/ / Bəhruz Quliyev: Cənab İlham Əliyev Öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır
Bəhruz Quliyev: Cənab İlham Əliyev Öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır
23.12.2020 [09:09]
“Azərbaycanın Vətən müharibəsi xalqımızın parlaq qələbəsi ilə yekunlaşdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Eyni zamanda, azadlıq savaşı cənab Prezidentin təkrarsız diplomatik məharəti ilə yanaşı, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlət başçımızın siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi”. SİA-nın verdiyi məlumata görə, bunu “Trend”ə açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, məhz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qarabağ torpaqları düşmən işğalından azad edildi: “44 günlük müharibə bütün dünyaya dövlət başçısının necə praqmatik düşüncəli, müdrik siyasi xadim, diplomat və güclü sərkərdə olduğunu bir daha göstərdi. Prezident İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Onun vəsiyyətini yerinə yetirdi. Hesab edirəm ki, xalqın təşəbbüsü ilə dövlət tərəfindən müharibəni qələbə ilə tamamlayan ordunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən müharibəsi qəhrəmanı” adı verilməlidir. Hətta deyərdim ki, Azərbaycan dövləti tərəfindən “Xalq Qəhrəmanı” xüsusi mükafatı təsis olunmalıdır və bu ada Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərinə görə ilk olaraq da cənab İlham Əliyev layiq görülməlidir. Çünki dövlət başçısı bu xüsusi mükafata layiq olan şəxsiyyətdir. Xalq tərəfindən cənab Prezidentə istər pandemiya dövründə olsun, istərsə də 44 günlük Vətən müharibəsi dövründə saysız-hesabsız müraciətlər gəlirdi və gəlməkdədir, hər bir müraciətdə də ölkə başçısının gördüyü işlər təqdirəlayiq hal kimi qiymətləndirilir. Bunların hər biri göstərir ki, xalq Prezidentinə etimad edir və Onu öz Lideri, Qəhrəmanı kimi görür. Cənab İlham Əliyev həm də güclü sərkərdədir. Çünki sərkərdəlik yalnız və yalnız müharibə dönəmində özünü göstərir. Vətən müharibəsi dövründə bütün döyüş tapşırıqları, taktiki gedişlər bilavasitə Ali Baş Komandanın tapşırığı və göstərişi ilə həyata keçirilirdi. Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin ilk illərindən başladığı ordu quruculuğu prosesinin artıq hansı səviyyəyə gəlib çatdığını, cənab Ali Baş Komandanın iradəsi, mətinliyi sayəsində Milli Ordumuzun necə yüksək döyüş qabiliyyətinə malik olduğunu bütün dünya Vətən müharibəsində bir daha gördü. Onun diplomatiya səngərlərində, müasir dünyamızın qlobal siyasi-iqtisadi prosesləri müstəvisində zəka silahı ilə qazandığı zəfərlər isə bundan daha böyükdür”.
B.Quliyev əlavə edib ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu: “İlham Əliyev öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən tarixi şəxslər sırasına Öz adını böyük hərflərlə yazdı. Cənab İlham Əliyev Öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır, yeni minilliyin başlanğıcında bu statusun dəyər və meyarlarını formalaşdırır. Bir tərəfdən klassik liderlik konsepsiyası, digər tərəfdən də, müasir liderlərə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla O, əsl liderin bütün keyfiyyətlərini Özünün mənəvi və siyasi simasında təcəssüm etdirə bilir. İlham Əliyev bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm qurucu rəhbər obrazlarını Onun siyasi portretində tapa bilir”.
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

