Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fatma Yıldırım: Bu gün ölkəmiz dünyanın multikulturalizm mərkəzinə və tolerantlıq məkanına çevrilib

Fatma Yıldırım: Bu gün ölkəmiz dünyanın multikulturalizm mərkəzinə və tolerantlıq məkanına çevrilib

28.11.2020 [01:27]

“Həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində bu gün ölkəmiz dünyanın multikulturalizm mərkəzinə və tolerantlıq məkanına çevrilib”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, Ermənistandan fərqli olaraq bu gün Azərbaycanda bütün ibadət ocaqları, o cümlədən Bakının mərkəzində yerləşən erməni kilsəsi, içərisində olan 5 min ədəbiyyatla birgə dövlət tərəfindən qorunur. Azərbaycanın bu siyasəti beynəlxalq qurumlar, dünyanın tanınmış nüfuzlu dini liderləri tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Ermənistan isə monoetnik dövlətdir. Azərbaycanlılar 1980-ci illərin sonlarında deportasiya edildikdən sonra bütün məscidlərimiz, tarixi abidələrimiz, hətta azərbaycanlılara məxsus məzarlıqlar da yer üzündən silinib. Toponimlərimiz də soyqırıma məruz qalıb.

Millət vəkilinin sözlərinə görə, 30 ilə yaxın erməni işğalı altında olmuş ərazilərimizdə də belə vandalizm aktları törədilib. Ermənistanda faşizm və terror dövlət siyasətidir. Törədilən bu əməllər də məhz bu siyasətin nəticəsidir. Onlar üçün heç bir dəyər və müqəddəslik anlayışı yoxdur. Məscidlərdə donuz, inək saxlanılması, bir qisminin dağıdılması bu vəhşiliyin əyani sübutudur. Ermənistan törətdiyi bu vəhşiliklərə görə cavab verməlidir və verəcək. Bu gün biz məhz erməni faşizminə və terroruna qarşı mübarizə aparırıq. Növbəti mərhələdə məsələnin beynəlxalq məhkəməyə çıxarılması nəzərdə tutulur, çünki Ermənistan törətdikləri bu cinayətlərə görə məsuliyyət daşımalıdır.

“Ermənilər işğal etdiyi torpaqlarımızda tarixi və dini abidələri saxtalaşdırmağa və erməniləşdirməyə çalışıblar. Bu abidələr sırasında Alban abidələri də xüsusi yer tutur. Ermənilər həmin abidələrə öz dillərində yazılar yazıblar ki, guya bu abidələrin onlara məxsus olduğunu göstərsinlər. Amma texnologiyaların inkişaf etdiyi zamanda yaşayırıq. Beynəlxalq ekspertləri dəvət edərək müasir texnologiyalar vasitəsilə erməniləri ifşa etmək olar. Çünki hazırda tarixi abidələri, yazıları yaşına qədər aşkar etmək olur. Yəqin ki, dövlətimiz bu istiqamətdə lazımı addımlar atacaq. Və biz sübut edəcəyik ki, ermənilər həmin Alban abidələrini saxtalaşdırmağa çalışıblar. Ermənilərin Alban kilsələrinə sahib çıxmasının və onların saxtalaşdırılmasının qarşısının alınması üçün Alban katolikosluğunun bərpası və onların idarəçiliyinin Alban-udi icmasına verilməsi indiki dövrdə çox vacib və zəruridir”, - deyə deputat qeyd edib.

NARDAR

 
Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31