ABŞ “ənənə”sinə sadiqdir...
26.01.2022 [10:05]
Yaxud Baydenin jurnalistlərlə davranış qaydalarını öyrənməsi üçün gec deyilmi?
Nurlan QƏLƏNDƏRLİ
ABŞ-da növbəti siyasi skandal qeydə alınıb. Belə ki, prezident Co Bayden ona inflyasiya ilə bağlı sual ünvanlayan “Fox News”un müxbirinə təhqiramiz cavab verib. Doğrudur, Birləşmiş Ştatlar mediası yazır ki, prezident mikrofonun qapalı olduğunu zənn edib və qeyri-etik ifadə işlədib. Amma bütün hallarda Co Baydenin media mənsubuna, jurnalist fəaliyyətinə qarşı bu cür münasibəti və etik normalardan kənar davranışı xoşagəlməzdir.
“Sərhədsiz Reportyorlar” niyə susur?
ABŞ prezidenti sonradan həmin jurnalistlə telefon danışığı zamanı məsələnin “şəxsi münasibət” olmadığını söyləsə də, mövzu hələ də ciddi müzakirə olunur. Lakin “Sərhədsiz Reportyorlar” və söz azadlığı, jurnalist fəaliyyəti ilə bağlı monitorinqlər aparan digər bir sıra təşkilatlar susqunluq nümayiş etdirirlər. Halbuki bu hal başqa ölkələrdə qeydə alınsaydı, ind? həmin dövlətin antidemokratik olması, söz azadlığının pozulması barədə səhifə-səhifə materiallar - hesabatlar yayımlanmışdı.
İlk deyil, son olmayacaq...
Media eksperti Müşfiq Ələsgərli “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, bu, ABŞ-da baş verən ilk belə hal deyil: “Donald Trampın prezidentliyi dövründə də media nümayəndələrinə qarşı qeyri-etik, ədalətsiz davranışlara rast gəlinirdi. Bəzi KİV nümayəndələrinin Trampın mətbuat konfransına qatılması qadağan edilmişdi. D.Tramp CNN-in əməkdaşını konfrans zalından qovmuşdu. Görünən odur ki, Baydenin prezidentliyi dönəmində də jurnalistlərlə davranış qaydalarında ciddi problemlər var”.
Bir il ərzində 8 jurnalist həbs olunsa da...
Ekspert söyləyib ki, ABŞ jurnalistlərin sərbəst və səmərəli fəaliyyəti üçün ideal ölkə deyil: “Burada media nümayəndələri həbs edilirlər, təzyiq və təhdidlərə məruz qalırlar. Təcrübə göstərir ki, Birləşmiş Ştatlarda bir il ərzində 8 jurnalist həbs olunsa da, hadisəyə ciddi reaksiya verilməyib. Bunun kimi çoxsaylı faktlar var. Amma “Freedom House”, “Sərhədsiz Reportyorlar” kimi təşkilatlar belə hallara ciddi diqqət yetirmirlər. Çünki söz azadlığı, jurnalist fəaliyyəti ilə əlaqədar monitorinq aparan təşkilatlar müəyyən qədər ABŞ fondları tərəfindən maliyyələşdirilir və Amerikanın siyasi dairələrinin təsiri altındadırlar. Ona görə də bu cür hallara göz yumurlar”.
Gizlətmək mümkün deyil
M.Ələsgərli vurğulayıb ki, artıq belə halları gizlətmək mümkün deyil: “Bu cür hadisələrin sayı artıb. İnternetin inkişafı, sosial şəbəkələrdən kütləvi istifadə olunması bu halların gizlədilməsinin qarşısını alır, istənilən halda faktlar ortaya çıxır”.
Yeri gəlmişkən, sosial şəbəkə istifadəçiləri bəhs olunan hadisəyə müxtəlif reaksiya veriblər. Bəziləri qeyd ediblər ki, Baydenin jurnalistlərlə davranış qaydalarını öyrənməsi üçün artıq gecdir. Digərləri isə vurğulayıblar ki, Co Baydenin media nümayəndəsinə qeyri-etik münasibəti ABŞ-ın “demokratik ənənə”lərinə sadiq olduğunu göstərir. Ekspertlərin isə qənaətinə əsasən, ABŞ-ın təcrübəsi göstərir ki, bu hal ilk deyil, son olmayacaq.
Xəbər lenti
Hamısına baxSosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10

