Torpaqlarımızın işğal olunması AXC-“Müsavat” cütlüyünün xəyanətinin nəticəsi idi
27.02.2021 [14:50]
Ekspertlərin fikrincə, radikal ünsürlər bu xalqın hansı faciələri yaşamasına səbəb olduqlarını unutmamalıdırlar
44 günlük Vətən müharibəsində əldə olunan qələbənin ardından radikal müxalifət düşərgəsinin öz antimilli xislətinə uyğun davranışlar sərgiləməsi heç kimə sirr deyil. Məsələ burasındadır ki, "ayıbına kor olmaq" əvəzinə yenidən çirkin yalanlarla özünü siyasət meydanına atmağa cəhd göstərənlər unudurlar ki, minlərlə igid oğullarımızın qanı bahasına azad edilmiş torpaqlar vaxtı ilə məhz onların hakimiyyət hərisliklərinin qurbanına çevrildi. Şuşa şəhərinin, ardından isə Laçın rayonunun erməniyə təhvil verilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin düşmən tərəfindən işğal edilməsi AXC-"Müsavat" cütlüyünün böyük xəyanəti idi.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, vaxtı ilə torpaqlarımızın işğal edilməsinə səbəb bugünkü radikal müxalifətin o dövrdə siyasi hakimiyyət ambisiyaları olub. Millət vəkili diqqətə çatdırıb ki, Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, AXC-"Müsavat" cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi və faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirdi: "Bu gün Vətən müharibəsində qazanılmış möhtəşəm qələbəmizə qarşı qarayaxma kampaniyası aparanlar unutmasınlar ki, vaxtilə hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi, ona görə də əhali arasında böyük itkilər oldu. Həmin dövrdə Azərbaycanda gedən hakimiyyət uğrunda mübarizədə qalib gəlmək üçün AXC-"Müsavat" cütlüyü bütün təxribatlara əl atırdı. Ermənilər tərəfindən işğal edilən Kəlbəcər rayonunda insanlar Allahın ümidinə tərk olundu. Gənc nəsil o tarixi oxumalıdır, öyrənməlidir. Bu gün qələbəmizə kölgə salmaq istəyənlər isə bu xalqın hansı faciələri yaşamasına səbəb olduqlarını unutmamalıdırlar".
Milli Məclisin deputatı İlham Məmmədov da radikal müxalifətin Vətən müharibəsinin ardından antimilli mövqe sərgiləməsini bu düşərgə təmsilçilərinin xəyanətkar xarakterlərindən qaynaqlandığını deyib. Millət vəkili bildirib ki, vaxtilə Azərbaycan torpaqlarının işğalına şərait yaradanlar bu gün əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, sosl şəbəkələrdəki “fəaliyyətləri” ilə cəmiyyətdə zərərli müzakirələrə yol açmağa cəhd göstərirlər. Bu isə onların öz xarici himayədarlarının sifarişlərini yerinə yetirdiyini deməyə əsas verir: "Radikal müxalifət illərdir ki, istər xalqımıza, istərsə də dövlətimizə qarşı aparılan qara piar kampaniyasında fəal iştirakçı olub. Torpaqlarımızın işğaldan azad edilməsi, orada geniş abadlıq-quruculuq işlərinə başlanılması radikal müxalifətin yalanlarını bir daha ifşa etdi. Bütün bunlar, bu antimilli ünsürlərin apardıqları çirkin siyasi kampaniyaların aşkar fiaskosudur. Həm qələbəmiz, həm də quruculuqla bağlı hədəflərimiz Azərbaycan dövlətinin bütün istiqamətlərdə düzgün siyasi kurs yürütdüyünü, gücünü və beynəlxalq aləmdə qüdrətini göstərir".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

