“Bütün bombaların atası” və ya sadəcə “vakuum”...
03.03.2022 [10:18]
Dağıdıcı gücü kiçik atom bombası ilə eynidir
P.İSMAYILOV
Rusiya ilə Ukrayna arasındakı hərbi qarşıdurmada istifadə olunan “vakuum bombası” dünya ictimaiyyətinin əsas müzakirə obyektinə çevrilib. Bu yeni sursatla bağlı aparılan araşdırmadan məlum olur ki, bomba, ABŞ-ın Hərbi Hava Qüvvələrində vaxtilə ən güclü qeyri-nüvə silahı hesab edilən Massive Ordnance Air Blast- başqa sözlə, “bütün bombaların anası” ləqəbli GBU-43 / B silahına qarşı hazırlanıb. Rusların “bütün bombaların atası” ləqəbini verdiyi “Vakuum bombası” hazırda dünyanın ən güclü qeyri-nüvə silahı hesab olunur. Yüksək dağıdıcı gücə malik bu bomba amerikalı həmkarı ilə müqayisədə çəkisinə görə daha yüngüldür, lakin nanotexnologiyanın istifadəsi sayəsində 4 dəfə güclüdür və bir dəfəyə 20 dəfə çox ərazini vura bilir. Maraqlıdır ki, son dövrlərə qədər bu hərbi sursat haqqında məlumatlar olduqca gizli saxlanılıb. Hətta bu yüksək öldürücü gücə malik bombanın həqiqi təyinatı, tərtibatçısı, istehsalçısı və istehsal sayı belə məlum deyil. Bu döyüş sursatının yeganə məlum sübutu 2007-ci il sentyabrın 11-də yeni hava bombası sınağı haqqında Rusiya televiziyasında nümayiş etdirilən videosüjet olub. Süjetdə bomba Tu-160 bombardmançı təyyarəsindən paraşütlə atılıb və uğurla partladılıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Ramil Məmmədli bildirib ki, vakuum bombaları daha çox xüsusi qorunan bunkerlərin sıradan çıxarılması üçün istifadə olunur. Təhlükəli sursatlar sırasında yer alan bu bombalardan qorunmaq isə yalnız dərin sığınacaqlarda mümkündür: “Bu sursat qadağan olunmuş silahlar sırasında yer almır. Bəlli olduğu kimi, qadağan edilmiş silahlar piyada əleyhinə minalar, kassetli, kimyəvi, bioloji və nüvə bombalarıdır. Kiçik bir atom bombası ilə eyni dağıdıcı gücə malik olan vakuum bombası, təsir dairəsində olan bütün canlıları məhv edir. Vakuum bombasının partlamasından sonra torpaqda heç bir kimyəvi maddə və ya nüvə görünmür”.
Hərbi ekspertin sözlərinə görə, vakuum bombası insanın daxili orqanlarını məhv edir. Havadakı oksigendən istifadə edərək yüksək istilik partlayışına səbəb olan bomba ətrafa daha böyük ziyan vurur. “Vakuum, başqa sözlə termobarik bomba istilik əsasında təzyiqlə işləyən qeyri-nüvə bombasıdır. Neft və havanın birləşməsindən ibarət bombanın partlama mexanizmi yaratdığı təzyiqlə kiçik bir atom bombasına bərabər dağıdıcı gücə malikdir. Partlayış havada baş verir. Bombanın əmələ gətirdiyi kostik maddədən ibarət buludun partlaması nəticəsində isə çox yüksək temperatur əmələ gəlir. Təyyarədən atılan termobarik bombanın birinci kamerası müəyyən yüksəklikdə partlayır. Bu partlayışdan çıxan partlayıcı toz dağıdılmalı olan əraziyə düzülür. İkinci mərhələdə bombanın ikinci kamerasındakı partlayıcı aerozol alovlanır və ətrafdakı partlayıcı toz əmələ gəlir. Yaranan geniş vakuum dalğası məhv edilən ərazidə təzyiqi azaldır. Təsir zonasındakı bütün canlılar buxarlanır”, - deyə R.Məmmədli əlavə edib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

