Azərbaycanın atdığı addımlar regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir
26.05.2021 [09:31]
Prezident İlham Əliyev: Biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə Azərbaycanın şanlı qələbə qazanmasının məntiqi nəticəsi olaraq regionda yeni geostrateji reallıqlar konfiqurasiya formalaşıb.
Postmüharibə dövrünün reallıqları fonunda bölgədə unikal əməkdaşlıq imkanları yaranıb. Hazırda əsas çağırışlardan biri yaranmış imkanlardan səmərəli şəkildə bəhrələnməkdən ibarətdir. Təəssüf doğuran haldır ki, müharibədə acınacaqlı məğlubiyyətə uğrayan və ötən il noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalayan Ermənistan sənədlə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməkdən hansısa yollarla yayınmağa uğursuz cəhdlər göstərir. Respublikamızın isə mövqeyi aydın və birmənalıdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb və bundan sonra biz gələcəyə baxmalıyıq. Postmüharibə dövründə ölkəmizin atdığı addımlar regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir müddət əvvəl Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən ölkəmizin niyyətini və strateji hədəfini bir daha nəzərə çatdırıb. “Biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu gün işğalçı Ermənistanın revanşist fikirlərlə yaşamağa nə gücü, nə iradəsi, nə də hər hansı bir mənəvi haqqı var
Postmüharibə dövründə Ermənistan rəhbərliyində, eləcə də müxalifət düşərgəsində təmsil olunan ayrı-ayrı şəxslərin sərsəmləmələri onu göstərir ki, forpost ölkə Azərbaycanafobiya siyasətindən əl çəkməyib və revanşist fikirlərlə yaşayır. Hər kəsə bəllidir ki, müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən, daha dəqiq desək Ermənistanın işğalçı siyasəti ucbatından dövlət sərhədi olmayıb. Hazırda Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində sərhəd mühafizə sisteminin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görür. Sərhədlərin delimitasiyası və demarkasiyası tam qanuni bir prosesdir və bütün qonşu dövlətlər arasında həyata keçirilir. Proses Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında reallaşdırılır. Burada söhbət tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən gedir. Ancaq Ermənistanın rəhbərliyi buna qeyri-adekvat münasibət sərgiləyərək məsələni siyasiləşdirir və heç bir məntiqi olmayan, absurd bəyanatlar səsləndirir. Və yaxud götürək, işğalçı ölkədəki bəzi siyasi qüvvələrin Azərbaycanın Vətən müharibəsində işğaldan azad etdiyi ayrı-ayrı əraziləri geri qaytaracaqları ilə bağlı sərsəm iddialarını. Bu gün hər kəsə bəllidir ki, işğalçı Ermənistanın revanşist fikirlərlə yaşamağa nə gücü, nə iradəsi, nə də hər hansı bir mənəvi haqqı var. Təbii ki, Azərbaycan üçün hər hansı bir təhlükə yaransa, revanşist cəhdlərdə bulunanlar dərhal məhv ediləcəklər. Onlar unutmamalıdırlar ki, Azərbaycanın dəmir yumuruğu yerindədir. Dövlətimizin başçısı deyib: “Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir”.
Müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanın hər vəchlə yayınmaq və yaxud əngəllər yaratmaq istədiyi məsələlərdən biri də kommunikasıyaların açılması ilə bağlıdır. Qeyd edək ki, kommunikasiyaların açılması ilə bağlı müddəalar həm ötən il 10 noyabr, həm də cari il 11 yanvar tarixli üçtərəfli bəyanatlarda öz əksini tapıb. Həmin sənədləri Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri imzalayıblar. Beləliklə, Ermənistanın kommunikasiyaların açılması üçün hansısa şərtlər irəli sürməsi absurddur. Müharibədə məğlubiyyətə uğrayan Ermənistan nəzərdə tutulan layihələrin icrasını əsla dayandıra və yaxud buna müqavimət göstərə bilməz. Ermənistan istəsə də, istəməsə də bu layihələr həyata keçiriləcək. Kommunikasiyaların açılması bütün region dövlətlərinin maraqlarına cavab verir. Hətta Ermənistanın özü də bundan faydalanmaq imkanına malikdir. Güclü dövlət olan Azərbaycan müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq Naxçıvanla ölkəmizin əsas hissəsini birləşdirəcək müasir nəqliyyat infrastrukturunun - Zəngəzur dəhlizinin yaradılması istiqamətində layihələrin icrasına start verib. “Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Qeyd etdiyimiz kimi, son üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti regionda inkişaf, sülh və təhlükəsizlik üçün ciddi təhdidlər yaradıb. Mənfur düşmən işğal dövründə ağlasığmaz müharibə cinayətləri törədib. Eyni zamanda, təbii sərvətlərimiz talan edilib, tarixi mədəni-dini abidələrimiz məqsədli şəkildə dağıdılıb. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin, 100.000-dən çox mədəniyyət nümunəsinin qorunduğu 22 muzey və muzey filialının məhv edildiyini müəyyənləşdirib. İşğal dövründə ermənilərin törətdikləri vandalizm əməllərinə diqqət çəkən Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə praktiki olaraq hər şey dağıdılıb. Beynəlxalq ekspertlər və jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhərində bircə salamat bina belə yoxdur. Azad edilmiş ərazilərdə olarkən oraların tamamilə dağıdıldığını görmək olar. Azad edilmiş ərazilərdə işğal dövründə evlər, ictimai binalar, dini abidələr, 60-dan çox məscid, qəbiristanlıqlar və sair dağıdılıb”, - deyə vurğulayıb.
Ümumiyyətlə, Ermənistana məxsus hərbi birləşmələr heç vaxt açıq döyüşlərdə qalib gəlməyiblər. Onlar həmişə dinc əhalini və mülki infrastrukturu hədəf seçiblər. 44 günlük müharibədə bütün dünya işğalçı ölkənin faşizm mahiyyəti daşıyan siyasətinin bir daha şahidi oldu. Düşmənin hərbi birləşmələrinin münaqişə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini ağır silahlardan intensiv atəşə tutması nəticəsində təxminən 100 dinc sakin həyatını itirdi, çoxlu sayda yaşayış binası, mülki infrastruktur obyekti dağıntılara məruz qaldı.
Əlbəttə, biz işğalçı dövlətin ölkəmizə və xalqımıza qarşı törətdiyi bu kimi müharibə cinayətlərini, vandalizm əməllərini heç vaxt unutmayacağıq. Ancaq Azərbaycan humanitar problemlərə həssaslıqla yanaşır. Ölkəmizin xoş məram jesti barədə söhbət açan Prezident İlham Əliyev deyib: “Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir. Deməliyəm ki, hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik”.
Müqayisə üçün bildirək ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçuların cəsədlərini ölkəmizə təhvil verməyib. Halbuki verilən məlumatlara əsasən, Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlı hərbi qulluqçuların sayı 4 minə yaxın olub. Ölkəmizin xoş məram jesti ilə bağlı daha bir faktı da əlavə etmək yerinə düşər. Azərbaycan Ermənistanın Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

