İqor Korotçenko: Rusiya Azərbaycanı özünün mühüm strateji tərəfdaşı hesab edir
12.02.2021 [09:20]
Mən öz mövqeyimi Rusiya telekanallarının efirində jurnalistlər üçün şərh etmişəm. Mənim mövqeyim Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mövqeyinə əsaslanır: Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
AZƏRTAC xəbər verir ki, rusiyalı məşhur hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko fevralın 11-də Bakıda Azərbaycanın aparıcı KİV nümayəndələri və respublika ictimaiyyətinin tanınmış xadimləri ilə görüşdə bu sözləri deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın postsovet məkanında özünün mühüm strateji tərəfdaşı hesab edir. Ekspert deyib: “Siyasət, iqtisadiyyat, mədəni əlaqələr sahəsində Azərbaycanla Rusiyanın münasibətləri əladır. Ən başlıcası, ölkələrimizə çox güclü prezidentlər rəhbərlik edir. Bu, çox vacibdir. Müasir dünyada kənardan diktənin, daxili və xarici proseslərə təsir göstərmək cəhdlərinin hər hansı formalarını inkar edən, müstəqil, suveren siyasət yürütməyi bacaran ölkələrin sayı azdır, yəqin ki, belə ölkələrin sayı 10-dan çox olmaz. Şübhəsiz, həmin ölkələr arasında Rusiya və Azərbaycan da var. Dövlətlərimizin başçıları arasında çox səmimi, dostcasına münasibətlər var, Azərbaycan və Rusiya liderləri bir-birinə qarşılıqlı hörmət edirlər”.
Rusiyalı ekspert vurğulayıb ki, 44 günlük müharibənin yekunları faktiki olaraq müasir dünyanı dəyişib. O deyib: “Tam əminliklə deyə bilərəm ki, Azərbaycanın müharibədə qələbəsi ötən ilin əsas hərbi-siyasi hadisəsidir. müasirlərimiz bu hadisənin dünyada gedən proseslərə necə təsir edəcəyini hələ tam dərk etmirlər. Şuşa şəhərinin nəzarət altına alınması Qarabağda hərbi kampaniyada dönüş nöqtəsi oldu. “Böyük Ermənistan” yaratmaq planları həmişəlik alt-üst edildi. 44 günlük müharibənin real yekunları belədir. Bu müharibədə Azərbaycan qalib gəldi, Ermənistan isə darmadağın edildi”.
İ.Korotçenkonun sözlərinə görə, həqiqətən ədalətli müharibə, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsi olmuş İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanın nüfuzunu və gücünü göstərdi. O deyib: “Şəxsən mən hesab edirəm ki, Azərbaycanın qələbəsi bir sıra amillərə görə qanunauyğun və labüd idi. Haqq-ədalət deyilən bir mühüm anlayış var və bu ədalət Azərbaycanın tərəfində idi. Bu müharibədə Azərbaycanın qələbəsi pilotsuz uçuş aparatlarının sayəsində deyil, hərbçilərin, xalqın, ölkənin və dövlət başçısının, Müzəffər Ali Baş Komandanın sayəsində mümkün oldu. Azərbaycanın qazandığı hərbi qələbədə Prezident İlham Əliyev mühüm rol oynadı, çünki müasir tarixdə şəxsiyyətin rolunu hələ heç kəs ləğv etməyib”.
Rusiyalı hərbi ekspert 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat barədə söhbət açaraq qeyd edib ki, bu sənədi Ermənistanın qeyd-şərtsiz kapitulyasiyası aktı adlandırmaq olar. O deyib: “Ermənistanın hərbi-siyasi iflası elə bir amildir ki, onu hər hansı siyasətçinin hakimiyyətə qaytarılması yolu ilə inkar etmək mümkün deyil. Belə adlandırılan “Qarabağ klanı”nın nümayəndəsi Koçaryan Qarabağda müharibəni törədənlərdən biri olub və Ermənistan cəmiyyətində onu dəstəkləmirlər. Böyük siyasi gələcək Koçaryanın xam xəyalı, siyasi gündəlikdə öz yerini möhkəmlətmək arzusudur. Bu, “Qarabağ klanı”nın yox, erməni lobbisinin qisas cəhdi, Ermənistanda hadisələrin gedişinə təsir göstərməyə cəlb etmək istəyidir. Bu cəhdlərin uğursuz olması isə göz qabağındadır”.
İ.Korotçenkonun sözlərinə görə, işğal edilmiş ərazilərin azad olunması Azərbaycanın turizm və aqrar-sənaye sektorunun daha da inkişaf etməsinə şərait yaradacaq, iqtisadi sahədə Azərbaycana yeni uğurlar gətirəcək. O deyib: “Məlum olduğu kimi, ölkə iqtisadiyyatı istənilən dövlətin inkişafının əsası, onun müstəqilliyinin qarantı, cəmiyyətdə sabitliyin və səmərəli həyat fəaliyyətinin əsas şərtidir və Azərbaycan bu sahədə çox səmərəli inkişaf edir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizləri yaradılması həm Azərbaycanın, həm də Ermənistanın mənafeyinə uyğundur”.
Ekspert bir məqamı da vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir, burada bütün mədəniyyətlərin və bütün dinlərin nümayəndələri özlərini rahat hiss edir.
Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

