Qarabağ separatçıları təxribata hazırlaşır?
17.02.2022 [10:12]
Və ya “atəş hazırlığı dərsləri” nə deməkdir?
Nardar BAYRAMLI
Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində yaşayan ermənilər hərbi təlim keçməyə hazırlaşırlar. “Atəş hazırlığı dərsləri” adlanan bu “ideyanın” təşəbbüskarı Qarabağ separatçılarının “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyandır. Erməni mətbuatının məlumatına görə, “tədbir” 2022-ci ilin fevral-may aylarında keçiriləcək. “Atıcılıq dərsləri” guya sakinlərin hərbi bilik və bacarıqlarının artırılmasına yönəldiləcək. “Təlim”də “dövlət qurumları”nın, eləcə də iri şirkət və müəssisələrin əməkdaşları iştirak edəcəklər.
Görünən odur ki, Qarabağdakı erməni separatçıları yeni təxribatlara hazırlaşır. Azərbaycan Müdafiə Nazirliyinin fevralın 15-də yaydığı məlumat da bunu deməyə əsas verir. Məlumatda qeyd olunurdu ki, “Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb”.
Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə separatçıların bu addımları nədən xəbər verir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi: “Müharibə nəticəsində erməni ordusu tamamilə məhv edildi. Bu səbəbdən də, 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Amma görünən odur ki, ermənilər ağıllarını başlarına yığmayıblar. Son hadisələr bunu deməyə əsas verir. Ümumiyyətlə, Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına əməl etməyib. Ona görə də, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini öz gücünə icra etdi. Vətən müharibəsindən sonra biz gözləyirdik ki, onlar ağıllarını başlarına yığsınlar. 10 noyabr razılaşmasında tərəflərin öhdəliyi var. Bölgəyə rus sülhməramlılarının gəlməsi ilə yanaşı işğalçı-terrorçu qoşunlar çıxmalıdır. Üçtərəfli bəyanatda bu, konkret əksini tapıb. Rus sülhməramlıları bunu təmin etməlidir. Sülhməramlıların missiyası yalnız Azərbaycan maşınlarını yoxlamaqdan ibarət deyil. Həm də bölgədəki erməni təxribatlarına son qoyulmalıdır. Separatçılar dəfələrlə təxribatlar törədiblər. Hər təxribat olanda deyirdilər ki, atəşkəsi pozanlar sərxoş olublar. Laçın dəhlizində bizim postumuza qumbara atan erməninin isə psixoloji pr???emlərinin olduğunu söylədilər. Belə vəziyyət uzun sürə bilməz. Problemlər birdəfəlik həll olunmalıdır, biz bundan sonra da 30 il gözləyə bilmərik. Qarabağdakı ermənilər ya dinc yaşamalıdırlar, ya da Azərbaycan lazımi tədbirlər görəcək. Daxili İşlər Nazirliyinin Daxili Qoşunları bölgədə anti-terror əməliyyatı keçirə, əhalinin pasport qeydiyyatını apara bilər. Qarabağda yaşayan ermənilər haqqında həm keçmiş SSRİ arxivlərində, həm də Azərbaycan arxivlərində məlumatlar var. Bunun əsasında konkretləşməlidir ki, or?da kimlər yaşayacaq. Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşayıb cəmiyyətimizə inteqrasiya olunmalıdırlar. Əks halda, çıxıb gedib Qarabağdan 40-50 km uzaqda yerləşən Ermənistanda, ya da istədikləri başqa ölkələrdə yaşaya bilərlər. Bu gün Azərbaycan Ordusu çox güclüdür, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirir. Bundan sonra da istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Əgər ermənilər ağıllarını başlarına yığmasalar, dəmir yumruq yenə də başlarına dəyəcək”.
Ekspert qeyd edib ki, hər bir dövlət öz təhlükəsizliyini təmin etməyə borcludur: “Bu baxımdan, Azərbaycan da öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Dövlət sərhədində Ermənistanın hərbi təxribatlarının qarşısının necə alındığını görürük. İndi də Qarabağdakı separatçılar “atəş hazırlığı” adı altında hansısa təxribata cəhd edərlərsə lazımi cavablarını alacaqlar. Azərbaycan sülh tərəfdarıdır. Amma imkan verilməyəcək ki, ermənilər yenə də hansısa revanşist xülyalara düşsünlər. Azərbaycan bölgəyə nəzarət edir və Qarabağ separatçıları təxribata əl atsalar, məhv ediləcəklər”.
Xəbər lenti
Hamısına baxGündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46

