Kurildən sonra Kareliya?
18.02.2022 [23:27]
Rusiyaya qarşı təzyiq vasitələrinin sayı arta bilər
Pərviz
Gərginləşmiş Rusiya-Ukrayna münasibətləri Avropanın bəzi dövlətlərini hərəkətə gətirib. Belə ki, Rusiya ilə həmsərhəd olan bəzi dövlətlər hərbi müdafiə hazırlıqlarını yüksəltmək istiqamətində addımlar atırlar. Məsələn, Finlandiyanın müdafiə qüvvələri Ukrayna ətrafındakı situasiya ilə bağlı hazırlıq səviyyəsini qaldırıb. Bu barədə “Yle” saytı xəbər verib. Bildirilir ki, müdafiə qüvvələrinin hazırlıq səviyyəsi “B” işarəsinə qədər qaldırılıb. Bu şkalada isə cəmi 4 bənd var - “A”-dan “D”-yə qədər. “A” ən aşağı, “D” isə ən yüksək hazırlıq səviyyəsi sayılır. Finlandiya parlamenti Müdafiə komitəsinin sədri İllaka Kanervanı bildirib ki, hazırlıq səviyyəsinin qaldırılmasına səbəb Ukraynadakı gərgin vəziyyətdir. Finlandiya dövləti müdafiə qüvvələrinin hazırlıq səviyyəsin bir bənd qaldırılmasını ölkəyə qarşı yönəlik təhdidlərlə bağlı olduğunu istisna etsə də, baş verənlərin Rusiya ilə əlaqədar olması ortadadır.
Bu arada, Qərb mətbuatı Finlandiyadakı hazırlıqların iki ölkə arasında vaxtilə baş vermiş torpaq problemi ilə də əlaqələndirib. Bildirilir ki, Rusiyaya qarşı Qərbin təzyiqləri sırasına Kareliya məsələsi də artırıla bilər. Belə ki, ABŞ bir müddət əvvəl Kuril adalarının Yaponiyaya məxsus olması ilə bağlı fikir bildirmişdi. Bu mənada, növbəti təzyiq vasitəsinin Kareliya ola biləcəyi də istisna olunmur.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin Azərbaycan - Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Razi Nurullayev Kareliya ərazisinin II Dünya Müharibəsinndən sonra Rusiyaya birləşdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Kareliya hazırda Rusiya ərazisidir. Parlamentlərarası işçi qrupunun rəhbəri kimi bu mövzu ilə bağlı Finlandiya rəsmiləri ilə müəyyən söhbətlərinin olduğunu deyən R.Nurullayev qeyd edib ki, rəsmi Helsinkinin Kareliyaya dair heç bir siyasi iddiasına rast gəlməyib: “Finlandiyanın Rusiyaya ərazi iddiası mövcud deyil. Hətta bu ölkənin xarici siyasət kursunda, hərbi doktrinasında da belə bir nüans qeyd olunmur. Mən deyərdim ki, finlər Kareliyaya mey?l də göstərmirlər. Onlar Kareliyanı itirilmiş və xarabazara çevrilmiş bir ərazi kimi qəbul edirlər. Özləri danışırlar ki, həmin ərazilərə baxanda ürək ağrısı keçirirlər, Rusiyanın bu torpağı qaytaracağı təqdirdə belə həmin ərazilərinin bərpasını lazımsız sayırlar. Deyərdim ki, bu məsələdə finlər çox soyuqqanlılıq nümayiş etdirirlər. Bu baxımdan, Finlandiya dövlətinin öz istəyi ilə Kareliya məsələsini gündəmə gətirdiyini düşünmürəm. Fikrimcə, bu sadəcə bir informasiya təzyiqi vasitəsidir. Bunu Qərb mətbuatı tərəfindən şişirdilmiş və ortaya atılmış iddia hesab edirəm və məlumatın doğruluğuna inanmıram”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25

