Bütün çətinliklərin öhdəsindən bir amil gəldi - Azərbaycan liderinin nüfuzu
07.11.2022 [11:40]
İlqar Vəlizadə: Cənab Prezidentin hər bir sözü, hər bir fikri hərbçilərimizi qələbəyə ruhlandırırdı
"Qələbəyə aparan yolda atılan addımlar, verilən qərarlar Prezident İlham Əliyevin səriştəli və uzaqgörən siyasətinin nəticəsi idi"
Qarabağ zəfərindən iki il ötür. Ötən iki il ərzində bu barədə çox danışılıb, çox yazılıb. Həmin o çətin günlərdə Ali Baş Komandan, Prezident İlham Əliyevin atdığı addımlar, verdiyi qərarlar, nümayiş etdirdiyi qətiyyət Azərbaycanımızı qələbəyə yetişdirdi. Bu barədə politoloq İlqar Vəlizadə ilə söhbətləşdik.
- İlqar müəllim, Zəfər bayramının ikinci ildönümünü yaşayırıq. Bu böyük qələbəmizin memarı şübhəsiz ki, Ali Baş Komandan, Prezident İlham Əliyevdir. İki il öncəyə qayıtsaq, o günləri necə xatırlamaq olar – çətin, bəlkə də mümkünsüz geosiyasi situasiyada verilən qətiyyətli qərarlar, inqilabi addımlar nəyə əsaslanırdı?
- Azərbaycanın müasir tarixinin ən böyük uğuru şəriksiz olaraq Qarabağ müharibəsində əldə olunan qələbəmizdir. Ümumiyyətlə, tarixin yazılmasında tarixi şəxsiyyətlərin rolu var. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, dövlətimizin inkişaf yolu son 28 ildə tariximizdə mühüm izlər qoyan şəxsiyyətlər tərəfindən yazılıb. Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin dövrün geosiyasi vəziyyətini təhlil edərkən situasiyanın necə çətin olduğunu görməmək mümkün deyil. Belə çətin geosiyasi vəziyyətdə belə uğurlu müharibə aparmaq ilk növbədə böyük cəsarət tələb edirdi. Bunun üçün kifayət qədər dərin biliklərə malik olmaq, siyasi situasiyanı düzgün dəyərləndirmək, dövrün nəbzini tutmaq lazım idi. Böyük güclərin siyasi maraqlarını bəzən neytrallaşdırmaq, bəzən balanslaşdırmaq gərəkirdi. Bu çox çətindir. Çünki Azərbaycan kiçik bir ölkədir. ABŞ, Rusiya və digər ölkələrlə müqayisədə bizim resurslarımız da o qədər çox sayıla bilmz. Bunun fonunda 28 illik fasilədən sonra müharibə aparmaq, Azərbaycan xalqını zəfərə çatdırmaq böyük addım idi.
- Təbii ki, söhbət həm hərbi, həm də diplomatik sahədə qazanılan uğurlardan gedir. Bu qələbələrdə Prezident İlham Əliyevin şəxsi nüfuzu, siyasi qətiyyəti, dünyagörüşü hansı rolu oynadı?
- Məncə də bu qələbəni həm hərbi, həm də diplomatik sferada izah etmək yerinə düşər. Çünki 44 günlük müharibədə əldə olunan Zəfər həm də diplomatik səhnədə qazanılan böyük qələbələrin sayəsində başa gəlib. Həmin dövrdə müxtəlif regional, hətta qlobal səviyyəli güclər Azərbaycana müharibəni, hərbi əməliyyatları dayandırması üçün təzyiqlər göstərirdi. Prezident İlham Əliyev həmin dövrdə verdiyi müsahibələrində, xalqa müraciətlərində də bildirirdi ki, Azərbaycana müharibənin dayandırması üçün müxtəlif ünvanlardan təzyiqlər göstərilir. Bu tələblərin sırasında nəinki müharibəni dayandırmaq, hətta azad edilmiş torpaqlardan belə hərbçilərimizin çıxarılması yer alırdı. Bütün bunlar Azərbaycanın necə böyük təzyiq altında müharibə apardığını göstərirdi. Təbii ki, bu tələblər haqsız və ədalətsiz tələblər idi. Bəzi ermənipərəst güclər hətta BMT çərçivəsində anti-Azərbaycan mahiyyətli qətnamənin qəbuluna nail olmaq istəyirdilər. Həmin dövrdə bütün bu çətinliklərin öhdəsindən bir amil gəldi - Azərbaycan liderinin nüfuzu. Cənab İlham Əliyev dünyanın bir sıra böyük dövlətlərinin liderləri ilə şəxsi, yaxın münasibətlərə malik idi və bu amil həmin dövrdə həlledici rola malik oldu. Əks halda bu qətnamə sözsüz ki, qəbul ediləcəkdi. Bu isə öz növbəsində Azərbaycanın haqq işinə mane olacaqdı. Bu zaman isə 44 günlük müharibənin nəticələri fərqli də ola blilərdi. Amma biz bu qətnamənin qarşısını aldıq. Azərbaycan Prezidentinin nüfuzu, Qoşulmama Hərəkatının lideri qismində uğurlu fəaliyyəti bunu təmin etdi. Azərbaycanın ədalətli mövqeyi, digər ölkələrlə olan yüksəksəviyyəli münasibətlər, həmin ölkələrin başçılarının Azərbaycana, Prezidentimizə olan hörməti, yüksək etimadı nəticəsində bu arzuolunmaz siyasi proseslərin qarşısı alındı. Burada Prezident İlham Əliyevin yüksək şəxsi keyfiyyətləri vacib rol oynadı. Dövlət başçısı həmin dövrdə müxtəlif liderlərlə əlaqələr qururdu, telefon danışıqları aparırdı və situasiyanı onlara izah edirdi. Bildirirdi ki, Azərbaycan bü müharibəni dayandıra bilməz. Bu müharibə Azərbaycan xalqının iradəsinə uyğun olan müharibədir. Prezident İlham Əliyev xalqının istəklərini hiss edirdi və bunu Öz fəaliyyətində əks etdirirdi. Xalqın arzusunu bilmək, onu hiss etmək hər dövlət başçısına xas xüsusiyyətlər deyil. Ali Baş Komandanın göstərişi, ordumuzun rəşadəti ilə azad edilən hər bir şəhərin, hər bir kəndin, hər bir qəsəbənin azadlıq günü bir bayrama çevrilirdi.
