/ / Qloballaşma şəraitində Azərbaycan xalqı dünya ölkələrinin biri-birindən fərqli mədəniyyətlərinə böyük hörmət bəsləyir
Qloballaşma şəraitində Azərbaycan xalqı dünya ölkələrinin biri-birindən fərqli mədəniyyətlərinə böyük hörmət bəsləyir
30.06.2010 [10:21]
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünən Bakıda “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” mövzusunda forum işə başlayıb. AzərTAc xəbər verir ki, forumun iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər qoyulub.
Sonra qonaqlar Heydər Əliyev Fondu ilə tanış olubdlar. Onların diqqətinə çatdırılıb ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Məlumat verilib ki, Ulu öndər Heydər Əliyev iqtisadi tərəqqinin, sosial-mədəni yüksəlişin, müasir cəmiyyət quruculuğunun bütün səviyyələrdə uğurlu inkişafı üçün zəruri zəmin yaradıb.
Bakı Biznes Mərkəzində keçirilən forum görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.
Toplantı ötən ilin iyununda Moskvada keçirilmiş elmi konfransın məntiqi davamı kimi nəzərdə tutulan beynəlxalq forumdur. Həmin konfransda çıxış edən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva qloballaşma mövzusunun aktuallığını vurğulayıb və bildirib ki, qloballaşma şəraitində Azərbaycan xalqı adət və ənənələrimizi dərindən qiymətləndirir, eyni zamanda, dünya ölkələrinin biri-birindən fərqli mədəniyyətlərinə böyük hörmət bəsləyir.
çoxsaylı alim və ziyalıların iştirak etdikləri Bakı forumunu açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov Rusiyadan gəlmiş qonaqları salamlayaraq, tədbirin ənənəvi xarakter aldığını söyləyib. O, forumun əhəmiyyətini qeyd edərək xatırladıb ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərindən qloballaşmaya doğru istiqamət götürərək, elmin inkişafına xüsusi diqqətlə yanaşıb. ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.
Mahmud Kərimov Azərbaycan və Rusiya alimləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb. O, deyib ki, beynəlxalq elmi əlaqələr nəinki elmin inkişafına, habelə müasir dünyada mədəni dialoqun yaranmasına gətirib çıxarır. Bu gün alimlərimizin beynəlxalq əlaqələrinin genişlənməsində müsbət meyillər formalaşıb. Biz ümid edirik ki, bu meyillər dayanıqlı olacaq.
Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, akademik Əbdüsəlim Hüseynov forumun təşkilinə görə ölkəsinin alimləri adından minnətdarlığını bildirərək, “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu” mövzusu ilə bağlı fikirlərini söyləyib. O, deyib ki, biz mədəniyyətlərimizin rəngarəngliyini dəyərləndiririk və qloballaşma şəraitində onu qoruyub saxlamağa çalışmalıyıq. Forum bu məsələləri müzakirə edib, həll yollarını tapmaq üçün yaxşı fürsətdir.
O, postsovet məkanında Azərbaycan və Rusiya alimləri arasında əlaqələrin daha açıq şəkildə inkişafından məmnunluğunu bildirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva XXI əsrdə mədəniyyətlərarası dialoq mövzusunun aktuallığını vurğulayıb. O, deyib ki, XXI əsrdə humanitar, sosial, əxlaqi-mədəni və iqtisadi problemlərin həllində ümumi yanaşmalar tələb olunduğundan belə konfransların keçirilməsi çox aktualdır. Bu cür tədbirlərdə alimlər bir araya gələrək, cəmiyyətin inkişafına aid məsələlərlə bağlı konkret qərarlar axtarıb tapa bilərlər.
Professor Nərgiz Paşayeva vurğulayıb ki, belə konfranslar əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün çox vacibdir. çünki, dialoq yalnız insanların və xalqların biri-birinə etimadı olduğu halda mümkündür. İnsanın cəmiyyətdə yeri, dəyəri və fəlsəfənin bu kimi klassik suallarını cavablandırmaq hələ də aktualdır. Biz bəşəriyyəti təhsil, zəngin mənəvi potensial vasitəsilə anlayırıq. Hər bir savadlı insan fəlsəfəyə meyillidir, özünü və ətrafdakıları dərk etməyə çalışır. Ona görə də, biz dünyanın daha yaxşı olması üçün əlimizdən gələni etməliyik.
Forumda çıxış edən tanınmış rusiyalı alim, professor Yuri Pompeyev tədbirə dəvət olunduğuna görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. ölkəmizə bundan əvvəlki səfərlərini xatırladan qonaq Naxçıvanda, Gəncədə olduğunu söyləyərək, Azərbaycan alimləri və ziyalıları ilə əlaqələrindən danışıb. Alim ölkəmizdə milli mədəniyyətimizə və ailəyə olan münasibəti xüsusi qeyd edib. Bildirib ki, elm insanların birləşməsinə töhfə verməlidir.
Rusiyalı alim deyib ki, Azərbaycanın ü
mummilli lideri Heydər Əliyev 17 il əvvəl Prezident seçilərkən ziyarət etdiyi ilk təşkilat Elmlər Akademiyası olub. Bu böyük şəxsiyyət alimləri bir araya gətirdi. çünki yalnız görkəmli siyasi xadimlər elmin cəmiyyətdəki mühüm əhəmiyyətini anlayırlar.
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə qloballaşma şəraitində müasirləşmədən danışıb. Alimin fikrincə, insanların şüurunu müasirləşdirmək üçün klassik elmlə yanaşı, kreativ elm də olmalıdır.
Rusiya Hökuməti yanında Maliyyə Akademiyası fəlsəfə kafedrasının müdiri, professor Aleksandr çumakov Rusiya-Azərbaycan münasibətlərini başqa ölkələrə nümunə kimi dəyərləndirib. Bildirib ki, forum ünsiyyət üçün çox gözəl imkanlar yaradır. O, qloballaşmanın mədəniyyətə təsirindən danışıb.
YUNESKO-nun eksperti, fəlsəfə elmləri doktoru, professor Nizami Məmmədov isə mədəniyyətlərin müxtəlifliyindən danışarkən deyib ki, məhz mədəniyyət keçmişi, bu günü və gələcəyi biri-biri ilə birləşdirir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yalnız mədəniyyətlərarası dialoq vasitəsilə xalqların biri-birini daha yaxşı anlaya biləcəyini söyləyib.
Forum işini bölmə iclasları ilə davam etdirib.
İkigünlük forumun iştirakçıları Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı da əldə edəcəklər.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

