Əli Kərimlinin xəyanətləri silahdaşları tərəfindən ifşa olunur
30.06.2010 [10:20]
Azərbaycan mətbuatında zaman-zaman müxalifətin bəzi nümayəndələrinin maraqlı xarici dairələrin təsiri altında fəaliyyət göstərməsi ilə bağlı xəbərlər dolaşır. Həmin müxalifət nümayəndələri bu fikirləri qəti şəkildə rədd etsələr də, sonradan aşkarlanan faktlar, onların müttəfiqlərinin, keçmiş silahdaşlarının mətbuata verdikləri açıqlamalar bu sözlərin həqiqət olduğunu meydana çıxarır. Onların atdığı addımlar, ölkənin imicinə qarşı yönələn fikirləri və davranışları da bunu deməyə əsas verir ki, həmin şəxslər məhz öz şəxsi maraqları çərçivəsindən çıxış edirlər. Bir müddət öncə AXCP sədri Əli Kərimlinin xarici mətbu orqanlarda çap olunan böhtan dolu məqaləsi də məhz bu addımların davamı kimi qiymətləndirilməlidir. Bunu deməyi şərtləndirən amillər isə ortadadır.
Bir zamanlar Azərbaycan Xalq Cəbhəsində Əli Kərimli ilə “silahdaş” olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “525-ci qəzet”ə verdiyi müsahibəsində bu gün AXCP-yə rəhbərlik edən keçmiş “Yurd” başçısını kəskin ittiham edib. O, Ə.Kərimlinin göstərişi ilə Azərbaycanda Demokratiyanın İnkişafı Fondunun Əbülfəz Elçibəyin əleyhinə təbliğat aparılması üçün böyük miqdarda vəsait ayırdığını bildirib: “Azərbaycanda Demokratiyanın İnkişafı Fondu var idi. Həmin fondun Qərbdə, ABŞ-da olan nümayəndələri etiraf edirdilər ki, Fondun pulları təyinatı üzrə xərclənməyib. Yəni, həmin pulların böyük əksəriyyəti Elçibəyin əleyhinə xərclənib. Sonrakı dövrlərdə konkret olaraq bu etiraf olundu. Bu barədə sənədlər var. Neçə yüz min dollar birbaşa Elçibəyin əleyhinə təbliğat aparılmasına xərclənib. Bu ciddi məsələdir. Əgər bundan kimsə çox narahat olacaqsa, biz ortaya konkret fakt qoyub və məlumatlı adam çıxara bilərik. O zaman xaricdəki nümayəndənin etiraflarını ortaya qoyacağıq və bəlli olacaq ki, həmin pullar hara xərclənib?”.
İrəli sürülən iddiadan bəlli olduğu kimi, bu gün Azərbaycan dövlətçiliyinə qarşı satqın mövqedə dayanan bu cür şəxslər vaxtilə öz hakimiyyətlərinə qarşı da xəyanətkar addımlar atıblar. Qeyri-qanuni, digər tərəfdən layiq olmadıqları halda mənimsədikləri kreslolarda yerlərini möhkəmləndirmək üçün illərlə guya eyni əqidəyə malik olduqlarını göstərdikləri dostlarını da satmağa hazır olan belələrinin bu gün də eyni addımları təkrar etməsi niyə təəccüblü görünməlidir? Müsahibədə qeyd olunduğu kimi, Ə.Kərimli onu 26 yaşında layiq olmadığı dövlət katibi postuna təyin edən Elçibəyə də xəyanət edib, onun əleyhinə təbliğat üçün xarici fondlardan milyonlarla dollar pul alıb. Bunun isə əlavə şərhə ehtiyacı yoxdur.
M.Mirəlioğlu Ə.Kərimlini və “Yurdçular”ı nəzərdə tutaraq qeyd edir: “1994-cü ilin yanvar ayında həmin şəxslər “Əbülfəz Elçibəy siyasi meyitdir” deyirdilərsə, kimə etimad edilməlidir, hətta rus dilində “stavkanı filankəsə edin” bəyanatı verirdilərsə, “İsa Qəmbər də bitib” fikirləri də səslənirdisə, demək sıradan bir məsələ deyildi. Bu adamların arxasında çox ciddi maliyyə dayanırdı”.
