Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb
19.03.2021 [09:35]
Martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovla görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sədr qonağı salamlayaraq, xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Bildirilib ki, ölkələrimiz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər nəticəsində son illərdə Azərbaycan və Belarus siyasi, iqtisadi sahələrdə fəal əməkdaşlıq həyata keçirib, ötən il pandemiya şəraitinə baxmayaraq, birgə əməkdaşlıq sahəsində müsbət nəticələr əldə olunub.
Qeyd edilib ki, siyasi və iqtisadi sahələrdəki bu sıx əməkdaşlıq humanitar sahədə də əlaqələrin genişlənməsinə müsbət təsirini göstərməkdədir. Bu cür əlaqələr xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
Sahibə Qafarova bildirib ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində parlamentlərimiz də öz töhfəsini vekməkdədir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Deputatların qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq qurumlarda görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın öz torpaqlarını erməni qəsbkarlarından azad edərək, 30 illik işğala son qoyduğunu deyib. O, problemin həllində Belarusun hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini söyləyib. Qeyd edilib ki, dövlət başçılarının dostluq münasibətləri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına da təsir edir.
Qonaq bildirib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Nümayəndə heyətlərinin səfərləri əlaqələrin genişlənməsi və informasiya mübadiləsi baxımından əhəmiyyətlidir.
Səfir Vətən müharibəsində Azərbaycanın azad etdiyi ərazilərdəki vəziyyətlə yaxından tanış olduğunu, Belarusun hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bir daha qeyd edib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında danışılıb.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20

