Beşinci paket: Avropa ölkələri razılığa gələ biləcəkmi?
05.04.2022 [10:27]
Taleh Ağaverdiyev
Aİ səfirləri Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə etmək üçün çərşənbə günü, aprelin 6-da görüşməyi planlaşdırırlar. Bu barədə məlumatlı mənbələrə istinadən Financial Times məlumat yayıb.
Bildirilir ki, sanksiyalar həm fərdi məhdudiyyətlərə, həm də Rusiya mallarının ixracına qoyulan embarqoya toxuna bilər. Belə ki, Rusiyadan kömür, neft və qaz kimi enerji daşıyıcılarının idxalına əlavə məhdudiyyətlərin və embarqonun, Rusiya gəmilərinin Aİ limanlarından istifadəsinə qadağanın müzakirəsi təklif edilir.
Bir sıra Avropa rəsmilərinin açıqlamaları Rusiyanın enerji daşıyıcılarının sanksiyalar siyahısına daxil edilməsinin mümkünlüyünü şübhə altına alır.
Belə ki, aprelin 2-də İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni sanksiyaların enerji sektoruna şamil edilməyəcəyini qeyd edib. Aİ-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketinin artıq gələn həftə qəbul edilə biləcəyini qeyd edən Almaniyanın vitse-kansleri Robert Habek yeni məhdudiyyətlərin maliyyə sektoru və texnologiya məhsullarına təsir göstərə biləcəyini bildirib. Eyni zamanda, Habek Rusiyadan neft, qaz və kömür tədarükünə tezliklə embarqonun tətbiq olunacağını istisna edib. Müvafiq bəyanatı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da “UA Razom” telemarafonunun efirində verib: “Təəssüf ki, ayrı-ayrı dövlətlərin diplomatlarının mövqelərinə görə Rusiya neft və qazının Aİ bazarlarına tədarükünə qoyulan embarqo beşinci paketə daxil edilməyəcək. Ancaq başqa iqtisadi məqamlar da olacaq”.
Enerji daşıyıcılarına embarqo əvvəllər də bəzi əsas Avropa iqtisadiyyatlarının müqaviməti ilə üzləşib. Xüsusilə Almaniya Rusiyaya qarşı sərt sanksiyaları ləngidən ölkə adlandırılıb. Amma indi Aİ-nin böyük dərəcədə asılı olduğu Rusiyanın enerji daşıyıcılarının idxalına qarşı sanksiyaların tətbiqi çağırışları daha çox səslənir. Əvvəllər ehtiyatlı davranan Avropa ölkələrini daha qəti addımlar atmağa sövq edən bir növ triqqer, yaxın vaxtlara qədər Rusiya hərbçilərinin nəzarətində olan Ukraynanın Buça şəhərindən videogörüntülərin yayılması oldu.
Belə ki, Almaniya kansleri Olaf Şolz aprelin 3-də bu dəhşətli kadrlardan şoka düşdüyünü bildirib və Almaniyanın müttəfiqləri ilə birlikdə tezliklə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinə söz verib. Şolz, həmçinin bildirib ki, Almaniya “Ukraynaya silah tədarükünü davam etdirəcək”.
Almaniya kanslerinin qəti bəyanatı o baxımdan xüsusi maraq doğurur ki, son vaxtlara qədər Avropa İttifaqını sərt sanksiyalardan çəkindirən məhz Almaniya rəsmiləri olub. Şolz daha əvvəl Rusiyadan neft və qaz tədarükünü Avropa iqtisadiyyatı üçün “həyati vacib” olduğunu və enerji idxalının davam etdirilməsinin “şüurlu bir qərar” olduğunu bildirmişdi.
Bir tərəfdən, Aİ-nin aparıcı üzvlərindən biri və NATO-nun üzvü olan Almaniya sanksiyalardan tamamilə uzaqlaşa bilməz, çünki bu, müttəfiqlik ruhuna zidd olardı. Digər tərəfdən, Almaniya hökuməti öz vətəndaşları haqqında düşünməlidir, çünki sanksiyalar ilə bağlı tələsik qərar Almaniya cəmiyyətində parçalanmaya səbəb olacaq.
Almaniya ilə yanaşı, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsində tərəddüd edən ölkələr qrupuna Avstriya, Macarıstan və İtaliya daxildir. Çünki Avropa ABŞ-dan daha çox Rusiya yanacağından asılıdır və ölkələr qiymət artımının biznes və istehlakçılara təsirindən narahatdırlar. Avropa Komissiyasının məlumatına görə, Rusiya Avropaya bütün neft idxalının dörddəbirindən çoxunu təmin edir. Eyni zamanda, anti-Rusiya sanksiyalarına rəhbərlik edən ABŞ-ın özü nəinki Rusiyadan neft idxalını davam etdirir, həm də son bir həftə ərzində “qara qızıl”ın tədarük həcmini 43% artıraraq gündə 100 min barrelə çatdırıb. Üstəlik, artan ərzaq inflyasiyası ilə əlaqədar olaraq, ABŞ Rusiyada istehsal olunan gübrələrə qarşı əvvəlki sanksiyaları ləğv etmək məcburiyyətində qaldı.
Qeyd edək ki, əvvəlki sanksiyalar paketləri Rusiyaya qarşı gözlənilən effekti vermədi və davam edən müharibənin hər günü kollektiv Qərbin imicinə zərbə vurur, Ukrayna hökuməti və xalqının məyusluğuna səbəb olur. Ona görə də Qərb ölkələri beşinci sanksiyalar paketini qəbul edərkən özlərinə zərər verməmək və simasını xilas etmək üçün çox səy göstərməli olacaqlar. Onlar risk edib enerji daşıyıcılarına embarqo qoymaqla bağlı razılığa gələ biləcəklərmi? Bunu tezliklə zaman göstərəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28

