və onun bu cəhdləri rədd edilib. Onu da vurğulayaq ki, Ermənistan açılış mərasimində Qoşulmama Hərəkatının sədrinin çıxışının olmaması üçün cəhdlər göstərsə də, məqsədinə nail ola bilməyib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30