- Qeyd etdiniz ki, Prezident İlham Əliyev öz xalqının maraqlarını, fikirlərini dilə gətirirdi. Xalq isə birmənalı şəkildə öz liderinin arxasında idi. Bu vəhdətin qələbənin əldə olunmasındakı payı hansı dərəcədədir?
- 44 günlük Vətən müharibəsində sonuncu azad edilən böyük məntəqə Şuşa şəhəri oldu. Şuşa kimi şəhəri azad etmək əslində qeyri-mümkündür. Çünki ermənilər işğal dövründə həm Şuşada, həm də digər regionlarda müdafiə istehkamları qurmuşdular. Cənab Prezidentin hər bir sözü, hər bir fikri hərbçilərimizi qələbəyə ruhlandırırdı. Bizim əsgərlərimiz olduqca çətin relyefdə hərəkət edirdilər və Şuşa qələbəsi hərb tarixində yeni bir səhfiə açmışdı. Xarici mətbuat buna Azərbaycanın apardığı təbliğat nəticəsində nail olunduğunu yazırdı. Amma mənim fikrimcə, bu, xalqla iqtidar arasındakı dialoqun nəticəsi idi. Çünki Prezident İlham Əliyev xalqına sadəcə çağırışlar etmirdi, sadəcə hansısa şüarları səsləndirmirdi. Prezident demək olar ki, 44 gün ərzində hər gün xarici mətbuata müsahibələr verir, televiziya ildə xalqa müraciətlər edirdi. Bütün bunlar isə xalqla Prezidentin dialoqunu formalaşdırırdı. Dövlət başçısı məqsədlərimizi izah edirdi. Xalq rəhbərinin atdığı addımları görürdü və anlayırdı. Bu dialoqun da qələbənin təmin edilməsində böyük rolu oldu. Bu inamı qazanmaq və xalqına da inam qazandırmaq hər liderə qismət olmur. Yeri gəlmişkən, müharibə dünyada, o cümlədən Azərbaycanda COVİD-19 pandemiyasının ən güclü dövrünə təsadüf etmişdi. Pandemiya dünyada mənfi fəsadlar törədirdi. Bir çox sahələrin fəaliyyəti dayanmışdı. Bəzi siyasi şərhçilər, siyasətçilər düşünürdülər ki, Azərbaycan xalqı belə şəraitdə ümumiyyətlə müharibə apara bilməyəcək. Hətta belə ehtimallar irəli sürənlər də tapılırdı ki, müharibə daxildə hansısa çaxnaşmalara yol aça bilər. Təbii ki, bu iddiaları Azərbaycan cəmiyyətini tanımayan, onu anlamayan siyasətçilər düşünürdülər. Həmin günlərdə bütün bunların əksi oldu - xalq, müxtəlif sosial təbəqələrin nümayəndələri, müxtəlif siyasi düşüncəyə malik insanlar həmrəylik nümayiş etdirdi, milli birlik formalaşdı. Xalq anlayırdı ki, belə bir çətin şəraitdə ölkəmizin bir parçası olan Qarabağı nəyin bahasına olursa olsun azad etməliyik. Bu birliyin əldə olunmasında da Prezident İlham Əliyevin rolu çox böyükdür. Dövlət başçısının 2003-cü ildən yürütdüyü ardıcıl siyasət, xalqla, cəmiyyətlə hakimiyyət arasındakı dialoq uğurlu nəticəyə yol açdı. Bu nəticə isə Zəfərin qazanılmasına zəmin formalaşdırdı. Bütün bunlar xalqın öz Prezidentinə olan etibarından xəbər verirdi. Qələbəyə aparan yolda atılan addımlar, verilən qərarlar Prezident İlham Əliyevin səriştəli və uzaqgörən siyasətinin nəticəsi idi.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

