Taliban Orta Asiya ölkələrinə hücum edəcəkmi?
01.04.2022 [10:34]
Rejim Türkmənistan və Tacikistana qarşı iddialarla çıxış edir
Nardar BAYRAMLI
Dünyanın diqqəti hazırda Rusiya - Ukrayna müharibəsinə yönəlsə də, Asiya qitəsində də maraqlı proseslər baş verir. Bu baxımdan, Əfqanıstan ətrafında cərəyan edən hadisələr diqqəti cəlb edir. Bu ölkədə Taliban hakimiyyəti ələ aldıqdan sonra regionda mürəkkəb vəziyyət daha da artıb. Bəzi iddialara görə, Taliban hakimiyyəti Orta Asiya ölkələrinə hücum etməyə hazırlaşır. Çinin paytaxtı Pekində Əfqanıstanın qonşuları olan ölkələrin xarici işlər nazirlərinin iki günlük konfransı da bu konteksdə şərh oluna bilər.
Ümumiyyətlə, bu barədə məlumatlar nə dərəcədə doğrudur? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Taliban Orta Asiyanın bəzi ölkələrinə qarşı ərazi iddiaları ilə çıxış edib. Onun sözlərinə görə, bu baxımdan, Əfqanıstanda hakimiyyəti ələ almış bu təşkilatın hücum edəcəyi barədə ehtimallar irəli sürülür: “Bir müddət əvvəl Taliban Türkmənistana qarşı ərazi iddiası ilə çıxış edib və Əfqanıstanın Faryab əyalətində 30 kilometr sərhəddən içəriyə doğru ərazinin Türkmənistan tərəfindən işğal edildiyini bəyan edib. Taliban Türkmənistandan həmin torpaqların geri qaytarılmasını tələb edir. Nəzərinizə çatdırım ki, Əfqanıstan və Türkmənistan arasında sərhəd gərginliyi yeni məsələ deyil. Xatırlayırsınızsa, bir neçə il əvvəl İŞİD-in Əfqanıstandan Türkmənistan sərhədinə hücum cəhdi olmuşdu. Bu il yanvarın əvvəlində isə Taliban qüvvələri ilə Türkmənistan sərhəd qoşunları arasında Şimali Cevzcan əyalətinin Hamad rayonunda toqquşma baş vermişdi. Digər tərəfdən, Taliban rejiminin Tacikistana da hücum edəcəyi ilə bağlı məlumatlar yayılır. Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Tacikistanla münasibətləri gərginləşib. Çünki ölkənin şimalında Talibana yeganə təslim olmayaraq müqavimət göstərən qrup taciklərdir. Hazırda taciklər Əfqanıstanda puştunlardan sonra ikinci böyük qrup hesab olunur. Taliban Tacikistana qaçan bir neçə min Əfqanıstan ordusu əsgərini geri almaq istəyir. Eyni zamanda, Taliban Tacikistanın Əfqanıstanda özünə qarşı tacik qruplara dəstək verdiyini hesab edir. Bütün bunların fonunda Talibanın Tacikistana hücum edəcəyi barədə ehtimallar səslənir. Bundan başqa, Tacikistanın yaxın tərəfdaşı olan Rusiyanın başının Ukrayna müharibəsinə qarışması Talibanı hücum etməyə həvəsləndirə bilər”.
Məsələ ondadır ki, Rusiya artıq Talibanla diplomatik münasibətlər qurub və Əfqanıstanın yeni hökumətinin diplomatları akkreditə olunub. Politoloq hesab edir ki, Rusiya üzləşdiyi sanksiyalarla əlaqədar Asiyada öz tərəfdaşlarını artırmağa çalışır: “Taliban rejimi ilə diplomatik münasibətlərin qurulması da bu konteksdə izah oluna bilər. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pekində keçirilən konfransda Qərbi Talibana qarşı sərt mövqeyinə görə tənqid edib. Ümumilikdə isə, rəsmi Moskva ABŞ və Avropa ölkələrinin sanksiyalarından sığortalanmaq üçün dünyada öz tərəfdaşlarının sayını artırmaq istəyir. Asiya ölkələri də Rusiya üçün bu baxımdan yaxşı imkandır. Bu səbəbdən də, Rusiya müxtəlif manevrlər etməyə çalışır”.
Xəbər lenti
Hamısına baxSosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07

