/ / Əlisahib Hüseynov: Şəhid ailələrinə və qazilərə daim həssaslıqla yanaşılır, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır
Əlisahib Hüseynov: Şəhid ailələrinə və qazilərə daim həssaslıqla yanaşılır, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır
02.03.2021 [09:27]
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışı zamanı qeyd etdiyi kimi ölkəmizdə şəhid ailələrinə və qazilərə daim həssaslıqla yanaşılır, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır. Cənab Prezidentin vurğuladığı kimi, müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün yüksək səviyyədə yaşayış kompleksi, şəhərcik inşa olunaraq təqdim edilməsi bunun bariz ifadəsidir”.
Bu fikirləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və müharibə əlillərinə qarşı diqqəti və qayğısı çox yüksəkdir: “Məhz onların müvafiq göstərişlərinə əsasən, dövlət qurumları şəhid ailələri və müharibə əlillərinin problemləri ilə yaxından maraqlanır və bu problemlərin həlli üçün gərəkən tədbirləri həyata keçirirlər. Bunun nəticəsidir ki, son 17 il ərzində müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilib, 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. 2020-ci ildə 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzilin verilməsi nəzərdə tutulub. İstər I, istərsə də II Qarabağ müharibəsində şəhid olmuş hərbçilərimizin ailələrinə Bakıda, Sumqayıtda, Abşeronda bu ilin sonuna qədər mənzillərin verilməsi davam etdiriləcək. Eləcə də digər şəhər və rayonlarımızda da şəhid ailələri üçün binaların tikintisi davam etdirilir”.
Əlisahib Hüseynov deyib ki, dövlətimizin bu insanlara müharibədən sonra da diqqət və qayğı göstərməsi, onlara sahib çıxması təkcə sosial siyasət deyil: “Bu həm də mənəvi məsələdir. Dövlətin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin yanında olması, onlara qayğı göstərməsi təqdirəlayiq haldır. Bu, həm də 44 günlük müharibə zamanı cəmiyyətdə formalaşmış ruh yüksəkliyini, milli həmrəyliyi qoruyub saxlamaq baxımından da olduqca əhəmiyyətli məsələdir”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

