Əli Kərimli Dağlıq Qarabağı güzəştə getməklə hakimiyyətə gəlmək istəyir
02.10.2010 [09:11]
... Bu cür faktlara dünyanın bir çox ölkələrində və tarixin istənilən mərhələsində rast gəlinib. Söhbət hər hansı bir ölkənin siyasi meydanında ciddi fiqur olmayan, eyni zamanda, sosial-ictimai dəstəkdən məhrum olan bir “siyasətçi”nin hakimiyyətə gəlmək üçün xarici qüvvələr qarşısında öhdəlik götürməsindən gedir.
Təəssüflər olsun ki, müasir dövrdə də bu hallara tez-tez rast gəlirik. Təkcə XXI əsrin başlanğıcında xarici maraq qruplarının qarşısında öhdəliklər götürərək, hakimiyyətə gələn bəzi “siyasətçi”lər öz doğma dövlətlərinin inkişafdan geri qalmasına və xalqının dövlətçilik tarixinin silinməsinə səbəb olublar. Bu faktla bağlı da istənilən qədər misal göstərmək olar.
Bu tip insanları yalnız şəxsi maraqları düşündürdüyünə görə, onlar üçün dövlət, xalq, milli maraqlar, ali dəyərlər və digər keyfiyyətlər heç bir əhəmiyyət kəsb etmir. Ona görə də, onları yalnız Vətən xainləri adlandırmaq olar...
Azərbaycanda da xarici qüvvələrə işləyənlər peyda olub...
Hazırki iqtidarın düşünülmüş və praqmatik siyasət yürütməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Bu tərəqqinin məntiqi yekunu olaraq, dövlətimizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənir, nailiyyətlərinə görə, dünyanın aparıcı ölkələri sırasına yüksəlir, paralel olaraq, insanların rifah halı yaxşılaşır. Maddi rifah halı yüksələn və azərbaycanlı olması ilə fəxr edən insanlarımızın iqtidara etimadı da məhz bu amillərdən irəli gəlir. Ona görə də, bu gün Azərbaycan o dövlətlərdən hesab olunur ki, xalq-iqtidar birliyi istənilən məsələdə özünü açıq şəkildə göstərir.
Bu səbəbdən də, xarici qüvvələr Azərbaycanda istədikləri planı reallaşdıra bilmirlər. Onlar Azərbaycanın daxilində özlərinə işləyə biləcək tərəfdaşlar axtarırlar. Heç də təsadüfi deyil ki, Azərbaycan ictimaiyyəti dəfələrlə müxalifətin Dağlıq Qarabağ məsələsindən sui-istifadə etdiyinin, öz maraqlarının təmin olunması üçün milli maraqlarımıza zidd təkliflər irəli sürdüyünün, müxtəlif vaxtlarda erməni lobbisi ilə işbirliyində olan xarici dairələrlə yaxından təmas qurduğunun şahidi olub. Hətta erməni lobbisi ilə yaxın, onun maraqlarına xidmət edən xarici təşkilatlar, siyasətçilər və ekspertlər Müsavat və AXCP-nin qəhrəmanlarına çevriliblər, onların dövlətimizə qarşı irəli sürdüyü iddialar müxalifət mətbuatı tərəfindən geniş işıqlandırılıb və bu işini indi də davam etdirir. Bu mənada, Azərbaycana qarşı fəaliyyət göstərən qərəzli xarici dairələr müxalifətin timsalında özünə tərəfdaş tapıb.
Əli Kərimli Dağlıq Qarabağın əvəzinə hakimiyyətə gəlmək istəyir...
Əvvəldə qeyd etdiyimiz kimi, müasir Azərbaycanda da xarici qərəzli dairələrlə əməkdaşlıq etmək istəyən, yalnız şəxsi maraqlarını düşünən, dövlət, xalq, milli maraqlar, ali dəyərlər haqqında düşünməyən “siyasətçi” var. Onun Azərbaycan cəmiyyətində heç bir sosial dəstəyi yoxdur. Keçirilən bütün seçkilərdə o, yalnız məğlub olub. Bu səbəbdən də, partiya lideri hakimiyyətə gəlmək üçün xarici dairələrin dəstəyinə ümid bəsləyib. Həmin “siyasətçi” AXCP sədri Əli Kərimlidir.
Ermənistan mətbuatında yer alan məlumatlara görə, Əli Kərimli Qərb dairələri ilə yaxından təmaslar qurmaq və dəstək almaq üçün ciddi-cəhdlə çalışır. Qeyd olunur ki, o, hakimiyyətə gəlmək üçün dəstək göstərilməsi müqabilində ciddi vədlər də verib. Həmin dairələrin ölkəmizdə maraqlarının təmin olunacağını vəd edən Əli Kərimli Azərbaycanın Dağlıq Qarabağ məsələsində istənilən güzəştə gedəcəyi öhdəliyini də üzərinə götürüb. Bəzi politoloqlar isə Qərbdəki erməni lobbi təşkilatları vasitəsilə AXCP sədrinə yardım göstərilməsinin mümkün olduğunu bildiriblər.
Göründüyü kimi, AXCP lideri hakimiyyət arzularının reallaşması üçün istənilən addıma, hətta Azərbaycanın maraqlarını zərbə altına qoymağa belə hazırdır.
Xalq belələrini heç bir zaman bağışlamayacaq...
Azərbaycan xalqı şəxsi maraqları naminə siyasi qərarlar verən “siyasətçilərin” ucbatından hələ 19 il əvvəl əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Müxtəlif xarici dairələrin, kəşfiyyat orqanlarının göstərişlərinə əsasən hərəkət edən AXC-Müsavat hakimiyyəti Azərbaycanı uçurum kənarına sürükləmişdi. O zaman, xalq AXCP-nin, Müsavatın indiki liderlərini hakimiyyətdən getməyə vadar etdi və ümummilli lider Heydər Əliyevi dövlət başına gətirdi. Bununla demək istəyirik ki, Azərbaycan xalqı kimin qəhrəman, kimin isə xəyanətkar olduğunu çox yaxşı bilir. Ona görə də, düşünürük ki, xalq AXCP lideri Əli Kərimlini və onun kimi digərlərini heç bir zaman bağışlamayacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

