"İctimai və humanitar elmlər: zaman kontekstində baxış"
25.06.2010 [10:17]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc olunmuş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsinin ilk gündən cəmiyyətdə böyük maraqla qarşılanması da məhz bu reallıqla şərtlənib. Konseptual elmi araşdırmaların, dərin müşahidələrin nəticəsi kimi ərsəyə gəlmiş əsərdə humanitariyanın ideya əsasları, ictimai şüura təsir edən effektiv humanitar texnologiyalar, milli mədəni-mənəvi oriyentasiya məsələləri, əski ideologiya və milli məfkurə kimi ciddi problemlər qaldırılıb, ilk növbədə, humanitar və ictimai elmlərin qarşısında duran prioritet vəzifələr müəyyənləşdirilib. Eyni zamanda, bu sahədə müşahidə olunan əsas nöqsanlar göstərilib, müvafiq elmi-tədqiqat institutlarının yeni dövr üçün vəzifələri diqqətə çəkilib, bununla da ölkənin intellektual elitası açıq fikir mübadiləsinə, müzakirələrə dəvət edilib.
Respublikanın tanınmış elm xadimləri, ayrı-ayrı tədqiqatçılar, filosoflar, siyasətşünaslar, jurnalistlər Azərbaycan elminin mövcud problemlərinin aradan qaldırılmasına yeni imkanlar açan, ictimai fikri intellektual sferada həllini gözləyən aktual məsələlərə yönəldən “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi ilə bağlı dəyərli fikirlərini, təkliflərini, rəylərini bildirməyə ehtiyac duyublar.
AzərTAc xəbər verir ki, bu müzakirələrin ölkə ictimaiyyətinə çatdırılmasına ilk gündən dəstək verən “Azərbaycan” qəzeti akademik Ramiz Mehdiyevin elmimizin keçmişinə, bu gününə və sabahına mükəmməl elmi-fəlsəfi yanaşma olan “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsini və ona verilmiş rəylərin aktuallığını, habelə xalqın, dövlətin mənafeyi baxımından əhəmiyyətini nəzərə alaraq, onların kitab şəklində nəşrini məqsədəuyğun sayıb. “Oskar” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatda işıq üzü görən “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” kitabının redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.
İki fəsildən ibarət kitabın giriş hissəsində akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi, habelə “Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir” sərlövhəli müsahibəsi yerləşdirilib. Kitabın I və II fəsillərində sözügedən məqalənin müzakirəsi ilə bağlı keçirilmiş “dəyirmi masa”lar, habelə müəllif yazıları əksini tapıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunan kitabın ictimai dəyəri ilk növbədə onunla şərtlənir ki, burada bütövlükdə ölkə elminin inkişaf perspektivləri ilə bağlı qiymətli təkliflərin yer aldığı çoxsaylı müəllif məqalələri toplanıb.
Xəbər lenti
Hamısına baxDiaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42

