Mərkəzçi Demokrat İnternasionalı Qarabağ sülh razılaşmasına dair qətnamə qəbul edib
20.02.2021 [08:36]
Fevralın 18-də Mərkəzçi Demokrat İnternasionalının İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda Qarabağ sülh razılaşmasına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.
Qətnamədə 1980-ci illərin sonlarından başlayan və 30 ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsinin bölgədə iqtisadi və humanitar fəlakətə, minlərlə insanın ölümünə, yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olduğu vurğulanır.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın əhəmiyyətinin xüsusi qeyd olunduğu qətnamədə Ermənistan və Azərbaycana həmin sənədə və əvvəlki atəşkəs razılaşmaları öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağ və ətraf rayonlarda öhdəliklərinin tam şəkildə icrasına davam etmək çağırışı edilir. Tərəflərin hərbi əsirlərin mübadiləsi və I Qarabağ müharibəsində itkin düşənlər də daxil olmaqla münaqişədə həlak olanların qalıqlarının qaytarılması ilə bağlı beynəlxalq hüququn tələblərinə əməl etmək öhdəliyi də sənəddə qeyd olunur. Həmçinin hərbi cinayətlərə dair bütün iddiaların lazımi qaydada araşdırılmasına, günahkarların məsuliyyətə cəlb edilmələrinə və cinayətlərinə görə cavab vermələrinin təmin edilməsinə çağırış edilir.
Sənədə əsasən, MDİ qadağan edilmiş silahların istifadəsini qəbuledilməz hesab edir və mülki əhaliyə qarşı hücumlarda, hətta təmas xəttindən uzaqda qeydə alınmış kasetli bomba və digər kütləvi qırğın sursatının istifadəsini pisləyir.
Uzunmüddətli münaqişənin bölgədəki mülki infrastrukturlara, mədəniyyət obyektlərinə və ətraf mühitə vurduğu ziyanı qiymətləndirmək üçün Avropa Komissiyasına, Avropa Parlamentinə və UNESCO-ya faktaraşdırma missiyası göndərmək çağırışı edilir. Qurum, həmçinin xarici investorları və humanitar təşkilatları Dağlıq Qarabağ və ətraf ərazilərdə minalar və partlamamış hərbi sursatlardan təmizləmə, bərpa və humanitar fəaliyyətlərdə iştiraka təşviq edir. Eləcə də beynəlxalq ictimaiyyəti atəşkəs razılaşmasının tam icrasına, bölgədə sülh və etimadın qurulmasına və Azərbaycan və Ermənistan xalqları arasında barışığa dəstək olmağa çağırır.
Sənəddə tərəfləri bundan sonra bərabər qonşuluq prinsipləri əsasında beynəlxalq hüquqa uyğun olaraq bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan münasibətlər qurmağa çağırış edilir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının müşahidəçi üzv olduğu MDİ hazırda Avropa, Latın Amerikası, Afrika və Asiya-Sakit Okean regionlarından 94 siyasi partiyanı özündə birləşdirir.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

