/ / Prezident İlham Əliyev: Bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var
Prezident İlham Əliyev: Bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var
03.07.2021 [10:07]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 110-cu kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin bu kitabındakı materiallar 2021-ci ilin fevral-mart aylarını əhatə edir. Həmin dövr ölkəmizin həyatında bir çox önəmli hadisələrlə zəngin olub. Bunlardan biri də Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransıdır. Xocalı soyqırımının ildönümündə dörd dildə dörd saat davam etmiş mətbuat konfransında dövlətimizin başçısı Ermənistana və onun himayədarlarına aydın və birmənalı mesajlar verib, Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqeyini bəyan edib. Həmçinin Vətən müharibəsində qazanılmış Zəfərdə Azərbaycanda yaşayan müxtəlif xalqların rolunu yüksək dəyərləndirərək deyib: “Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni, bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdi və bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var”.
Yeni kitabda ölkəmizdə və dünyada geniş rezonans doğuran mətbuat konfransının materialları, habelə Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilmiş 7-ci iclasında, İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışlarının mətnləri də yer alıb.
Oxucu nəşrdə dövlətimizin başçısının işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri, Zəngilan rayonunun Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində çinarəkmə mərasimi haqqında informasiyalarla, Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra etdiyi çıxışın mətni ilə tanış ola bilər. Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edən Prezident deyib: “Biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”. Bu sözlər işğaldan azad edilmiş ərazilərdə yaşayacaq insanların rifahı naminə həyata keçirilən və keçiriləcək tədbirlərin geniş miqyasından bir daha xəbər verir.
Çoxcildliyin 110-cu kitabında Prezident İlham Əliyevin ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayerlə, İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyəti, “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşləri haqqında informasiyalar toplanıb. Yeni nəşrə dövlətimizin başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinlə, Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə, Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə Dövlət naziri xanım Vendi Mortonla, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşlərinə dair materiallar da daxil olunub.
Mart ayında ölkə həyatında yaşanan siyasi hadisələr sırasında Yeni Azərbaycan Partiyasının VII qurultayı da önəmli yer tutur. Çoxcildliyin yeni nəşrində qurultayın materialları və partiyanın sədri İlham Əliyevin dərin məzmunlu nitqləri ilə tanış olmaq mümkündür.
Nəşrdə dövlətimizin başçısının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılış mərasimində iştirakı barədə informasiya, Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim edilməsi mərasimində çıxışının mətni də verilib.
“Azərnəşr” tərəfindən buraxılan 110-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

