Türk Dövlətləri Təşkilatı nüfuzlu beynəlxalq platformaya çevrilir
08.12.2021 [10:19]
Nardar BAYRAMLI
Son illər türk dövlətləri arasında əlaqələr əhəmiyyətli dərəcədə güclənməkdədir. Qarşılıqlı əlaqələrin genişlənməsi ümumilikdə türk dövlətlərinin birliyinin daha da güclənməsinə xidmət edir. Ötən ay Türkiyədə keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə təşkilatın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılması, qəbul edilən önəmli qərarlar, nəzərdə tutulan perspektiv layihələr türk birliyinin uğurlu gələcəyindən xəbər verir.
Türk Dövlətləri Təşkilatı beynəlxalq müstəvidə cərəyan edən proseslərə çevik reaksiya verir
Artıq Türk Dövlətləri Təşkilatı regional güc mərkəzi kimi özünü təsdiq etməkdədir. Təşkilata üzv ölkələr öz aralarında münasibətləri möhkəmləndirməklə yanaşı, beynəlxalq müstəvidə də cərəyan edən proseslərə çevik reaksiya verir, eləcə də humanitar təşəbbüslərlə çıxış edir. Belə ki, Türk Dövlətləri Təşkilatı adından yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Afrikanın Burkina-Faso və Toqo ölkələrinə vaksin göndərilməsi də buna sübutdur. Yardım üçün Azərbaycan, Türkiyə, Özbəkistan və Macarıstan tərəfindən ümumilikdə 611 min 200 doza vaksin toplanıb. Azərbaycan bu məqsədlə yardım karvanına 100 min doza “Sinovac” peyvəndi ayırıb. TDT adından təyyarə ilə göndərilən humanitar tibbi yardım mənzil başına çatıb.
Azərbaycanın təşəbbüsünə daha bir dəstək
Türk Dövlətləri Təşkilatının bu humanitar təşəbbüsünün əhəmiyyəti barədə qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Azərbaycan da daxil olmaqla türk dövlətləri hər zaman koronavirus pandemiyasına qarşı peyvənd millətçiliyinə qarşı olublar və mövqelərini açıq, qəti şəkildə ifadə ediblər. Onun sözlərinə görə, ötən ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə türkdilli ölkələrin koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş onlayn formada zirvə görüşü keçirilmişdi: “Həmin zirvə görüşündən sonra da türk dövlətləri dəfələrlə Azərbaycanın pandemiya ilə mübarizə istiqamətində təşəbbüslərini yüksək qiymətləndiriblər. Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə vaksin göndərməklə bilavasitə Azərbaycanın təşəbbüslərinə real dəstək ifadə edir. Belə ki, Burkina-Fasoya 400 min “Sinovac” peyvəndi və Toqoya 211 min 200 doza “Sinofarm” peyvəndi çatdırılıb. Bütün bunlar, Azərbaycanın da daxil olduğu Türk Dövlətləri Təşkilatının humanist addımının ifadəsidir. Nəzərə alsaq ki, Afrika ölkələri yoxsuldur və onların peyvəndə əlçatanlığı aşağıdır, belə olan təqdirdə, türk dövlətlərinin insanlığa xidmət edən bu addımının əvəzi yoxdur”.
Azərbaycan və Türkiyənin rolu kifayət qədər böyükdür
Politoloqun fikrincə, Türk Dövlətləri Təşkilatının bu addımı humanitar xarakterli olsa da, siyasi önəmi də böyükdür. Çünki TDT artıq özünü dünyada vacib beynəlxalq platforma kimi təqdim edir. R.Aliyev hesab edir ki, türk dövlətlərinin birliyinin daha da güclənməsi ilə bağlı planlar böyükdür: “TDT-nin həyata keçirdiyi humanitar təşəbbüs təşkilatın siyasi çəkisini də artırır. Düşünürəm ki, gələcəkdə TDT nüfuzlu beynəlxalq siyasi təşkilat kimi dünyada öz mövqelərini möhkəmləndirəcək. Bunun üçün türk dövlətlərinin sosial, iqtisadi, mədəni və mənəvi birliyinin güclənməsi şərtdir. Artıq bu istiqamətdə əməli addımlar atılır. B? xüsusilə son bir neçə il ərzində özünü göstərir. Təşkilatın sıraları genişlənir, siyasi, iqtisadi və mədəni əlaqələr davamlı olaraq genişlənir. Burada Azərbaycan və Türkiyənin rolu kifayət qədər böyükdür. VIII Zirvə görüşündə Zəngəzur dəhlizinin önəmi xüsusilə diqqət mərkəzində oldu. Zəngəzur dəhlizinin açılması Türk dünyasını coğrafi cəhətdən birləşdirəcək ki, bu amil türk dövlətləri arasında bütün sahələr üzrə əlaqələri gücləndirəcək. Bununla da TDT regional birlikdən qlobal güc mərkəzinə çevrilə bilər. Hesab edirəm ki, bu, qaçılmaz prosesdir. Belə olduqda isə TDT gələcəkdə daha çox beynəlxalq səviyyəli humanitar və digər xarakterli təşəbbüslərlə çıxış edəcək. Bütün bunlar isə Türk Dünyasının qlobal səviyyədə yerini möhkəmləndirəcək və rolunu artıracaq”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

