Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Görkəmli yazıçı və pedaqoq Mir Cəlalın Bişkekdə qırğız dilində çap olunmuş üçcildlik "Seçilmiş əsərləri" Qırğızıstan Milli Kitabxanasına verilib

Görkəmli yazıçı və pedaqoq Mir Cəlalın Bişkekdə qırğız dilində çap olunmuş üçcildlik "Seçilmiş əsərləri" Qırğızıstan Milli Kitabxanasına verilib

10.12.2010 [09:25]

Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev Bişkekdə fəaliyyət göstərən Türkdilli ölkələrin Siyasətinə Dəstək Fondu tərəfindən görkəmli yazıçı və pedaqoq Mir Cəlalın  qırğız dilində çap olunmuş üçcildlik “Seçilmiş əsərləri”nin hər cildindən 40 nüsxə olmaqla Qırğızıstan Milli Kitabxanasının direktoru, filologiya elmləri doktoru Cildız Bakaşovaya təqdim edib. Kitabxananın direktoru qiymətli hədiyyəyə görə səfirə və fondun prezidentinə təşəkkür edib, gələcəkdə də bu sahədə əməkdaşlıq edəcəklərinə əmin olduğunu bildirib. üçcildliyin baş məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, məsləhətçilər Milli Məclisin deputatı Qənirə Paşayeva və Nüsrət Məmmədov, tərtibçilər Novruz Məmmədov və Ədibə Paşayeva, nəşrin baş redaktoru akademik Abdıldacan Akmataliyevdir. Dekabrın 15-də Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın iştirakı ilə keçiriləcək “Kitep-2010” marafonunda bu kitablar dövlət başçısının adından Qırğızıstanın yeddi vilayətinin kitabxanalarına hədiyyə ediləcək.

Paylaş:
Baxılıb: 1022 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30