Özbəkistan KTMT-yə üzv olacaq?
13.01.2022 [10:30]
Nardar BAYRAMLI
Qazaxıstanda baş verən hadisələrin Mərkəzi Asiyanın digər ölkələrinə transfer olunacağı barədə müzakirələr davam edir. Növbəti hədəfin Özbəkistan olacağı bildirilir.
Nə üçün xəbərdarlıq edilir?
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderlərinin Qazaxıstanla bağlı keçirdiyi onlayn görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, əgər Qazaxıstandakı hadisələrdən dərs götürülməsə, oxşar hadisələr təkrar oluna bilər, ilk növbədə, hədəf Özbəkistan olacaq. Belarus liderinin sözlərinə görə, onun əlində informasiya var ki, terrorçuların nəzəri artıq bu ölkəyə yönəlib. Bir sıra xarici ekspertlər də hesab edirlər ki, belə xəbərdarlıqların məqsədi Özbəkistanı KTMT sıralarına qoşmaqdan ibarətdir.
Ciddi xarici təhlükə yaranarsa...
Özbəkistanın Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Mano Bəxtiyar Yerqaşev isə bildirib ki, Özbəkistanın yerli terror qruplaşmalarının hücumlarını dəf etmək təcrübəsi var. Onun sözlərinə görə, ciddi xarici təhlükə yaranarsa, ölkənin KTMT-yə qayıtması ehtimalı azdır, lakin müttəfiqlik münasibətləri çərçivəsində yardım üçün Rusiyaya müraciət edəcək: “Özbəkistanda vəziyyəti ayıq və sakit şəkildə qiymətləndirirlər və başa düşürlər ki, ölkədə “yatmış” terrorçu və ekstremist hüceyrələr var. Amma bu, bir neçə minlik böyük, güclü və koordinasiyalı bir hərəkat olacaqsa, o zaman kömək lazım ola bilər. Özbəkistan isə KTMT-yə deyil, 2005-ci ildə müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladığı ölkəyə üz tutacaq. Bu, Rusiyadır”. Yerqaşev qeyd edib ki, ölkəsi siyasi bloklarda təmsil olunmayacaq: “Özbəkistanda Qazaxıstandakı vəziyyətdən fərqli olaraq, elita daxilində ciddi ziddiyyətlər yoxdur. Əsas məsələdə konsensus var. Bu, Özbəkistanın hərbi-siyasi bloklarda və təşkilatlarda iştirak etməyəcəyidir və KTMT də konkret olaraq buraya daxildir”.
Mərkəzi Asiyada vəziyyəti gərginləşdirmək istəyən dairələr var
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Mərkəzi Asiya regionunda vəziyyəti gərginləşdirməyə maraqlı olan dairələr var. Bu baxımdan, Qazaxıstandan sonra növbəti hədəfin Özbəkistan olması ilə bağlı deyilənlər təsadüfi sayılmamalıdır. Onun sözlərinə görə, yarana biləcək təhlükənin qarşısını almaq üçün bu ölkənin KTMT-yə üzv olması yeganə çıxış yolu deyil: “Özbəkistan müstəqil dövlətdir və özünün təhlükəsizlik, hüquq-mühafizə orqanları var. Əgər ölkədə terrorçular baş qaldırarsa, onların qarşısını almaq, ilk növbədə, həmin qurumların vəzifəsidir”.
Hər iki variant Özbəkistan üçün məqbul deyil
Ekspert söyləyib ki, artıq Özbəkistan KTMT-yə qayıtmayacağını bəyan edib: “Digər tərəfdən, təhlükəli vəziyyət yaranarsa, dəstək üçün birbaşa Rusiyaya müraciət ediləcəyi qeyd olunur. Düşünürəm ki, hər iki variant Özbəkistan üçün məqbul deyil. Çünki belə vəziyyət onu başqa ölkələrdən asılı vəziyyətə sala bilər. Fikrimcə, ən optimal variant Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın edilməsidir”.
Xəbər lenti
Hamısına baxAnalitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10