Göründüyü kimi, özünü Elçibəyin davamçısı adlandıran Ə.Kərimli və onun rəhbərlik etdiyi “Yurd” qruplaşması öz rəhbərlərini siyasi meyit adlandırmaqdan da çəkinməyiblər. Bu gün həftədə yeddi dəfə birləşmək üçün danışıq aparıb görüntü yaratmağa çalışanlar, əslində, xarici qüvvələrin maliyyə dəstəyi ilə ölkədə ara qarışdırmaq, öz niyyətlərini və maraqlarını həyata keçirməyə çalışıblar.
M.Mirəlioğlu Ə.Kərimlinin başçılığı ilə “Yurdçular”ın AXCP-ni parçaladığını bildirir: “Biz təşkilatın qorunub saxlanması üçün mübarizə aparmışıq. Başqaları isə təşkilat daxilində öz qruplarını qoruyub saxlamaq üçün çalışıblar. Etiraf edim ki, daxildə AXC-”Yurd” mübarizəsi gedib. Bu olub. Bir xüsusi məqama diqqət yetirməliyik. Biz təşkilatımıza, onun nizamnaməsinə və liderinə sədaqətimizi ortaya qoymuşuq. Onlar da təşkilatın nizamnaməsinə yox, öz qrup mənafelərinə xidməti və təşkilat liderinə xəyanəti ortaya qoyublar. Bu da faktdır. Bunun ikinci bir adı yoxdur. Hətta bu məsələdən istədikləri qədər yararlanıblar”.
Göründüyü kimi, bu şəxslər günümüzdə də öz qrup maraqlarını, şəxsi mənafelərini dövlət mənafeyindən, xalqın mənafeyindən üstün tuturlar. Onlar üçün millət, dövlət anlayışları elə də böyük önəm kəsb etmir. Bu cür şəxslər üçün sadəcə satılmağa bazar lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, bir müddət öncə xarici mətbuatda Azərbaycanın ünvanına yalanlar, böhtanlar danışan, dövlətin imicini pula satanlar elə öncələr də-öz hakimiyyətləri dövründə də eyni “əqidəyə” malik olublar.
M.Mirəlioğlu vaxtilə bir-biri haqqında təhqiramiz ifadələr işlədən Ə.Kərimlinin və Lalə Şövkətin eyni mövqedən çıxış edib “Azadlıq” blokunda təmsil olunmalarının anlaşılmaz olduğunu bildirib: “Bu gün vəziyyət elə gətirib ki, dünən bir-birini söyən, təhqir edənlər, bu gün siyasi müstəvidə bir yerdədirlər. Kriteriyalar itib, ictimai qınaq yoxdur”.
Həqiqətən də, bir zamanlar bir-birlərinin ünvanına küçə jarqonları ilə söyüşlər yağdıranların bu gün “eyni amal” uğrunda “mübarizə” aparmaları başadüşülən deyil. Amma bir həqiqət ortadadır ki, belələri bir-birlərinin keçmişini bildikləri üçün bir-birlərindən ehtiyat edirlər. AXCP-nin adından və sədr əvəzindən ibarət olan ALP-dən niyə əl çəkmədiyini anlamamaq elə də müşkül bir məsələ deyil.
M.Mirəlioğlu Ə.Kərimlini Ə.Elçibəyə xəyanətdə ittiham edərək vurğulayır: “öz liderinə xəyanət edən imici qazanmış insanla iş birliyində olmaq mümkün deyil. AXCP tarixində Əli Kərimli qədər pozuculuq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əleyhinə gedən, xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu faktdır, tarixdir. Bu mənim mövqeyim deyil. Bu Əli Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır. Bu insanın həvəsi, qisasçılıq hissi, xəyanəti, əxlaqdan uzaq hərəkətləri özünü büruzə verib. O özünü bir gün belə saxlaya bilməyib”.
Keçmiş silahdaşları da belələrini xəyanətdə günahlandırır, onların əsl simasını göstərir, maskalarını yırtırlar. Bir müddət öncə başlanan və müəyyən zaman çərçivəsində müxalifət daxilində davam edən “casus axtarma” planının da gizlinləri ortaya çıxır. Bəli, bu şəxslər hakimiyyətdə olduqları zaman bir-birlərinin etdiklərindən xəbərdardırlar. Onlar kimin hansı fondun pulu ilə danışdığını da yaxşı bilir. Səsini niyə çıxartmadığına gəldikdə isə ortada sadə bir məntiq var: həmin xəyanətkar da bu sirri bilənin bütün paxırlarından xəbərdardır...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

