Qalib Azərbaycanda olmaqdan qürur duydum
11.03.2021 [09:17]
Hulusi Kılıç: Torpaqlarını işğaldan azad edən Azərbaycan xalqı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və öz müzəffər ordusunun gücü ilə şanlı bir tarix yazdı
Qardaş Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçı hər kəs Azərbaycanın gerçək dostu kimi tanıyır. Bu da səbəbsiz deyil. Çünki 9 il öncə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilən Hulusi Kılıç istər ölkəmizdə fövqəladə və səlahiyyətli səfir kimi fəaliyyət göstərdiyi illərdə, istərsə də ondan sonra Azərbaycanın dostu olduğunu dəfələrlə təsdiq edib. “Mənim bir Vətənim Türkiyə, o biri Vətənim Azərbaycandır” deyən Hulusi Kılıç ötən həftə yenidən Bakıda idi. Biz də onunla görüşüb istər Vətən müharibəsindəki tarixi zəfərimiz, istərsə də digər məqamlarla bağlı suallara cavab aldıq. Suallara keçməzdən öncə onu da bildirək ki, Hulusi Kılıç Azərbaycanda səfir işləyib, geri dönəndən sonra gözəl bir ənənənin əsasını qoyub. Belə ki, Hulusi bəy səfir işlədiyi dövrdə Bakıda diplomatik korpusda fəaliyyətdə olan və sonradan ölkələrinə dönən Türkiyə vətəndaşlarını bir araya toplayaraq Bakı Dostluq Qrupu yaradıb.
Beləliklə, bizə müsahibəsində ilk olaraq Azərbaycana budəfəki səfərinin məqsədinə toxunan H.Kılıç “Öncə onu deyim ki, mən bir Vətəndən o biri Vətənə gəlmişəm. Azərbaycana budəfəki səfərim torpaqlarımızın düşmən işğalından azad olunmasından sonra gerçəkləşdi. Buraya gəlişimin səbəbi həm televiziyalarda, qəzetlərdə, saytlarda Azərbaycanın böyük zəfəri ilə əlaqədar mövqeyimi bildirməyim, həm də rəsmiləri təbrik ziyarəti ilə bağlı idi. Düzdür, pandemiya səbəbindən bir az gecikdik. Amma istər o şanlı savaş günləri, istərsə də ondan sonra həm “Skype” bağlantıları ilə, həm də yazılarımla zəruri olan mənəvi dəstəyi verməyə çalışdım” dedi.
Bu səfərin onda hansı təəssürat yaratdığına dair sualı cavablandıran Hulusi bəy qalib Azərbaycanda olmaqdan qürur duyduğunu bildirdi: “Cənab Prezident İlham Əliyevin liderliyi, can Azərbaycan xalqımızın öz Liderinin ətrafında sıx birləşməsi və Azərbaycan Ordusunun yüksək səviyyədə inkişafı, modernliyi cəmi 44 gün ərzində tarixi Zəfər əldə etməyimizə səbəb oldu. Bir sözlə, torpaqlarını işğaldan azad edən Azərbaycan xalqı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və öz müzəffər ordusunun gücü ilə şanlı bir tarix yazdı. Elə bir tarix ki, uzun illər bu savaşdan, bu savaşda göstərilən qəhrəmanlıqlardan bəhs ediləcək. Təbii ki, bu müharibə günlərində başda cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyənin dövlət və hökumət adamları, o cümlədən 7-dən 77-yə bütün vətəndaşlarımız can Azərbaycanımızın yanında oldular. Konkret olaraq sualınıza gəlincə, mənim üçün bu səfərin ayrı bir dəyəri var. Çünki budəfəki görüşlərim qalib bir ölkənin vətəndaşları, siz də daxil olmaqla qəddi dik, üzü gülən, gözləri parlayan qardaş-bacılarımla oldu. Artıq düşməni məğlub etmiş, zəfər qazanmış bir ölkənin vətəndaşları, qalib bir ölkənin rəsmiləri ilə görüşdüm. Ona görə də çox böyük xoşbəxtliklə geri dönürəm”.
44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin bir çox üstünlüklərinin olduğunu deyən müsahibimiz bildirdi ki, ən əsası, Azərbaycan 30 ildən sonra torpaqlarını düşmən işğalından azad etdi: “İkincisi, cənab Prezident İlham Əliyevin liderliyini və xalqın dəstəyini, Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Üçüncüsü, Azərbaycan xalqının düşmənə qarşı, öz torpaqlarının işğaldan azad edilməsi üçün necə qəhrəmanlıqlar göstərdiyinin də hər kəs şahidi oldu. Dördüncüsü, dünya qarşı tərəfin xislətinin, dinc əhaliyə qarşı törətdiyi cinayətlərin şahidi oldu və Ermənistanın terror dövləti olduğu bir daha sübut edildi”.
