Böyük Britaniyanın dövlət naziri Vendi Morton Heydər Əliyev Mərkəzində olub
10.02.2021 [09:19]
Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton fevralın 9-da Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa Mərkəzin fəaliyyəti barədə məlumat verib.
Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan başqa, Mərkəz Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti və digər milli sərvətlərinin beynəlxalq arenada populyarlaşmasına və təbliğinə, elmin dəstəklənməsinə və inkişafına, təhsilə, mədəniyyətə, səhiyyəyə, idmana, ekologiyaya və iqtisadiyyatın müxtəlif sahələrinə xidmət edən layihələr həyata keçirir.
Diqqətə çatdırılıb ki, məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilmiş Mərkəz dünya memarlığı siyahısına daxil edilib. Burada, həmçinin yerli, regional və beynəlxalq səviyyədə müxtəlif rəsmi qəbullar, konfranslar və digər tədbirlər keçirilir.
Qonağa Mərkəzdəki Heydər Əliyev Muzeyinin fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarının əks olunduğu muzeydə ona aid fotoşəkillər, sənədlər və əşyalarla yanaşı, vaxtilə istifadəsində olan avtomobillər də saxlanılır.
Böyük Britaniyanın dövlət naziri Mərkəzdə nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. Diqqətə çatdırılıb ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
Xanım Vendi Morton “Musiqi alətləri: birlik və müxtəliflik”, “Kukla incəsənəti” sərgilərinə də baxıb.
“Tarixin şah əsərləri” sərgisi ilə tanışlıq zamanı Azərbaycanın tarixini əks etdirən eksponatlar qonaqda xüsusi maraq doğurub.
Böyük Britaniyanın dövlət naziri Vendi Morton müasir Bakının rəmzlərindən biri hesab olunan Heydər Əliyev Mərkəzindən xoş təəssüratlarla ayrılıb.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

