Paşinyan hədəfdə: tənqid oxları ona tuşlanıb
11.01.2022 [10:24]
Baş nazir KTMT çərçivəsində fəallıq nümayiş etdirməyə çalışsa da, bumeranq effekti ilə üzləşib
Pərviz Sadayoğlu
Nurlan Qələndərli
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin bu ölkəyə gəlməsi müxtəlif aspektlərdən ciddi müzakirə olunur. Bu, həm dünya miqyasında, həm də KTMT-yə üzv ölkələrin daxili auditoriyalarında da müəyyən mübahisələrə səbəb olub.
Yanlış siyasi qərar və qanun pozuntusu
Məsələ Ermənistanda isə ictimai və siyasi gərginliyə səbəb olub. Hazırda KTMT-yə sədrlik edən Ermənistanın 70 nəfərdən ibarət qrupu kontingentin tərkibində Qazaxıstana göndərməsi həm cəmiyyətdə, həm də siyasi dairələrdə birmənalı qarşılanmayıb, qəzəb və tənqid oxları Paşinyana tuşlanıb. Məsələn, bəzi ekspertlər, ictimai fəallar Ermənistanın baş nazirinin yanlış addım atdığını düşünürlər. Hüquqşünaslar isə iddia edirlər ki, Paşinyan bu qərarla qanunvericiliyin tələblərini pozub, çünki hərbi qüvvələrin sülhməramlı kontingentin tərkibində Qazaxıstana göndərilməsi barədə parlament tərəfindən hər hansı qərar verilməyib. “Hrapark” qəzeti yazır ki, bu, Paşinyan avtoritarizminin növbəti nümunəsidir. Bildirilib ki, Paşinyan həm prezidentin iradəsini, həm parlamentin mövqeyini, həm də ictimai rəyi heçə sayır - o, özünü mütləq səlahiyyət sahibi hesab edir. Bu isə Ermənistanda həm hakimiyyət daxilində, həm siyasi qüvvələr arasında, həm də cəmiyyətdə gərginliyi artırır: “KTMT-də sədrlik formal olaraq Ermənistan baş nazirinə məxsusdur. O, müraciətə cavab verərək məsələ ilə əlaqədar koordinasiya fəaliyyəti ilə məşğul ola bilər. Amma Paşinyan hərbi qüvvə göndərmək məcburiyyətində deyildi”.
Xarici siyasətdə dəqiq istiqamət yoxdur
“Suveren Ermənistan” partiyasının rəhbəri David Sanasaryan isə bildirib ki, baş nazir Paşinyan Ermənistanın dövlət olmaq şansının tam şəkildə qarşısını alır. Erməni bloggerlər isə sosial şəbəkələrdə baş nazir Paşinyanı Qazaxıstanın daxili işlərinə qarışmamağı məsləhət görüblər. Erməni ekspertlər, həmçinin Paşinyanın xarici siyasətdə dəqiq istiqamət seçə bilmədiyini qeyd edirlər: “Baş nazir bir müddət əvvəl Qərbpərəst mövqe açıqlamışdı, indi isə KTMT-nin fəaliyyətində aktiv iştirak görüntüsü yaradır. Hansına inanaq? Deməli, hadisə və proseslər Paşinyanı istənilən səmtə sürükləyir”.
Məqsəd görüntü yaratmaqdır
Məsələ ilə bağlı, fikirlərini bölüşən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Ermənistan hazırda KTMT-yə rotasiya ilə sədrlik edir. Qazaxıstana göndərilən kontingentin tərkibində erməni əsgərlərinin də olması isə yalnız görüntü xarakteri daşıyır: “Baş nazir Paşinyan özünü həm Rusiyaya, həm də digər KTMT üzvlərinə sübut etməyə çalışır. Hətta sosial şəbəkələrdə KTMT-nin sülhməramlılarının tərkibində Qazaxıstana gedən 70 erməni əsgərinin mühüm obyektləri qoruyacağı yazılıb. 70 nəfər erməni əsgəri Qazaxıstan kimi böyük ərazisi olan və ciddi gərginliyin hökm sürdüyü ölkədə hansı strateji obyekti qoruyacaq? Bir daha deyirəm ki, burada əsas məqsəd görüntü yaratmaqdır. Paşinyan bununla da Rusiyaya yaxın olduğunu göstərməyə çalışır”.
Baş nazirin fəaliyyəti ictimai rəydə ciddi təftiş olunur
Ermənistanda müxalifətin bu məsələ ilə bağlı Paşinyana etirazına gəlincə isə, A.Nağıyev bildirib ki, bu, daxili auditoriyaya hesablanmış bir məsələdir. “Onlar bununla erməni xalqına Paşinyanın “demokratiya sammiti”nə getməklə Qərbpərəst, gah da Rusiyanın yanında hansısa bir problemin həllində iştiraka can atan birisi olduğunu göstərirlər”, - deyə A.Nağıyev əlavə edib.
Beləliklə, Paşinyan KTMT-nin fəaliyyəti çərçivəsində fəallıq nümayiş etdirməyə çalışsa da, bumeranq effekti ilə üzləşib. İndi Ermənistan cəmiyyətində - siyasi dairələr tərəfindən və ictimai rəydə onun fəaliyyəti - mövqeyi və atdığı addımlar ciddi təftiş olunur.
Xəbər lenti
Hamısına baxAnalitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10

