Müharibədə ikinci cəbhə açılır?
19.05.2022 [10:08]
Mübariz
Rusiya-Ukrayna müharibəsi Avropada təhlükəsizlik arxitekturasının yenidən dizayn edilməsi, bu məsələdə ölkələrin yeni reallıqlara uyğun yanaşmalar ortaya qoymaları zərurətini bütün ciddiliyi ilə gündəmə gətirib. Bu xüsusda İsveçin və Finlandiyanın Şimali Atlantika Alyansının (NATO) sıralarına daxil olmaq istəkləri xüsusilə diqqət çəkir. İsveç və Finlandiya alyansa üzv olmaqla bağlı rəsmi qərar qəbul edib. Hər iki ölkənin hökumətlərinin rəsmiləri Şimali Atlantika Alyansında təmsil olunmaq istəklərini suveren hüquqlarının ifadəsi kimi təqdim ediblər. Qərarlar bütün səviyyələrdə dəstəkləndikdən sonra alyansın Brüsseldəki mənzil-qərargahına göndərilib. Verilən xəbərlərə görə, artıq İsveçin və Finlandiyanın səfirləri alyansa üzvlüklə bağlı rəsmi ərizələri NATO-nun baş katibi Yens Stoltenberqə təqdim ediblər. Ərizələrin təqdim olunması mərasimini NATO-nun mətbuat xidməti rəsmi qaydada videoformatda yayıb.
NATO Rusiya sərhədlərinə doğru...
İsveçin və Finlandiyanın NATO-ya üzvlük məsələsi hələ xeyli müddət bundan əvvəl müzakirələrə çıxarılıb. Lakin indiyədək bu istiqamətdə nə sözügedən ölkələrdən, nə də NATO-dan qəti və prinsipial hərəkətlilik müşahidə edilmirdi. Səsləndirilən fikirlərdə və aparılan müzakirələrdə müəyyən loyallıq və tərəddüdlər hiss olunurdu. Qeyd edək ki, hər iki ölkə “soyuq müharibə” dövründə qarşı-qarşıya duran bloklarda - nə NATO-da, nə də Varşava Müqaviləsi təşkilatında təmsil olunmurdu. İsveç bloklara qoşulmamaq xəttini davam etdirirdi. Finlandiya da 1956-cı ildən bitərəfliliyini bəyan edib.
Bəs indi hansı səmt küləkləri əsdi ki, İsveç və Finlandiya birtərəflilik kursundan geri dönüş edərək Şimali Atlantika Alyansının çətiri altına girmək istəklərini israrlı şəkildə bəyan etdilər və bu istiqamətdə tərəddüdlərə yer qoymayan addımlar atmaqdadırlar. Elə NATO rəsmiləri də bəhs olunan ölkələrin məlum qərarlarından çox məmnun görünürlər. Qurum da bildirib ki, qərarı məhz bu iki ölkə verməlidir. Finlandiya və İsveçlə sıx əməkdaşlığı dəyərləndirən NATO-nun baş katibi Yens Stoltenberq “məsələnin öz gələcək müqəddəratını təyinetmə və suverenlik hüququ çərçivəsində olduğu” fikirini ifadə edib.
“Niyə məhz indi?” sualına qayıdaq. Analitiklər indiki geosiyasi gərginliklər fonunda NATO-nun sıralarını genişləndirməsini əslində alyansın Rusiya sərhədlərinə doğru genişlənməsi kimi dəyərləndirirlər. Məlumdur ki, NATO-da təmsil olunan dövlətlərin böyük əksəriyyəti Rusiyaya qarşı sanksiyalara qoşulub. Alyansın özü müharibə tərəfi olan Ukraynaya genişmiqyaslı hərbi-texniki dəstək göstərir. Qurumun Rusiya sərhədlərinə doğru irəliləməsi bu ölkədə növbəti təzyiq vasitəsi və real təhlükə kimi qiymətləndirilir.
NATO-Rusiya aktı pozulur
Bütün bunlar NATO ilə Rusiya arasında bir neçə il bundan əvvəl imzalanan aktın hələ də qüvvədə olması şəraitində baş verir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Ryabov bildirib. Şimal qonşumuzun Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb ki, ölkəsi alyansla imzalanan aktdan imtina etməyəcək. Bu akt Rusiya-NATO münasibətlərini tənzimləyən əsas sənəddir. “Biz eşidirik ki, NATO iyunda Madriddə keçiriləcək növbəti sammitdə yalnız gələcək fəaliyyətlə bağlı yenilənmiş strateji konsepsiyanı qəbul etməyə deyil, eyni zamanda, qüvvələrini, necə deyərlər, şərq cəbhəsində cəmləşdirmək üçün addımlar atmağa hazırlaşır. İndi alyansda bunun Rusiya ilə NATO arasında imzalanan akta uyğun gəlib-gəlmədiyi araşdırılır”, - deyə Ryabov bildirib. O deyib ki, Şimali Atlantika Alyansı bu kimi addımlarla Moskvanı özündən çıxartmaq istəyir. Nazirliyin rəsmisi əlavə edib: “Ancaq biz onlara bu məmnunluğu yaşatmayacağıq”.
Yeni qarşıdurma qapını döyür
İndiyədək NATO Rusiya-Ukrayna müharibəsinə müdaxiləsini inkar edir və yaxud bunu hansısa adlar altında gizlətməyə çalışırdı. Ancaq belə görünür ki, artıq qırmızı xətt keçilib. Tərəflər antoqonist münasibətlərini açıq mətnlə ifadə edirlər. Ekspertlərin təbirincə desək, İsveç və Finlandiyanın NATO-ya üzv qəbul ediləcəyi təqdirdə alyansla Rusiya arasında açıq savaş başlayacağı tam realdır. Rusiya tərəfdən NATO-nun sıralarının genişlənməsinə ən yüksək səviyyədə etirazlar gəlib. Bildir?lir ki, Rusiya Şimali Atlantika Alyansının hərbi infrastrukturunun İsveç və Finlandiyada yerləşdir?lməsinə adekvat addımlarla cavab verəcək. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə verdiyi açıqlamada hər iki ölkəni hədələyib: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ciddi hərbi-siyasi nəticələri olacaq və ölkəmizin cavab addımları atmasını tələb edəcək”.
Bu arada sosial şəbəkələrdə Rusiyanın Finlandiya ilə sərhədə qoşunlar cəmləşdirdiyini əks etdirən foto və video materiallar yayılıb. Yayımlanan videolarda ağır silahların, o cümlədən raket sistemlərinin Finlandiya sərhədinə doğru daşındığı əks olunub. Xatırladaq ki, Rusiya-Ukrayna sərhədində də hadisələr oxşar ssenari ilə inkişaf etmişdi. Əvvəlcə qoşunlar cəmləşdirildi, sonra dağıdıcı müharibə başladı. Hər şeydən göründüyü kimi, müharibədə yeni cəbhənin açılması ehtimalı da kifayət qədər böyükdür.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

