Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP Bərdə rayon təşkilatının konfransı keçirilib

YAP Bərdə rayon təşkilatının konfransı keçirilib

22.07.2010 [12:33]

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının IX konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev muzeyinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. YAP Bərdə rayon təşkilatının sədr əvəzi İlham Əzimov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, 1992-ci ilin dekabrından fəaliyyət göstərən rayon təşkilatı son illər həm keyfiyyət, həm də kəmiyyət baxımından yenidən qurulub, rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrilib. Rayon təşkilatı ötən konfransdan keçən müddət ərzində daha da təşkilatlanıb, ictimaiyyət arasında kütləviliyi artıb. Son iki ildə partiya üzvlərinin sayı 1355 nəfər artaraq 8322-yə çatıb. Onlardan 2380-ini gənclər, 2667-sini isə qadınlar təşkil edir. Konfransda çıxış edən YAP Qadınlar Şurası rayon təşkilatının sədri Xuraman Qurbanova və Bərdə rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev təşkilatın fəaliyyətindən, rayonun ictimai-siyasi həyatındakı rolundan danışıblar. Təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənildikdən sonra təşkilati məsələlər müzakirə edilib, 55 nəfərdən ibarət rayon şurası və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib. Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri seçilib.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və Milli Məclisin deputatı Rauf Əliyev konfransda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, YAP-ın respublikanın həyatında oynadığı roldan danışıblar.

Paylaş:
Baxılıb: 944 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30