Roma şəhərinin meri Azərbaycana təşəkkür edib
15.12.2020 [09:55]
Roma şəhərinin tarixi ərazisi olan Fori İmperialidə yerləşən Via Alessandria küçəsində arxeoloji qazıntı işlərinin tamamlanması və həmin işlər vaxtı aşkarlanmış heykəltəraşlıq və memarlıq tapıntılarının təqdimatı ilə bağlı Roma şəhərinin meri Vircinia Racci, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və şəhərin digər rəsmilərinin iştirakı ilə Romanın məşhur Mercati di Traiano muzeyində mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Roma şəhərinin meri Vircinia Racci Via Alessandria küçəsində həyata keçirilmiş arxeoloji qazıntı işlərinin tamamlanması və onun nəticəsi olaraq nadir heykəltəraşlıq və memarlıq əsərlərinin tapılmasının Roma şəhərinin həyatında böyük hadisə olduğunu bildirib və müvafiq arxeoloji qazıntı işlərinin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasına dərin təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə multietnik və multikultural ölkə olan Azərbaycanın digər xalqların mədəniyyətinə də diqqət və qayğı ilə yanaşdığını, dünyanın müxtəlif ölkələrində tarixi, mədəni və dini abidələrin qorunması və bərpası məsələsini hər zaman diqqətdə saxladığını bildirib. Roma şəhərinin qədim irsinin bütün bəşəriyyətə aid olduğunu deyən diplomat əbədi şəhər və sivilizasiyanın beşiyi olan İtaliyanın paytaxtının Azərbaycanın qəlbində xüsusi yerinin olduğunu vurğulayıb. M.Əhmədzadə Roma şəhərinin Fori İmperiali ərazisindəki Via Alessandria küçəsində arxeoloji qazıntı işlərinin 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri vaxtı Roma şəhər meriyası ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında imzalanmış müqavilə əsasında həyata keçirildiyini xatırladıb, həmin qazıntı işlərinin öz hədəflərindən daha da irəli getdiyini və bir sıra dəyərli tapıntıların aşkarlanmasına səbəb olduğunu deyib. Həmin arxeoloji tapıntıların bu ilin fevral ayında Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri vaxtı meriyanın binasındakı Culio Cesare zalında şəhərin meri Vircinia Raccinin təşkilatçılığı ilə keçirilmiş mərasimdə nümayiş etdirildiyini diqqətə çatdırıb. Diplomat hazırkı mətbuat konfransının keçirildiyi Mercati di Traiano muzeyinin bu ilin 28 may tarixində Respublika Günü münasibətilə Azərbaycan Respublikasının bayrağının rəngləri ilə işıqlandırılmasına görə Roma şəhərinin merinə təşəkkür edib və bunun İtaliya xalqının Azərbaycana dostluğunun nümayişi olduğunu bildirib. M.Əhmədzadə Azərbaycan-İtaliya strateji tərəfdaşlığında Roma şəhərinin xüsusi rola malik olmaqda davam edəcəyini vurğulayıb.
Qeyd etmək lazımdır ki, müvafiq mətbuat konfransı Roma şəhərinin sosial şəbəkə profillərində canlı yayımlanıb, eləcə də mətbuat konfransı, xüsusilə də qazıntı işlərinin Azərbaycanın dəstəyi ilə həyata keçirilməsi və M.Əhmədzadənin müvafiq fikirləri İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən Tgcom.24.mediaset, Artribune, Lavorolazio, Prima Press, İl Corriere della Citta, Abitarearoma, World Magazine, Il Tempo, Musei in Roma, AGI, Artslife, Meteoweb, Giornale Diplomatico, TgTourims, Roma Repubblica, MSN, Radio Roma Italia Sera, Italia Star Magazine, Terzo Binario, Periodically, Roma Today, Il Messaggero və sair kimi mətbuat orqanları tərəfindən işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

