Bayram bayrama qarışıb!
06.11.2021 [10:12]
Bu gün ayın 6-sıdır. Noyabr ayının. Yox, biz artıq bu ayın adını unutmuşuq. Oktyabrla dekabrın arasındakı ayın adını Zəfər qoymuşuq. Biz - Ali Baş Komandan, Azərbaycan Ordusu və Azərbaycan xalqı.
Bəli, bu gün Zəfər ayının 6-sıdır və mən bütün dünya üçün payızın adi günlərindən olan, bizim üçünsə torpaqlarımızın düşmən tapdağından azad olunmasının ildönümü, xalqımızın başını dik tutduğu ən gözəl günlərimizdən birində evdən çıxıb küçədəki adamlara qarışaraq işə tələsirəm. İşıqforda dayanmış maşından mahnı səsi eşidillir: “Bakı, sabahın xeyir!” Sürücünün yanındakı hərbi geyimli gənc eyni sözləri təkrar edib maşının açıq pəncərəsindən gülümsəyir. Təbəssümünü üzümə qondurub gedir. Mənsə metroya düşürəm. Burada da hərbi geyimdə gənclər görürəm. Döşündə medallar, gözlərində işıq var. Danışıqlarından anlayıram ki, dənizkənarı bulvara gedirlər. Sahil metrosunda hamımız çıxırıq. Bizi bulvar tərəfdən gələn mahnının səsi qarşılayır: “Azərbaycan” kəlməsi ilə. Hamı əsgərlərə sevgiylə, ehtiramla baxır. Bax, bu baxışa həsrət idik biz. 30 il idi ki, özümüzün kişilər bayramımız, Qələbə günümüz olsun deyə arzulayırdıq. Hər dəfə 26 iyun tarixində kişilərimizi, Ordumuzu təbrik edəndə də kimlərsə sosial şəbəkələrdə buna qarşı çıxır, “torpağı işğalda olana təbrik düşmür” kimi sözlərlə hamının qanını qaraldırdılar. Lakin biz yenə də usanmırdıq onları təbrik etməkdən, çünki bizə bir gün mütləq o böyük Zəfəri bəxş edəcəklərinə inanırdıq. Biz Ali Baş Komandanımıza da, Ordumuza da, xalqımıza da inanırdıq və məhz bu inam bizi ölkəmizə, dövlətçiliyimizə qarşı yönələn ən xırda naqisliklərdən tutmuş ən böyük təxribat cəhdlərinə qədər hər şeydən uzaq tutur, qoruyurdu. Nəyi, necə, nə zaman etmək lazım olduğunu bilən Sərkərdəmiz, bu Sərkərdənin əmrini gözləyən, hər an döyüşə atılmağa hazır olan Ordumuz, birlikdə bütün dünyadan belə güclü olmağı bacaran Xalqımız var deyə əmin idik. Məhz bu əminlik bizi addım-addım, pillə-pillə yaxınlaşdırdı Noyabrın Zəfər adına.
Bu gün Zəfər ayının 6-sıdır və mən yolda, işdə, hər yerdə bir-birini təbrik edən adamların sanki bu bir il ərzində bir baş boy atdığını görürəm. Sonra anlayıram ki, bu, boynubüküklükdən, başıaşağılıqdan qurtulmağımızın görüntüsüdür. Və biz elə bu cürük əslində, mahiyyətimizdə Vətən sevgisi, qalibiyyət əzmi, haqqın öz yerini tutmasına sevinmək bacarığı, sülh naminə savaşa atılmaq cəsarəti var. Ən əsası isə, Bayram bizə yaraşır! Bu dünyanın heç yerində, heç vaxt heç kimə yaraşmadığı kimi yaraşır!
Bizə yaraşır Zəfər ayının 8-i!
Bizə yaraşır “Şuşa, sən azadsan!” nidasındakı gözləri yaşla dolduran xoşbəxtlik!
Bizə yaraşır Zəfər ayının 9-u!
Bizə yaraşır dünyanın ən gözəl bayrağını başımızın üzərinə qaldırıb əlimizi Vətən eşqi ilə çırpınan ürəyimizin üzərinə sıxaraq, hər kəlməsini yaşadığımız, dünyanın ən möhtəşəm himnini oxumaq!
Bizə yaraşır Zəfər ayının 12-i!
Bizə yaraşır dövlətçiliyimizin, vətəndaşımızın, hüququmuzun dayağı olan Konstitusiyamız!
Bizə yaraşır Zəfər ayının 17-si!
Bizə yaraşır imperiyalara, müstəmləkəçiliyə, şovinizmə, işğalçılığa qarşı birləşərək alovlardan keçmək, çökdürüldüyü yerdən min qat artıq ruh gücü ilə dirçəlmək, Milli Dirçəliş Günü qeyd etmək!
Bizə yaraşır Zəfər ayında Böyük amnistiya elan etmək, peşman olanları bağışlamaq, pənah gətirənləri sevindirmək, bayramlara bayram qatmaq!
Bizə yaraşır Noyabrın Zəfər adı!
Zəfərin hər günü, hər saatı, hər dəqiqəsi, hər anı...
Zəfər ayının bu sabahı da, bütün sabahların da xeyirli olsun, Bakı!
Bayramların mübarək, Azərbaycan!
Cavi Dan
Xəbər lenti
Hamısına baxSosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17

