Seçimsiz seçkilər...
18.02.2022 [10:50]
Ermənilər Paşinyanı sevmir, müxalifətə isə nifrət edirlər
Taleh AĞAVERDİEV
Eks-prezident Armen Sarkisyanın “Ermənistan” adlı batan gəmidən qaçması qonşu ölkədəki daxili siyasi böhranı daha da ifşa etdi. Ölkənin baş naziri Nikol Paşinyanın elan etdiyi kimi, martda Ermənistan parlamentində prezident seçkiləri keçiriləcək. Ancaq ortada seçim deyilən bir şey yoxdur.
Vaxtilə Ermənistan Respublikasında prezident idarəetmə formasının parlament respublikasına dəyişdirilməsi ilə konstitusiya islahatı Qarabağla bağlı danışıqlar prosesini ləngitmək və pozmaq üçün aparılmışdı. Nominal olan Ermənistan prezidenti vəzifəsinə “dövlətçiliyin təminatçısı” statusu verilmişdir, lakin bu statusun həyata keçirilməsi mexanizmi təmin edilməyib. Eyni zamanda, baş nazir ölkənin ən yüksək və ən səlahiyyətli vəzifəli şəxsi olsa da, xalq tərəfindən deyil, parlament tərəfindən seçilir. Və buna görə də danışıqlar prosesində qərarlar qəbul edərkən parlamentin razılığını almalı idi. Beləliklə, Azərbaycan Prezidentindən fərqli olaraq, Ermənistanda iki ali vəzifəli şəxsin səmərəli danışıqlar aparmaq üçün lazımi səlahiyyətləri yox idi. Erməni tərəfinin bu addımı da məhz buna hesablanmışdı. Lakin ermənilər özləri qurduqları tələyə düşdülər. Danışıqların pozulması 44 günlük müharibəyə və Azərbaycanın ərazilərini işğaldan azad etməsinə gətirib çıxardı, Ermənistan dövlətçiliyi isə dərin böhranla üzləşdi.
Bu gün konstitusiyaya görə Ermənistanda prezidentin seçilməsi üçün üç tur seçki nəzərdə tutulub. Hakim “Vətəndaş müqaviləsi” fraksiyası yüksək texnologiyalı sənaye naziri Vaaqn Xaçaturyanın namizədliyini irəli sürüb. Xaçaturyan İrəvanın meri, deputat, uzun müddət Levon Ter-Petrosyanın siyasi həmkarı və onun müşaviri olub. 2018-ci il inqilabından, yəni hakimiyyət Paşinyana keçəndən sonra o, “Vətəndaş müqaviləsi” fraksiyası ilə sıx əməkdaşlıq etməyə başlayıb.
İlk turda prezidenti seçmək üçün 107 yerlik parlamentdən minimum 81 səs tələb olunur. “Vətəndaş müqaviləsi” lazımi səs çoxluğuna malik deyil, onun 71 mandatı var. Yəni öz namizədini irəli sürmək üçün hakim fraksiyaya birinci turda müxalifətin səsləri də lazımdır, amma daha iki tur da var. İkinci və üçüncü turlarda namizədlərə daha az səs lazımdır - müvafiq olaraq 65 və 54. Yəni, hakim fraksiya özü lazımi sayda səsi təmin edə bilir, ona görə də müxalifəti bu prosesə cəlb etməyə cəhd belə etmir. Nəticədə Ermənistan parlamentinin “Ermənistan” və “Mənim şərəfim var” müxalifət fraksiyaları nəinki prezidentliyə namizəd irəli sürməmək, hətta onun seçilməsi məsələsinin müzakirəsində iştirak etməmək qərarına gəliblər ki, blokların birgə bəyanatında qeyd edildiyi kimi, “heç bir şəkildə prezident seçkilərini qanuniləşdirməsinlər”.
Son zamanlar Ermənistanın yenidən prezident və ya yarı-prezident ölkəsi olması üçün konstitusiyaya dəyişiklik edilməli olduğu barədə söhbətlər gedirdi, lakin indi bu, Ermənistanın baş naziri Nikol Paşinyan üçün tamamilə sərfəli deyil. O, parlamentə nəzarət edir, tam səlahiyyətə malikdir, faktiki olaraq təkbaşına müəyyən qərarlar və ya qanunlar qəbul edə bilir.
Görünən odur ki, Paşinyan Ermənistan prezidenti vəzifəsinə ambisiyaları olmayan ona tam sadiq bir adam seçəcək. Bu baxımdan Vaaqn Xaçaturyanın namizədliyinin prezident vəzifəsinə irəli sürülməsi kifayət qədər məntiqli görünür. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın etimad reytinqi sürətlə aşağı düşür. Nikol Paşinyan Qarabağ klanından narazılıq fonunda Soros və onun İrəvandakı strukturlarının dəstəyindən çox peşəkarcasına yararlanaraq hakimiyyətə gəldi. Buna baxmayaraq, Ermənistan əhalisinin indiki hakimiyyətdən məyusluğu hər gün artır.
Amma bunu nəzərə alsaq belə, parlament müxalifətinin də heç bir ümidi yoxdur, çünki indiki hakimiyyətdən məyus olan Ermənistan əhalisi çətin ki müxalifəti dəstəkləməyə hazırdırlar. Bunun isə sadə izahı var - Ermənistan vətəndaşlarının əksəriyyəti Köçəryanın və Sarkisyanın prezidentlik dövrlərini çox yaxşı xatırlayır. Bu, hər hansı bir fikir ayrılığının, müxalif fikirlərin hələ ən əvvəldə, kökündən qarşısı alınan bir dövr idi. O zamanlar, hətta prezident tərəfə “tərs baxışa” görə də insanı öldürə bilərdilər. Ermənilər o dəhşətli dövrlərə qayıtmaq istəmirlər və onlar üçün hətta məğlub olan Paşinyan hələ də soyuqqanlı və kinli qatil Köçəryandan daha yaxındır.
Yaxud, məsələn, sabah baş nazir postuna seçkilərin keçirilməsinə qərar verilsəydi, indiki hakimiyyətdən məyus olan vətəndaşların əhəmiyyətli hissəsi sadəcə olaraq getməzdi. Nə iqtidara, nə də müxalifətə səslərini verməzdilər.
Bu gün müxalifətin hakimiyyətə gəlmək üçün yalnız bir variantı var - hərbi çevrilişə cəhd. Bu variantı da istisna etmək olmaz, lakin yadda saxlamaq lazımdır ki, Ermənistan xarici himayədarlardan o qədər asılı ölkədir ki, bu qüvvələrin razılığı olmadan belə bir cəhdin uğur qazanması mümkün deyil.
Beləliklə, Ermənistan seçimsiz ölkəyə çevrilib. Qonşu ölkə 2022-ci ilə təkcə siyasi hakimiyyət böhranı deyil, həm də dövlətçilik böhranı şəraitində qədəm qoydu. Görünən odur ki, Xaçaturyan prezident seçiləcək, və onun bir direktivi olacaq - Paşinyanla razılaşmaq. Bu komediya hekayəsinin nəticədə necə inkişaf edəcəyini çox yaxında öyrənəcəyik. Amma indidən bəllidir ki, ermənilər türkofobiyadan, Njdenin nasist ideyalarından, mif yaratmaq aludəçiliyindən qurtulmayınca, Ermənistan Respublikası Üçtərəfli Bəyanatların müddəalarını tam yerinə yetirməyincə, bu ölkə böhrandan çıxa bilməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

