/ / Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
26.01.2021 [09:23]
Yanvarın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
Milli Məclisdən AZƏRTAC-a bildiriblər ki, videoformatda keçirilən iclasda Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli payız sessiyasının Vətən müharibəsi günlərinə təsadüf etdiyini və hər bir azərbaycanlının həyatında ən yaddaqalan tarixə çevrildiyini qeyd edib. Vurğulayıb ki, 44 günlük müharibədə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun rəşadəti ilə qazanılan Qələbə xalqımızın 30 illik nisgilinə son qoyub, dünya dövlətləri arasında ölkəmizin yerini və mövqeyini gücləndirib.
Sədr müavini qeyd edib ki, düşmənlə savaşda Milli Məclisin rəhbərliyi və hər bir deputatı müharibənin reallıqlarını dünyaya çatdırmaq və işğalçı tərəfin yalanlarını ifşa etmək istiqamətində ciddi fəaliyyət göstərib. Vurğulayıb ki, müharibə və pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, payız sessiyasında Azərbaycan parlamenti öz işini ən yüksək səviyyədə davam etdirib, qarşıda duran vəzifələr layiqincə yerinə yetirilib.
Sonra Fəzail İbrahimli 2020-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 9 məsələyə baxılıb. O cümlədən sessiya ərzində “Siyasi partiyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələ Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə videokonfrans formatında üç oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olunub və Milli Məclisdə qəbul edilib. Komitə büdcə zərfinin müzakirəsində də fəallıq göstərib.
Hesabat dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 242 ərizə və məktuba, müxtəlif xarakterli digər sənədlərə, elektron poçt vasitəsilə gələn məktublara komitədə baxılıb və tədbir görülməsi üçün aidiyyəti qurumlara 220 məktub göndərilib. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılaraq qanun çərçivəsində məsələlərin həllinə nail olunub. Vətəndaşların şifahi müraciətlərinə də həssaslıqla yanaşılıb.
Koronavirus infeksiyasına qarşı mübarizə ilə əlaqədar vətəndaş qəbulunda elektron və telefon rabitəsi vasitələrinə üstünlük verilib. Həmin qəbullarda 167 vətəndaşın müraciəti dinlənilib və zəruri tədbirlər görülüb.
Sessiya ərzində ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən komitə üzvləri parlamentlərarası əlaqələr üzrə işçi qruplarla da onlayn qaydada müxtəlif görüşlər keçiriblər.
Hesabatın müzakirəsində komitə sədrinin müavini Sahib Alıyev, deputatlar Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Azər Badamov, Anar İsgəndərov rəy və təkliflərini bildiriblər. Payız sessiyası dövründə görülmüş işlər müsbət dəyərləndirilib. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi günlərində ölkədəki bütün siyasi partiyalar vahid amal ətrafında birləşdi və Prezidentin siyasətini, xalqın mənafeyini dəstəklədi.
Hesabat məqbul sayıldıqdan sonra komitə sədri Fəzail İbrahimli 2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib. Həm qanunvericilik fəaliyyətini, həm də müxtəlif səpkili tədbirlərin təşkilini nəzərdə tutan iş planı iclasda səslənmiş təkliflər nəzərə alınmaqla qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

