/ / Partiyanın qərarına hörmətlə yanaşmayaraq, namizədlikləri özləri tərəfindən irəli sürülən YAP-çılar partiya sıralarından xaric olunacaqlar
Partiyanın qərarına hörmətlə yanaşmayaraq, namizədlikləri özləri tərəfindən irəli sürülən YAP-çılar partiya sıralarından xaric olunacaqlar
24.09.2010 [09:44]
“Seçki kampaniyasının həlledici mərhələsi olan təbliğat-təşviqat mərhələsinə qədər namizədliyini irəli sürmüş, yaxud namizədliyi qeydə alınmış YAP üzvlərinə bir daha partiya rəhbərliyinin, partiyanın mövqeyi və qərarı çatdırılacaq”. Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.
O, YAP-ın mövqeyini bir daha xatırladıb: “Partiyanın qərarı və mövqeyi isə bundan ibarətdir ki, YAP-ın 114 seçki dairəsi üzrə irəli sürdüyü və müdafiə etdiyi namizədləri var. Namizədlik irəli sürülməyən dairələrdə isə YAP başqa partiyaların üzvlərini, yaxud müstəqil namizədləri müdafiə edir. Həmin dairələrdə də YAP üzvü olub, partiya tərəfindən dəstəklənməyən namizədlərə namizədliklərini geri götürülməsi bir daha və sonuncu dəfə təklif ediləcək. Əgər onlar partiyanın qərarına hörmətlə yanaşmayacaqlarsa, YAP sıralarından xaric olunacaq və bu seçki kampaniyası dövründə də partiya üzvü kimi YAP-ın dəstəyini almayacaqlar. Biz hesab edirik ki, partiyanın dəstəyi olmayacağı təqdirdə, bu cür namizədlərin deputat seçilməsi böyük sual işarəsi altındadır”.
H.Paşayev YAP üzvlərinə namizədliklərini geri götürməsi üçün ümumi müraciətin olduğunu, hələ ki, fərdi qaydada söhbət aparılmadığını bildirib. O, partiya qərarından kənar namizədliyini irəli sürmüş tanınmış, millət vəkili olan YAP üzvləri ilə digər partiya üzvləri arasında fərq qoyulmadığını da vurğulayıb: “Partiyanın qərarı tutduğu mövqedən və nüfuzundan asılı olmayaraq, YAP-ın hər bir üzvü üçün qəti sayılır və yerinə yetirilməlidir”.
Qeyd edək ki, bəzi YAP üzvləri partiya qərarından kənar namizədliklərini irəli sürüb. Onların arasında iki YAP-çı deputat və tanınmış YAP üzvləri də var.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

