“The Moscow Post” qəzeti: Danışmaqla gəlir əldə edən deputat Zatulin
27.01.2021 [09:08]
Sankt-Peterburqda çıxan “The Moscow Post” qəzetində Rusiyadakı erməni diasporunun havadarı, deputat Konstantin Zatulin barədə məqalə dərc olunub.
“Danışmaqla gəlir əldə edən deputat Zatulin” adlı məqalənin müəllifi Vladislav Oparışev yazır ki, rusiyalılar Zatulinin fəaliyyətindən narazıdırlar. Deputatlıqdan başqa rəsmən heç bir gəlir yeri olmayan Zatulin Krasnodar vilayətindən seçilmiş ən varlı deputatdır.
Məqalədə Zatulinin Rusiya Dövlət Duması MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin sədr müavini vəzifəsindən də vaxtilə sözbazlığına görə kənarlaşdırıldığı deyilir. Qeyd olunur ki, 2020-ci ilin payızında Qarabağ müharibəsi zamanı Zatulin açıq-aydın Ermənistanın mövqeyini dəstəkləyirdi. Tərəfləri sülhə və barışığa çağırmaq əvəzinə o, Azərbaycana qarşı sərt tənqidlərlə çıxış edir, Türkiyənin Azərbaycanın müttəfiqi olmasına narazılığını bildirirdi. V.Oparışev Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun “Komsomolskaya pravda” qəzetindəki məqaləsində Zatulinə cavabından sitata gətirərək yazır ki, Azərbaycan müstəqil ölkə kimi lazım bildiyi müttəfiqləri seçmək niyyətindədir. Rusiya Prezidenti Vladimir Putin də müsahibələrinin birində Azərbaycan-Türkiyə müttəfiqliyinə münasibət bildirərək vurğulamışdı ki, Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşır.
Məqalədə deyilir ki, Zatulinin Ermənistanın tərəfini tutmağı təəccüblü deyil. O, Rusiya ilə Ermənistan arasında dialoqa dəstək verilməsi üçün yaradılan “Lazarev klubu”nun fəal üzvüdür və Zatulinin başçılıq etdiyi MDB İnstitutu klubun təsisçilərindən biridir. Nəşrin yazdığına görə, klubun fəaliyyəti həm də Rusiyadakı erməni əsilli tanınmış iş adamlarının ianəsi hesabına həyata keçirilir, lakin Zatulinin bu gəlirlər barədə də hesabatı heç yerdə gözə dəymir.
Müəllif belə sual verir ki, “Zatulin dilini dinc qoysa idi Rusiyanın yaxın qonşuları ilə münasibətləri daha yaxşı ola bilərdimi”. Cavabdan görünür ki, Zatulinin Dağlıq Qarabağ münaqişəsinə münasibətini məhz “Lazarev klubu”na sponsorluq edən erməni iş adamları müəyyənləşdirir. Klub Rusiyanın Ermənistana yumşaq təsir qüvvəsi kimi təqdim olunsa da, daha çox əks təsir qüvvəsinə malikdir və əslində, böyük biznesin mənafelərinə qulluq edir.
Sonda müəllif vurğulayır: “Nə qədər ki, Zatulin kimilər dövlət orqanlarında yer alacaqlar, Rusiyanın MDB ölkələri ilə münasibətlərinin inkişafına ümid bəsləmək əbəsdir”.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