Onun sözlərinə görə, bütün bunların fonunda Türkiyə-Azərbaycan qardaşlığı yeni bir mərhələyə qədəm qoydu: “Bundan sonra Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu Zəfərlə yeni körpülər salındı. Üstəlik, Türkiyədə yaşayan 83 milyon nəfər Türkiyə-Azərbaycan qardaşlığının önəmini gördü, Azərbaycanı daha yaxından tanıdı. Eyni zamanda, Azərbaycan xalqı da bir daha əmin oldu ki, yanımızda qardaş bir ölkə var. Bundan sonra daha fərqli olacaq. Qarabağ, işğaldan azad olunmuş torpaqlar yaşıl zona olacaq, ora həm Azərbaycan, həm Türkiyə, həm bölgə üçün inkişaf mənbəyinə çevriləcək. Daha gözəl Qarabağ quracağıq. Burada Türkiyə şirkətləri də çalışacaqlar, Türkiyədə necə işləyirlərsə, burada da o cür işləyəcəklər. Öz vətənlərinə xidmət etdikləri kimi burada fəaliyyət göstərəcək, işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərində ön sırada gedəcəklər. Yəni Türkiyə olaraq hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacağıq”.
Son vaxtlar Ermənistandakı bəzi revanşist qüvvələrin fəallaşmasına gəlincə H.Kılıç bu cür addımların Ermənistana və ermənilərə yalnız ziyan vuracağını bildirdi: “Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsi bölgədə yeni bir reallıq yaradıb. Bu reallığı Ermənistanın qəbul etməsi lazımdır. Bizim heç bir dövlətlə, heç bir xalqla düşmənçiliyimiz yoxdur. Amma torpağımıza göz dikənin də layiqincə dərsini verməyi bilirik və bunu ötən il bir daha sübut etdik. Yəni istər Ermənistan rəhbərliyi, istərsə də sadə ermənilər, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər yaşananlardan lazımi dərs çıxarmalıdırlar. Ermənistanın rəhbərliyi və vətəndaşları bilməlidirlər ki, biz yaxşı, doğru-dürüst qonşu istəyirik. Ermənistan bu günədək dövlət ola bilmədi. Erməni lobbisinin, erməni diasporunun, kilsənin nəzarətində olan bir terror təşkilatı kimi mövcud oldu. Bundan sonra, heç olmasa, normal dövlət olmağı, qonşularına hörmət etməyi bacarsın. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, artıq status-kvo deyilən bir şey yoxdur. Onların vaxt itirmədən bu gerçəklikləri görmələri lazımdır. Onu da deyim ki, bu, əslində, Ermənistan üçün bir şansdır. Yəni biz əlimizi uzatdıq, qarşı tərəf bu əli sıxmalı, hətta deyərdim ki, öpməlidir. Çünki bu əldə erməni xalqı üçün çörək var, gələcək var, Ermənistanın bir dövlət kimi yaşamasına veriləcək dəstək var. O ki qaldı Azərbaycan vətəndaşı olan və Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar da seçim etməlidirlər. Yəni onlar da Azərbaycan vətəndaşlarıdır və bu ölkənin qanunlarına tabe olmalıdırlar. Yox, əgər Qarabağdakı ermənilər Azərbaycanın qanunları ilə yaşamaq istəməsələr, getsinlər İrəvana”
Bakı Dostluq Qrupunun mövcud fəaliyyəti və Azərbaycanla bağlı gələcəkdə atılması mümkün olan addımlara dair suala gəlincə, müsahibimiz bildirdi: “Qeyd edim ki, bir ölkədə səfir kimi fəaliyyət göstərdikdən sonra Ankaraya dönən heç bir səfirin belə bir qrupu yoxdur. Bunu mən yaratdım. Bakı Dostluq Qrupunda Bakıda səfir olduğum zaman mənimlə bərabər işləyən diplomatları bir yerə toplamışıq. Hər ay bir araya gəlirik. Sadəcə, pandemiya səbəbindən bu dəfə bir az gec görüşə bildik. Onlarla Azərbaycanda keçirdiyimiz günləri, Azərbaycanın inkişafını müzakirə edirik. Təxminən 8 ildir ki, bu qrup bir araya gəlir. Bundan sonra da qısa zaman ərzində yenidən bir araya gəlib yeni mərhələdə Azərbaycanın səsinin bütün dünyaya çatdırılmasına dəstək olacağıq. Mən bu məqamda cənab Prezident İlham Əliyevin “bir millətin iki diasporu ola bilməz” kəlamını xatırlatmaq istəyirəm. Bu fikir mənim üçün çox önəmlidir. Xüsusilə, son hadisələrdən sonra cənab Prezidentin bu çağırış xarakterli fikrinin üzərində işləmək lazımdır. Müharibə zamanı gördük ki, erməni diasporu Fransada, Amerikada, Belçikada Hollandiyada çox güclüdür. Bizim də o ölkələrdə yaşayan minlərlə soydaşımız var. Ona görə də erməni diasporunun güclü olduğu ölkələrdə onların qarşısına bir olaraq, bir yumruq kimi birləşərək çıxmalıyıq. Yəni diasporumuzu birləşdirməyimiz lazımdır. Bu istiqamətdə mənim üzərimə düşən bir vəzifə varsa, yerinə yetirməyə hazıram”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

